Keçən günlərdə Təbrizdə çörəyin qiyməti 30 ilə 40 faiz bahalaşdırılıb. Yerli siyasətçilər, mədəni fəallar və sosial media istifadəçiləri Ramazanın ilk günləri və pandemiyanın ortasında qiymətlərin artmasına etiraz edirlər.
Təbriz şəhərində çörəyin qiymətinin bahalaşması, onsuz da koronavirus pandemiyası səbəbilə iqtisadi çətinliklər yaşayan aşağı gəlirli ailələrin həyat şəraitini daha da ağırlaşdırıb.
İLNA agentliyinin xəbərinə görə, Təbriz şəhər şurasının üzvü Qulamhüseyn Məsudi Reyhan bazar günü şuranın iclasında çörəyin bahalaşmasını sərt etiraz bildirib. O, bununla işlərini itirən işçilərin həyatının alt-üst olduğunu söyləyib.
Qulamhüseyn Məsudi Reyhan, Təbriz şəhər şurasının üzvü Qulamhüseyn Məsudi Reyhan, Təbriz şəhər şurasının üzvü “Bilmirəm bu pandemiya şəraitində hansı ağıllı adam çörəyin qiymətini artırıb. Bu qərarı verənlər ya çörək almırlar, ya da ki, çörətin bahalaşması onların həyatına təsir etmir. Üç aydır işini itirən işçilərin həyatı çörəyin bahalaşması ilə alt-üst olur,” deyə aprelin 27-də Təbriz Şəhər Şurasının iclasında danışan Məsudi Reyhan ifadə edib.
Şəhər Şurasının üzvü həmçinin sənətkarların məişət şəraitinə diqqət çəkib: “Tətillər səbəbilə ənətkarlar və aşıqlarımızın vəziyyəti çox pis olub. Onlara mədəniyyət və incəsənət büdcəsindən yardım ayırmaq mümkündür.”
Sosial media istifadəçiləri və Təbrizdə fəaliyyət göstərən internet portalları qiymətlərin artmasından əlavə çörəyin çəkisinin də azaldığını önə çəkirlər.
Təbriz icra başçısı Behruz Məhdəvi isə deyib ki, “çörəkçilərin zərər etməsinin qarşısını almaq üçün qiymətləri artırdıq.”
Sorğu
Yeni dizaynımız necədir?