Yaradılan komitə standartın müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələri davam etdirir
Azərbaycanda çörəyin standartlarının müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparılır.Bunu Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
R.Həsənov bildirib ki, çörəyin standartının müəyyənləşdirilməsi ilə bağlı yaradılan texniki komitədə aidiyyəti qurumların nümayəndələrinin təmsilçiliyi təmin olunub. Buraya hətta özəl sektordan olanlar da cəlb edilib.
O qeyd edib ki, bu formatda yaradılan komitə standartın müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələri davam etdirir: “Hazırlanan standartlar sonda qəbul olunacaq”.
R.Həsənov “Halal” standartı ilə də bağlı danışıb: “Hələ ki, bizim quruma bu standart sertifikatına sahib olmaq üçün müraciət edən olmayıb. Bəlkə də Azərbaycanda halal sertifikatı ilə məhsul istehsal edən müəssisələr mövcuddur. Lakin hələ bizə müraciət daxil olmayıb. Məhsulun üzərinə halal yazılmasına gəlincə, müəssisələr bunu brend kimi qeyd etdiklərini deyirlər. Yəni əmtəə nişanı olaraq, məhsulun üzərinə yazırlar”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?