“Tarif Şurasının qərarı əhalinin həyat tərzinə mənfi təsir göstərəcək”
Milli Şuranın 3 dekabr sessiyasında ölkədəki qiymət artımı və buna etiraz olaraq aksiyaların keçirilməsi məsələsi müzakirə ediləcək. Bunu “Media forum” saytına Milli Şuranın üzvü professor Cəmil Həsənli deyib: “Əmək haqlarının, pensiyaların, sosial müavinətlərin aşağı olduğu bir zamanda bahalaşma yolverilməzdir. Benzinin bahalaşması ümumilikdə bazarın bahalaşması deməkdir. Çünki benzinin qiymətinin qalxması bütün sahələrdə qiymətləri qaldırır.
Azərbaycan neft ölkəsidir. Neft ölkəsində yanacağın qiymətinin bu qədər artması müsbət qarşılana bilməz. Tarif Şurasının bahalaşma ilə bağlı qəbul elədiyi qərar əhalinin həyat tərzinə mənfi təsir göstərəcək. Buna etiraz olaraq dinc aksiyaların keçirilməsi məsələsi Milli Şuranın sessiyasında müzakirə olunacaq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?