“Gündəm xəbər” qəzetinin Baş redaktoru Şirin Cəfərinin avtomobilindən oğurluq olub.
Gundemxeber.Az sozcu.az-a istinadla xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib:
“Ötən gecə yaşadığım evin qarşısında minik avtomobilimdən oğurluq olub. Oğrular avtomobilə yaxınlaşaraq qabaq şüşənin rezinlərini kəsib yerindən çıxarıblar. Daha sonra eyni qaydada arxa şüşəni də çıxarıblar. Oğrular o qədər arxayın işləyiblər ki, “şit”in altındakı panellərin vintlərini rahatlıqla açıb, maqintafonu və iki kalonkaları götürüblər”.
Jurnalist avtomobilində olan pulunun da oğurlandığını deyir:
Bundan sonra ”bardaçok”u açaraq, əl çantamın içərisindən borclu olduğum adama çatdıracağım 1000 manat məbləğində pulu da oğurlayıblar. Baş vermiş hadisə ilə bağlı Daxili Işlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Aidiyyatı üzrə Abşeron rayon Mehtiabad qəsəbə Polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, çəkliş apardılar və mənim izahatımı da aldılar. Ümid edirəm ki, Daxili Işlər Naziri general-polkovnik cənab Vilayət Eyvazovun rəhbərlik etdiyi Polis əməkdaşları oğruların tapılması istiqamətində ciddi səy göstərib, avtomobilimdən aparılmış əşyaları və nəğd pul vəsaitini özümə qaytarmağa nail olacaqlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?