Hadisə bir neçə dəqiqə əvvəl baş verib. Yeni Yasamalda yerləşən “Muray MTK”nın inşa etdiyi binaların birində yaşayan şəxs özünü mənzildən atıb. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub.
***
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, binadan yıxılaraq ölən şəxs 70 yaşlı qadın imiş. Fərqanə Səmədzadə adlı şəxs qızının binanın 10-cu mərtəbəsində yerləşən evində qalırmış. Hadisə vaxtı onun qızı yatıbmış. O yuxudan oyananda artıq anasını binanın həyətində ölü vəziyyətdə olduğunu görüb.
Qeyd edilir ki, ilkin məlumata görə, axşam yatmadan öncə onlar arasında heç bir münaqişə olmayıb. Qadının yıxıldığı, yaxud intihar etdiyi istintaq zamanı müəyyən olunacaq. Hazırda onun meyiti müayinə olunması üçün morqa təhvil verilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?