36 yaşlı qadının intihar etməsinin səbəbləri məlum deyil
Kriminal Bakı şəhəri, Binəqədi rayonunda intihar hadisəsi baş verib. FHN-nin mətbuat xidmətinə istinadən xəbərə görə, 1977-ci il təvəllüdlü Kərimova Hicran Həmidağa qızı doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanından özünü aşağı atıb və binanın yaxınlığında olan birmərtəbəli tikilinin damına düşərək ölüb.
FHN-nin müfaviq xilasetmə qüvvələri “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerində əməliyyat şəraitini qiymətləndiriblər və təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi tikilinin damından aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.
Xilasedicilər həm də baş vermiş hadisənin təhqiqatına köməklik məqsədi ilə H.Kərimovaya məxsus mənzilin giriş qapısını açaraq hüquq-mühafizə orqanları əməkdaşlarının mənzilə daxil olmalarına şərait yaradıblar. Əməliyyat saat 19:25-də başa çatıb.
Sorğu
Yeni dizaynımız necədir?