Hüquq müdafiəçisi Əlövsəd Sadıqlı jurnalist Şirin Cəfərinin avtomobilinin oğrular tərəfindən qarət olunmasına dair fikirlərini bölüşərək, xəyallara qapılmamağı tövsiyə edib. Onun facebook səhifəsində paylaşdığı qeydləri olduğu kimi oxucuların diqqətinə təqdim edirik:
''Gundem Xeber adlı facebook istifadəçisi bu "CİDDİ KARANTİN NƏZARƏTİ" şəraitində avtomobilinin oğrular tərəfindən çox arxayınlıqla sökülüb talan edilməsi və borc qaytarmaq üçün maşına qoyduğu 1000 manat pulun da oğurlanması barədə yazır. Hesab edir ki, V.Eyvazovun rəhbərlik etdiyi polis orqanı oğruları tapacaq və ona dəyən ziyan ödəniləcək ))). Mən də şərh bölümündə xəyallara qapılmamağı tövsiyə edərək, yazdım ki;
"Keçmiş olsun! Get, maşınını düzəltdir, puldan da gözünü çək! İş ki DİN-ə aldı, müsbət heç nəyə ümid etmə! Xüsusilə, səni müxalifətyönlü hesab etsələr və ya onları nə zamansa saytında və ya sosial şədəkə üzərindən tənqid etmisənsə, heç ümid etmə! Niyə? Çünki başıma gəlib: düz bir il əvvəl 214 nömrəli marşrut avtobusunda basabas salaraq "cibimə girib" bankomatdan çıxardığım 972 manat pulumu oğurladılar, 102 xidmətinə zəng etdim, qeydiyyata alındı, Sabunçu RPİ-nin 12-ci bölməsinə çağrıldım, izahat verdim, avtobusun müşahidə kamerasından video-görüntü götürüldü: yol boyu ətrafımda olanlar və bütün davranışlar ortada olduğu halda, hələ də heç bir nəticə yoxdur.
Bir neçə gün sonra təhqiqatçıya bir neçə dəfə zəng edib işin nə yerdə olduğunu soruşdum, axırda dedi ki, iş RPİ-nə göndərilib və hələ də bir xəbər yoxdur: ya adamı tapıblar, pulu artıqlaması ilə alıb, özünə də 1-2 şillə-təpik vurub buraxıblar, ya da müxalif olduğumu yaxşı bildikləri üçün qəsdən heç araşdırmayıblar və yəqin ki, "açılmayan cinayətlər" siyahısına salıblar!? Yazdım ki, boş və olmayan ədalət xəyalları qurmayasan... Bunların gücü öz vətəndaşının hüquqlarını zorlamaqdan başqa heç nəyə çatmır: bu yaşda da bilmirsənsə, nə vaxt biləcəksən...?" ''
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?