GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Növbəti əfv sərəncamı və ya amnistiya GÖZLƏNİLİR

Növbəti əfv sərəncamı və ya amnistiya GÖZLƏNİLİR

Tarix: 13-05-2020, 16:44 Bölmə :Cəmiyyət Baxış: 302
Növbəti əfv sərəncamı və ya amnistiya GÖZLƏNİLİR


Azərbaycanda 33 məhkumda koronavirus aşkarlanıb.

Penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında koronavirusla bağlı müayinələr aparılıb. Ədliyyə Nazirliyindən verilən məlumata görə, test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb. Xəstələrin vəziyyəti hazırda stabildir və onlar həkim nəzarəti altında saxlanılır.

Qeyd edək ki, aprelin 6-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Ölkə başçısı sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Maraqlıdır, cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma halları təsdiqləndikdən sonra növbəti dəfə məhkumların daha bir hissəsi əfv edilə bilərmi?

Ədliyyə Nazirliyi yanında cəzaçəmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev Cebhe.info-ya açıqlamasında ölkə başçısı tərəfindən növbəti əfv sərəncamı və ya amnistiya veriləcəyini istisna etməyib:

“Bu istiqamətdə fəaliyyət həyata keçirilir və davam etməkdədir. Bilirsiniz ki, vaxtından əvvəl şərti azadetmə institutu fəaliyyət göstərir. Cəzanın çəkilməsi müddətindən asılı olaraq, məhkumların vaxtından əvvəl və şərti azad edilməsi hüququ yaranır. Onlar və ailə üzvləri müraciət edirlər. Bu istiqamətdə komissiya müvafiq rəy hazırlayır və onların azad edilməsi prosesi gedir. Mart-aprel aylarında 300-dən artıq şəxs azad edilib. Həmçinin, Prezidentin sərəncamı ilə yaşı 65-dən yuxarı 176 məhkum cəzanın çəkilməmiş hissəsindən azad edilib. Bu gün cəzaçəkmə müəssisələrində sıxlığın azaldılması istiqamətində addımlar atılmaqdadır. İl ərzində ölkə başçısı tərəfindən əfv sərəncamları imzalanır. Sadəcə olaraq, koronavirus səbəbindən Əfv Komissiyasının toplantısı baş tutmur. Koronavirus pandemiyasına görə, ümumiyyətlə, növbəti dəfə əfv sərəncamı gözləniləndir. Prezident bu məsələ ilə bağlı qeyd edib ki, ilk növbədə məqsəd Azərbaycan vətəndaşının, insanların sağlamlığı və səhhətidir. Bunu da nəzərə alaraq növbəti əfv sərəncamının imzalanması istisna olunmur. Təbii ki, bu, ölkə başçısının səlahiyyətidir, amma hər halda müraciətlər var. Hazırda bu müraciətlərin emalı gedir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası mütəmadi olaraq işləyir. Bu istiqamətdə dəyərləndirmələr aparılır və müraciətlər araşdırılır”.

Komitə üzvü onu da əlavə edib ki, hüquqi islahatlar siyasətinin davamı olaraq bu yaxınlarda Prezident "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikilik edilməsi haqqında” və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihələrini Milli Məclisə təqdim edib:

“Bu qanun layihələri Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanının ikinci bəndinə uyğun olaraq cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədi ilə hazırlanıb. Hər iki qanun layihəsi 3 oxunuşda Milli Məclis tərəfindən qəbul edilib və 2020-ci il iyun ayının 1-də qüvvəyə minəcək.Həmin fərmanın bir bəndi cəzaların humanistləşməsi ilə bağlıdır. Həmin qanuna görə də çox sayda məhkum həm cəzaları Cinayət Məcəlləsindən çıxarılmasına görə məsuliyyətdən azad ediləcək, həm də ayrı-ayrı şəxslərin cəzalarına yenidən baxılacaq. Onlardan bəziləri tam olaraq azadlığa çıxacaq, bəzilərinin cəzalarının müddəti məhkəmə qərarı ilə azaldıla bilər. Beləliklə də çoxsaylı məhkum cəzadan azad ediləcək. Yəni bu istiqamətində iş gedir”.

Əliməmməd Nuriyev onu da əlavə edib ki, cəzaçəkmə müəssisələrində sosial məsafənin qorunması və izolyasiya məsələləri çox vacibdir:

“Bu da məhkumların vaxtından əvvəl şərti azadlığa buraxılması, amnistiya və yaxud qəbul olunmuş digər sərəncamlar nəticəsində sıxlığın aradan qaldırılması ilə baş verir. Ümid edirəm ki, ölkə başçısının bu istiqamətdəki humanist addımları davam etdiriləcək. Bu addımların davamı kimi yeni əfv sərəncamı və ya amnistiyanı istisna etmirəm”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident əfv fərmanı verdi - siyasi dustaqlardan kimlər siyahıda?

    Prezident əfv fərmanı verdi - siyasi dustaqlardan ...

    17-10-2014, 16:18

  • 
  • Azərbaycanda məhkumların sayı 17 mindir

    Azərbaycanda məhkumların sayı 17 mindir ...

    21-05-2013, 13:02

  • 
  • Əfv olunan məhkumlar azad edildilər

    Əfv olunan məhkumlar azad edildilər ...

    17-03-2017, 23:35

  • 
  • Azərbaycanda daha 67 nəfərdə koronavirus aşkarlandı - ÖLƏNLƏR VAR

    Azərbaycanda daha 67 nəfərdə koronavirus ...

    6-05-2020, 17:54

  • 
  • “Oğlum psixi xəstə ola-ola 10 il cəza verdilər”- Məhkum atası

    “Oğlum psixi xəstə ola-ola 10 il cəza verdilər”- ...

    22-04-2020, 16:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu