GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 190 manatın 190 lətifəsi - ŞOK FAKTLAR

190 manatın 190 lətifəsi - ŞOK FAKTLAR

Tarix: 18-05-2020, 13:01 Bölmə :Cəmiyyət Baxış: 325
190 manatın 190 lətifəsi - ŞOK FAKTLAR


Covid 19 pandemiyası səbəbilə Azərbaycan hökuməti 600 min nəfərə birdəfəlik yardım ayırıb. İşsiz olanlar onlara əssasız bəhanələrlə yardım verilmədiyini deyib, ehtiyacı olmayanlar və ya heç müraciət etməyənlər isə yardım siyahısında adlarını tapıblar.

Birdəfəlik yardımın verilməsi qərarı aprelin 7-də Nazirlər Kabineti tərəfindən qəbul olunsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həmin ayın 9-da rəsmi saytında bu barədə elan verib. Mürciət başlanan kimi, sosial şəbəkələrdə internet bacarıqları zəif olan insanlara bir çox aktivist könüllü qeydiyyatdan keçməyə yardım etdi. Müraciətlərin ardından sosial şəbəkələr aldıqları absurd imtina sms-lərini yayan şikayətçilərin paylaşımları ilə aşıb daşdı.
İşsizlərin sayı – 200 min, ya 600 min nəfər?
Əslində bu proses əvvəlində lətifə kimi başladı. Məsələn, ƏƏSMN əvvəl 200 min nəfərin bu pula ehtiyacı olduğunu desə də, növbəti gün içində bu rəqəmi 3 dəfə artıraraq 600 min nəfərin işsiz olduğunu müəyyənləşdirdilər. Yardımın verilməsi üçün dövlət büdcəsindən 70 milyon manat vəsait ayrılmışdı.
Şikayətlərə keçiddən əvvəl Nazirlər Kabinetinin bu yardımın kimlərə verilməli olduğu haqda təsdiqlədiyi qaydaya nəzər salaq.
- əmək müqaviləsi ilə işləyənlər
– mülki-hüquqi (xidməti) müqavilə ilə ödənişli olaraq iş və ya xidmət göstərənlər
– sahibkarlar
– kənd təsərrüfatına yararlı torpaq payının mülkiyyətçiləri və ailə kəndli təsərrüfatının üzvləri
– haqqı ödənilən vəzifəyə seçilən və ya təyin edilənlər (deputat, bələdiyyə sədri və s)
– Silahlı Qüvvələrdə xidmət edənlər
– ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar
– Qanuni əsaslarla bu ölkədə əmək fəaliyyəti ilə məşğul olan əcnəbi və vətəndaşlığı olmayanlar
– Ölkə ərazisindəm kənarda əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlar.
Reallıqda baş verənlərin çoxu bu qaydaları birbaşa təkzib edən ziddiyyətlərlə doludur. Belə ki, birdəfəlik yadım ala bilməyənlər müxtəlif növ imtina sms-ləri alıblar. Subaylara ər ya arvadının adına olan VÖEN səbəb göstərilib, heç vaxt adına maşını olmayan insanlara maşını olması ilə bağlı iddia verilib və maşını olan adama yardım ayrılıb, ya ölən adamın yaşadığı və pensiya aldığı idiası olan sms gəlib, xaricdə yaşayan adama yardım ayırlıb və ya heç müraciət etməyən adını siyahıda tapıb və sairə...., siyahı uzundur.
Məsələn, Nərimanov rayon sakini Namiq Eldar Məcidov 2019-cu ildən Məşğulluq İdarəsində qeydiyatda olduğu halda ona əksi yazılan imtina məktubu gəlib.
“2019-cu ildən işsizlik idarəsində qeydiyyatdayam. Hətta saytdakı qeydiyyat siyahısında adım işsiz kimi yazılıb. Üstəlik ölkə xaricində olduğumu bildirirlər. Xarici pasportumun müddəti 2 ilə yaxındır bitib. Mən necə ölkədən çıxa bilərəm? Pulu verməmək üçün bəhanələr, yalanlar yazırlar”.
Nərimanov rayon sakini Namiq Eldar Məcidovun İşsizlik idarəsində olan rəsmi qeydiyyat kağızı və imtina sms

Qəbələ rayon sakini Nəzakət Cavadovaya gələn imtina sms
Mənbə: Meydan.TV
Başqa bir sakin Ayna Məmmədova qiyabi təhsil alan oğlu üçün müraciət edib. Nazirliyin şərtlərinə görə, qiyabi təhsil alan və 15 yaşından yuxarı olan gənclər də bu yardımdan yararlana bilər. Ancaq tələbə Fikrət Məmmədova da imtina verilib. Nazirliyin rəsmi saytında imtina alanlara ikinci dəfə müraciət şansı verilməyib. Bu səbəbdən narazı qalanların tək yolu ƏƏSMN-in 142 saylı Çağrı Mərkəzinə zəng etmələri idi.
142 Xidməti necə kömək edir?
Lakin Ayna Məmmədovaya 142 nömrəsindən bildiriblər ki, qanunla haqlı olsanız da, yalnız araşdırma sırasına yaza bilərik. Digər şikayətçi, Nərimanov rayon sakini olan Namiq Məcidov 142 xisdmətinə müraciət edib, hətta işsizlik idarəsində olan qeydiyyat kodunu bildirərək öz haqqını tələb edib. Dediyinə görə, Çağrı Mərkəzindən ona “sübütünüz olsa da, sistemdə görünmür və heç nə edə bilmərik” cavabı verilib. Namiq Məcidov deyir ki, 142 çağrı xidmətində ancaq formal olaraq dəstəyi qaldırırlar.
Siyahıda adı olmayan, amma yardım alanlar da var, adını tapıb pulu tapmayanlar da?!.
May ayının əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi səhifəsində 600 min nəfərin artıq yardım aldığını elan etdi. Üstəlik yardım alan insanların ad, soyad və FİN kodu yazılmış siyahı dərc olundu. Bu dəfə isə kimisi sms aldığı halda adını siyahıda tapmadı, kimisi imtina aldığı və ya heç müraciət etmədiyi halda adını siyahıda gördü. Emil Əmiraslanov adlı vətəndaş öz “Facebook” hesabında yazıb ki, 3 ildir Azərbaycanı tərk edib və xaricdə yaşayır. Lakin şəxsiyyət vəsiqəsindəki FİN kodunu və ad-soyadını yardım alanlar siyahısında tapıb: “Mən 3 ildir ki, ölkəni tərk etmişəm. Ancaq mənim adımdan 190 manat üçün müraciət edilib, bankda, poçtda adımdan hərəkətlər edilərək vəsait əldə ediblər”. Emil Əmiraslanov yazıb ki, onun adından bu addımları atanların cəzalanması üçün lazımı addımlar atacaq.

Emil Əmiraslanovun sənədi və siyahıdakı adı

Nə yoğurdum, nə yapdım...
Yardım almaq üçün Məşğulluq İdarəsi qapılarında işsizliyini, adına əmlak olmadığını sübüt etməyə çalışanların əksinə maşını olduğu halda 190 manat yardımı alan Səbinə Kətanova öz “İnstagram” səhifəsində sevincini paylaşıb. Özü də etiraf edib ki, gözləntisi olmasa da, rahatlıqla ona yardım verilib. Baxmayaraq ki, nazirliyin tərtib etdiyi qaydalara görə, adına maşını olan şəxslər yardımı ala bilməzlər. Nazirliyin mətbuat xidməti Fazil Talıbov “Facebook” hesabında Səbinə Kətanovanın ehtiyacı olmadığı halda vəsaiti almasını qınayıb.
Pul ayrılıb amma verilmir
Bakı şəhər sakini Elçin Cananov da müracət edib, yardım alacağı sms-ni görüb sevinənlərdəndir. Amma deyir ki, sevinci yarımçıq qalıb. Aprel ayı bitsə də, onun adına ayrılmış yardımı vermirlər. “Cavab gəldi ki, sizə yardım düşür, hətta pulu alacağım bankın adı da yazılıb, bankın kartını da veriblər. Lakin gedirəm almağa, deyirlər “səhv gəlib, adınıza pul yoxdur”. Oyun oynayırlar”.
Birdəfəlik yardım prosesində baş verənlər təkcə bunlar deyil. Məsələn, yüzlərlə adam ümumiyyətlə nə imtina, nə də təsdiq cavabı alıb. Baxmayaraq ki, artıq aprel ayı üçün müraciət bitib. Cavab almayanlar və ya əsassız imtina alanların bu yardımı hansı şəkildə ala biləcəyi isə müəmma olaraq qalır. Bakıda fəaliyyət göstərən “Beneficiar” pulsuz hüquq yardımı bürosunun hüquqşünası Ləman Xəlilzadə deyir ki, aprel ayından etibarən 5 mindən çox insan onlardan sırf 190 manat ala bilmək üçün qeydiyyat işlərində və ya imtinalara görə hüquqi kömək istəyiblər.
“Tək rədd cavabları deyil, hətta bir ay keçməsinə baxmayaraq müaraciətlərinə heç cavab almayanlar da var. Hazırda isə əsas problem imtinaların əsassız olması ilə bağlıdır. Biz də çalışırıq kömək edək və naziriyə onların narazılıqlarını çatdıraq. Şikayətçilərə ərizə yazmaqda köməklik göstəririk. Müraciətlərin çoxu əmək müqaviləsi səbəbilə gələn imtinalardır”. Ləman Xəlilzadə deyir ki, nazirlik 15 yaşdan yuxarı əyani təhsil almayan tələbələr ödəniş edəcəyini desə də, xeyli sayda bu kimi gənclərə imtina verilib. Hüquqşünas deyir ki, narazı qalan şəxslərə ancaq ərizə yazıb şikayət məktubu hazırlamaqda kömək edə bilirlər. Çünki nazirlik təkrar müraciət imkanı yaratmayıb ki, bunun özü də hüquq pozuntusudur.
Hüquq pozuntuları
Hüquqşünas Xalid Bağırov yardım prosesində pozulan hüquqlardan və qanunsuzluqlardan danışıb.
“Bu prosesdə ən vacib qanun pozuntusu Nazirlər Kabinetinin qərarının 2.3-cü bəndi ilə bağlıdır. Burada 10 qrup şəxs müəyyən olunub ki, hansı şəxslər birdəfəlik yardım ala bilməzlər. Lakin təcrübədə rast gəlinən problemlərlə uyğun gəlmir. Yəni bir çox imtina qanunvericilikdə nəzərdə tutulan kateqoriyaya aid edilməyib. Məsələn, qanunvericilikdə göstərilir ki, sahibkarlıqla məşğul olan aktiv VÖEN-i olan pay torpağı sahibləri bu yardımı ala bilməz. Amma hər kəsə imtina verilib. Hətta həyətyanı torpaq sahəsi olanlara belə bu kimi imtina cavabı verilib. Lakin mülkə aid torpaq sahəsi yaşayış üçündür, əkin-biçin üçün deyil. Bundan başqa, Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü bəndinə görə, 15 yaşından sonra əmək qabiliyyətli sayıla bilir. Bu insanlar işsizdirlərsə, mütləq yardım almalıdılar. Lakin onlarla belə imtinalar var və qanunsuzluqdur”.
Nəticlələrin təkrar yoxlanıla bilməməsi konstutision hüquq pozuntusudur
Xalid Bağırov deyir ki, Nazirlər Kabinetinin qərarında nəticələr MAS (Avtomatlaşdırılmış qərarvermə mexanizmi) tərəfindən müəyyənləşir və qərarların yenidən yoxlanılması qaydası nəzərdə tutulmayıb. Baxmayaraq ki, şikayət vermək hüququ konstitusion hüquqdur. Bunun hansısa formada məhdudlaşdırmaq qanun pozuntusudur”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Meydan TV-nin suallarını cavablandırıb. İmtina alanların cavabları əsassız və absurd adlandırımasına etiraz edən Fazil Talıbov bildirib ki, məlumatlar elektron bazalara əsasən araşdırılır, hər hansı yanlışlıqdan söz gedə bilməz.
Rəsmi mövqe - imtinalar yanlış ola bilməz! “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göndərilən imtina cavabları elə-belə formalaşmır. Müraciət edən hər kəsin məlumatları 25-dək digər dövlət orqanlarına məxsus elektron informasiya sistemlərində olan məlumatlara istinad edir. Əgər kiminsə şəxsi məlumatları mövcud uyğunlaşdırılmayıbsa, vaxtında düzgün məlumatlar yenilənməyibsə, deyək ki, DİN rəsmi məlumat bazasında hələ də evli kimi göstərilirsə, ölüm faktı öz hüquqi sənədlərdə təsdiqini tapmayıbsa, nazirlik hardan bilməlidir ki, o adam rəhmətə gedib? Burada vətəndaşın məsuliyyəti ön plana keçir. Nikahın pozulması həyat yoldaşının olmaması və sair kimi yanlış informasiyalar var ki, bu da həmin imtinalar zamanı reallığı əks etdirmir. Vətəndaşlar vaxtında real durumlarını rəsmiləşdirməyiblər. Yüzlərlə fakt var ki, avtomobilini etibarnamə ilə satıb, amma öz adına qeydiyyatda qalıb, pay torpağını satıb, amma sistemdə adındadır. Problemlərin səbəbi budur. SMS-lərin heç biri absurd deyil”.
Fazil Talıbov “Aztəminatlılıq Meyarına uyğun gəlmirsiz” kimi imtina mesajlarını da izah verib: “Orda izah tam aydındır. Aztəminatlılıq meyarının açıqlaması qanunvericilikdə var. Bu mesajlar informasiya sistemlərində aylıq gəlirləri, əmlakları və sair nəzərə alınaraq qərar verilir”.
Nazirliyin rəsmi saytında imtinaların sayı da göstərilib. Məlumata görə, aktiv əmək müqaviləsi olan 320 min nəfərə, iki və daha çox avtomobili olan 19 min 200 nəfərə imtina verilib.
İqtisadçı Qubad İbadoğlu deyir ki, yardım alanların sayı da, reallığı da düzgün deyil. Bildirir ki, müraciətlərə görə müəyyən etmək olar ki, bir milyondan çox adam yardım almaq istəyib:
“İlk gündən müraciətləri süni şəkildə limitlədirlər və çərçivəyə saldılar. Çünki dövlət işsizlərin çox olduğunu göstərmək istəmir. İşsizlik dövlət qarşısında məsuliyyət deməkdir. Hər işsiz adama görə siğorta ödənişləri həyata keçirilir. “Siğorta haqqında” qanuna görə, hər bir işləyən və işəgötürən İşsizlərin Siğortası Fonduna əmək haqqından hərəsi 0,5 faiz olmaqla ümumlikdə 1 faiz pul ödəyirlər. Bunu da dövlət işsizlərə çatdırmalıdır. Nə qədər işsiz sayı çox olarsa, o vəsaitin bölüşdürülməsində də problemlər yaranır. İşsizliyin çox olması Azərbaycan hökumətinin nə siyasi, nə iqtisadi, nə də sosial maraqlarına cavab verir”.
Pandemiya və iqtisadi krizis
Qubad İbadoğlu deyir ki, pandemiya iqtisadi böhranı da gətirəcək. Əslində pandemiyada çox qısa vaxt öncə dünya bazarında neftin qiymətinin düşməsi, Azərbaycanın istər Neft Fonduna, istər də ümumi büdcəyə təsirsiz ötüşməyəcəyinin göstəricisiydi. Üstəlik də, pandemiya özü ilə bu böhranı artırdı. Artıq 4 bankın fəaliyyəti dayanıb. Ardının gələcəyi proqnozlaşdırılır.
Bağlanan bankların Koronavirusla Mübarizə Fonduna verdiyi vəsaitlər
Apreldə “ATA Bank” və “Amrah Bank” ASC-nin lisenziyaları ləğv edilmişdi. May ayının 12-də isə Mərkəzi Bankın 27 aprel qərarı ilə “AGBank” və “NBCBank” ASC-nin fəaliyyətinə son qoyulub. Bu banklar martın 19-da Azərbaycanda yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna böyük məbləğlərdə yardım ediblər. Belə ki, “AGBank” və “ATA Bank” 100 min manat, “Amrah Bank” ASC 200 min manat vəsait köçürüblər. Prezident İlham Əliyev isə mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında deyib ki, 100 milyondan çox vəsaitin toplandığı Mübarizə Fondundan hələlik 1 manat belə xərclənməyib.
COVİD 19 virusu ötən ilin noyabrından Çinin Vuan vilayətindən başlayıb və zamanla bütün dünyaya yaılıb. Bu ərəfədə bir çox ölkədə karantin elan edilib. Karantin müddətində insanların işləməsi və qazanc əldə etməsi mümkün olmadığı üçün əksər ölkələr əhaliyə birdəfəlik yardımlar ediblər. Qonşu ölkə olan Gürcüstanda hökumətin qərarına əsasən, 200 kilovat elektrik enerjisi və 200 kubmetr təbii qazdan az istifadə edən abonentlərin kommunal xərcləri 3 ay müddətinə dövlət tərəfindən ödəniləcək. Rusiya hökuməti biznesə 6 aylıq vergi tətili elan edərək eyni zamanda dövlət şirkətlərinin 6 ay müddətinədək dividend ödəməsinin təxirə salınmasına dair qərar qəbul edib. Türkiyə hökuməti ahıl yaşda olanlarla bağlı xüsusi qayğını nəzərə alıb pensiyaları artırdı. Minimum pensiyanın məbləği 1500 lirəyə yüksəldildi. Bundan başqa, bir sıra sektorlar, gündəlik istehlakdan başlamış ağır sənayeyədək, nəzərdə tutulan ƏDV vergisindən 6 ay müddətinə imtina edib. Daxili aviadaşımalarda 3 ay müddətinə ƏDV 18%-dən 1%-ə endirilib. Azad sahibkarların “Xalqbank”a olan kredit borcları aprel, may və iyun ayları üçün faiz ödəmələrini 2 ay müddətinə əlavə faiz olmadan təxirə salınıb.
Azərbaycanda isə karantin müddəti may ayının sonunadək uzadıldığından bu ay da 190 manat birdəfəlik yardım ödəmələri olacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aztəminatlı ailələrə PUL VERİLƏCƏK

    Aztəminatlı ailələrə PUL VERİLƏCƏK ...

    30-12-2015, 17:29

  • 
  • Azərbaycanda dövlətdən yardım alanların sayı azalıb

    Azərbaycanda dövlətdən yardım alanların sayı ...

    19-07-2013, 14:07

  • 
  • İşlədiyi müəyyən olunan 20 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib

    İşlədiyi müəyyən olunan 20 min şəxsə birdəfəlik ...

    16-04-2020, 13:02

  • 
  • 190 manatlıq tapmaca - Cavabını tapana 190 manat birdəfəlik yardım veriləcək

    190 manatlıq tapmaca - Cavabını tapana 190 manat ...

    29-04-2020, 20:53

  • 
  • 190 manat alanların sayı 140 minə çatdı

    190 manat alanların sayı 140 minə çatdı ...

    16-04-2020, 20:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu