Koronavirus pandemiyasına görə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə ərzaq mağazaları istisna olmaqla bütün ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Bu müddət ərzində dövlət tərəfindən ticarət mərkəzlərinin sahiblərinə icarə haqqı yığmamaq tövsiyyə olunub.
Lakin bəzi ticarət mərkəzləri bu tövsiyəyə əməl etmir.
GundemXeber.Az bildirir ki, bizimxeber.az-a daxil olan məlumata görə, xüsusilə, “Binə” və “Sədərək” ticarət mərkəzlərində vəziyyət daha acınacaqlıdır. Məlumatda bildirilir ki, bazar sahibləri icarədarları ən müxtəlif yollarla məcbur edirlər ki, icarə haqqını ödəsinlər. İddia olunur ki, icarə haqqını ödəmək istəməyənlərə bazardan çıxarılacaqları deyilir.
Bəzi icarədarlar isə iflas etdiklərini əsas gətirərək bazardan çıxmaq istəyirlər. Onlara da mallarını götürməyə icazə verilmir. Tələb edilir ki, icarə haqqını ödəsinlər. Xəbərdə qeyd edilir ki, hazırda hər iki bazarda gərginlik yaşanır.
Sorğu
Yeni dizaynımız necədir?