GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycan XİN rəhbərinin oğlu Nyu-Yorkda 4 milyon dollara iki dəbdəbəli mənzil alıb

Azərbaycan XİN rəhbərinin oğlu Nyu-Yorkda 4 milyon dollara iki dəbdəbəli mənzil alıb

Tarix: 26-05-2020, 15:19 Bölmə :Cəmiyyət Baxış: 643
Azərbaycan XİN rəhbərinin oğlu Nyu-Yorkda 4 milyon dollara iki dəbdəbəli mənzil alıb


2015-ci ilin əvvəlində ATƏT-in KİV azadlığı üzrə o zamankı nümayəndəsi Dunya Miyatoviç Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məktub yazaraq jurnalist Xədicə İsmayılovanın taleyilə bağlı narahatlığını bildirmişdi. X.İsmayılova hökumət üzvlərinin korrupsiyası və kleptokratiya haqda nəşrlərinə görə həbs edilmişdi.

Miyatoviç məktubda qeyd etmişdi ki, X.İsmayılovanın səhhətində ciddi problemlər var və ona peşəkar tibbi yardım lazımdır. Lakin XİN-dən bu müraciətə cavab verilməmişdi.

Fevralın sonlarında Azərbaycan hakimiyyətinə ikinci məktubunda Miyatoviç X.İsmayılovanın məhkəmə prosesində iştirakına icazə verilməsini xahiş etmişdi.

Azərbaycan XİN rəhbərinin oğlu Nyu-Yorkda 4 milyon dollara iki dəbdəbəli mənzil alıb


“Müstəqil mətbuat və vətəndaş cəmiyyəti nümayəndələrinin məhkəmə zalına daxil olmasından imtina olunub. Mənə də məhkəmə prosesində iştirak etməyə icazə vermədilər”, - Miyatoviç daha sonra ABŞ Konqresinin üzvlərinə məlumat vermişdi.

Azərbaycan XİN rəhbərinin oğlu Nyu-Yorkda 4 milyon dollara iki dəbdəbəli mənzil alıb

Miyatoviç xarici işlər naziri ilə əlaqə saxlamağa çalışanda çox az adam bilirdi ki, həmin vaxt Məmmədyarovun ailəsi Nyu-Yorkun mərkəzində -Manhettendə dəbdəbəli mənzillərin alışı ilə məşğuldur.

Azərbaycan XİN rəhbərinin oğlu Nyu-Yorkda 4 milyon dollara iki dəbdəbəli mənzil alıb

TURAN-ın Vaşinqton müxbirinin Nyu-York Vergi Departamentinə istinadən əldə etdiyi məlumata görə, 2015-ci ilin yayında nazirin böyük oğlu Emin Məmmədyarov Manhettendə ümumilikdə 4,2 mln. ABŞ dollarından bir qədər çox nağd pul ödəməklə bir yox, iki mənzil alıb.

Bu yaxınlarda Məmmədyarovlar ailəsinin sərvəti və Manhettendə mənzillərilə bağlı jurnalist Cavanşir Həsənlinin sosial şəbəkələrdə başlatdığı diskussiyalardan sonra TURAN-ın müxbiri nazirin 31 yaşlı oğlunun əmlakı barədə daha ətraflı məlumat əldə etmək üçün Nyu-York hakimiyyətinə müraciət edib.

Azərbaycan XİN rəhbərinin oğlu Nyu-Yorkda 4 milyon dollara iki dəbdəbəli mənzil alıb

Rəsmi cavaba görə, iyun-iyul aylarında Emin Məmmədyarov Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda iki mənzil (PH2K və PH3K) alıb.

2004-cü ildə Tramp strukturları tərəfindən inşa edilmiş bina 21 mərtəbəlidir. Binada bütün rahatlıqlar, o cümlədən qapalı hovuz, fitnes mərkəzi, sauna və cakuzi, Qudzon çayına baxan damda xüsusi abadlaşdırılmış özəl terras var. Bu, Nyu-Yorkun mərkəzi parkına yaxındır.

Ötən il yerli sakinlərin qərarından sonra “Tramp-pleys” adı binanın fasadından çıxarılıb.

Gənc Məmmədyarovun Manhettendəki bu dəbdəbəli mənzillərə görə belə böyük məbləği necə ödədiyi məlum deyil. TURAN-ın müxbiri onunla əlaqə saxlamağa, telefonla və sosial şəbəkələrdə şərh almağa çalışsa da cavab almayıb.

Azərbaycan XİN rəhbərinin oğlu Nyu-Yorkda 4 milyon dollara iki dəbdəbəli mənzil alıb

Məmmədyarovlar ailəsi Nyu-Yorkda yeni deyil, belə ki, hazırkı XİN rəhbəri 90-cı illərin əvvəllərində BMT-də Azərbaycan missiyasında, daha sonra isə Azərbaycanın Vaşinqtondakı səfirliyində çalışıb.

Son illərdə Azərbaycan XİN korrupsiya qalmaqallarına görə tənqid olunub, nazirin özü isə yerli KİV tərəfindən səriştəsizlikdə ittiham olunub.

ABŞ daşınmaz əmlak bazarı xarici kleptokratlar tərəfindən çirkli pulların yuyulması üçün sevimli yerdir.

Azərbaycan XİN rəhbərinin oğlu Nyu-Yorkda 4 milyon dollara iki dəbdəbəli mənzil alıb

Faktiki olaraq, oğurlanmış sərvətlərin böyük hissəsi beynəlxalq kölgə bank sistemindən keçir və ABŞ bazarına daxil olur ki, bu da Qərb demokratiyası və iqtisadiyyatı üçün nəticələrə səbəb olur.

2019-cu ildə diplomatik xidmətin 100 illiyilə bağlı AzərTAC Dövlət Agentliyinə müsahibəsində demişdi: “Düşünürəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin baniləri müasir Azərbaycanın inkişafını görə bilsəydilər, bizimlə fəxr edərdilər”.

Lakin AXC banilərinin müstəqil Azərbaycanda kleptokratiyanın hərəkətlərinə reaksiyasını təsəvvür etmək çətin deyil. Yüksək vəzifəli məmurlar və onların yaxınları xaricdə azadlıq və qanunun aliliyinin hüquqi müdafiəsi üstünlüklərindən yararlana bilir, öz ölkələrində isə öz vətəndaşlarını bu hüquqlardan məhrum edirlər.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dunya Miyatoviç Bakının internetdə böhtana görə cəza planını pisləyir

    Dunya Miyatoviç Bakının internetdə böhtana görə ...

    3-05-2013, 14:07

  • 
  • Məhkəmə Xədicə İsmayılovanın Bakı Şəhər Prokurorluğuna qarşı iddiasını təmin etməyib

    Məhkəmə Xədicə İsmayılovanın Bakı Şəhər ...

    19-10-2016, 20:50

  • 
  • Xədicə İsmayılovanın şikayəti təmin olunmadı

    Xədicə İsmayılovanın şikayəti təmin olunmadı ...

    12-02-2013, 11:35

  • 
  • Avropa Şurasının komissarı Emin Hüseynovun işi üzrə Avropa Məhkəməsinə iradlarını təqdim edib

    Avropa Şurasının komissarı Emin Hüseynovun işi ...

    4-10-2018, 15:54

  • 
  • Məhkəmə İntiqam Əliyevin ölkədən çıxışına icazə verməkdən imtina edib

    Məhkəmə İntiqam Əliyevin ölkədən çıxışına icazə ...

    19-10-2016, 20:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (76)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom . best cryto casino reddit
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu