GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » SDU-da keçirilən iclasda tələbələrin xeyrinə qərarlar qəbul olunub

SDU-da keçirilən iclasda tələbələrin xeyrinə qərarlar qəbul olunub

Tarix: 2-06-2020, 23:03 Bölmə :Cəmiyyət Baxış: 549
SDU-da keçirilən iclasda tələbələrin xeyrinə qərarlar qəbul olunub


İyunun 2-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının onlayn qaydada keçirilmiş iclasında yaz semestrinin imtahan sessiyası, təcrübələr, buraxılış imtahanları, buraxılış işlərinin və magistr dissertasiyalarının müdafiəsi ilə bağlı qərarlar qəbul olundu.

Rektor professor Elxan Hüseynov şura üzvlərini salamladı, Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkədə və universitetdə görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması istiqamətində aparılan işlərdən danışdı. Pandemiya dövründə dərslərin məsafədən tədrisi istiqamətində mümkün olan bütün tədbirlərin görüldüyünü bildirdi və professor- müəllim heyətinə təşəkkürünü ifadə etdi. Tələbələrin böyük əksəriyyətinin onlayn dərslərdə fəal iştirakını müsbət hal kimi dəyərləndirdi.
Rektor Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bir sıra qərarlara dəyişikliklər edildiyini bildirdi. Həmin dəyişikliklərdən irəli gələn tələbləri şura üzvlərinin diqqətinə çatdırdı. Bildirdi ki, 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn rejimdə təşkili nəzərə alınaraq, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, sessiya başlamazdan öncə imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə universitet rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub.
Rektor onu da bildirdi ki, onlayn imtahanlarda istifadə olunan elektron resursların vaxt məhdudiyyətlərinə əsaslanaraq bir biletə daxil edilən sualların sayının azaldılması və bununla bağlı minimum imtahan keçid balının aşağı salınması barədə tələbələrin çoxsaylı müraciətlərini nəzərə alaraq, Təhsil nazirinə 40-01-85/1 saylı 22.05.2020-ci il tarixli məktub ünvanlamış və qeyd olunan dəyişiklikliyin edilməsi barədə xahiş etmişdik. Məktubumuz cənab nazir tərəfindən müsbət qarşılandı, həmişə olduğu kimi bu dəfə də tələbələrin xeyrinə qərar verildi. İmtahanların giriş balı hamı üçün 49 bal hesablanaraq biletə daxil edilən imtahan suallarının sayı 5-dən 3-ə endirildi, imtahanların keçid balı minimum 17 bal qəbul edildi.
Gündəlikdə duran məsələlər ilə bağlı Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti və Koronavirus Pandemiyası ilə əlaqədar Yekun Dovlət Attestasiyasının və imtahan sessiyasının keçirilməsində həyata keçiriləcək dəyişikliklər barədə məlumat verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi
tədbirlər barədə” 2020-ci il 18 may tarixli 179 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarına dəyişikliklər edilmişdir.
Prorektor Natiq Talıbov Sumqayıt Dövlət Universitetində 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili barədə bir sıra dəişikliklərin edilməsi haqqında ətraflı məlumat verdi.
1. Buraxılış işini yerinə yetirən tələbələr də Ümumiləşmiş orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) görə Yekun Attestasiyadan keçmiş hesab olunacaqlar. Qiyməti ilə razılaşmayan tələbələr buraxılış işlərini kağız daşıyıcı formasında şəxsən, mümkün olmadıqda poçt vasitəsi ilə və ya elektron formada universitetə təqdim etməlidirlər. Buraxılış işinin məzmununa, yazılmasına və müdafiəsinə qoyulan tələblər gözlənilməklə müdafiə onlayn qaydada təşkil olunacaq.
2. Kontingentdə qalan tələbələr bütün kreditləri ləğv etdiyi halda ÜOMG-yə görə Attestasiyadan keçmiş hesab olunacaqlar.
3. Magistr dissertasiyaları kağız daşıyıcı formasında şəxsən, mümkün olmadıqda poçt vasitəsi ilə və ya elektron formada universitetə təqdim olunmalıdır. Magistr dissertasiyalarının məzmununa, yazılmasına və müdafiəsinə qoyulan tələblər gözlənilməklə müdafiə onlayn qaydada təşkil olunacaq.
4. Onlayn imtahanlarda istifadə olunan elektron resurslarda vaxt məhdudiyyətinin olduğu nəzərə alınaraq bir biletə daxil edilən sualların sayının azaldılması və bununla bağlı minimum imtahan keçid balının 26 baldan aşağı salınması barədə tələbələrin çoxsaylı müraciətləri nəzərə alınaraq Təhsil naziri cənab Ceyhun Bayramova 40-01-85/1 saylı 22.05.2020-ci il tarixli məktub ünvanlanmışdı. Hörmətli rektorumuzun da qeyd etdiyi kimi məktubumuz cənab Ceyhun Bayramov tərəfindən müsbət qarşılanmış, həmişə olduğu kimi, bu dəfə də tələbələrin xeyrinə qərar verilmişdi.

1.İmtahanların giriş balı hamı üçün 49 bal hesablanır;
2.Biletə daxil edilən imtahan suallarının sayı 5-dən 3-ə endirilir;
3.İmtahanların keçid balı minimum 17 bal qəbul edilir;
4. Müxtəlif səbəblərdən cari imtahan sessiyasında iştirak edə bilməyən tələbələrin istəyi və müraciətləri olduğu halda avqustun 17-dən, sentyabrın 15-nə qədər icmal mühazirələr və imtahanlar təşkil ediləcək.


İmtahanlar onlayn şəkildə Microsoft Teams platforması və ya Zoom proqramı vasitəsilə həyata keçiriləcək.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • SDU Prezidentin çağırışına qoşuldu

    SDU Prezidentin çağırışına qoşuldu ...

    25-03-2020, 14:48

  • 
  • SDU-da rektorluq  növbəti videokonfrans keçirdi - REKTORDAN TÖVSIYƏ

    SDU-da rektorluq növbəti videokonfrans keçirdi - ...

    2-05-2020, 00:45

  • 
  • Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

    Azərbaycanda buraxılış imtahanlarının ...

    27-05-2020, 22:02

  • 
  • Rektor yaz imtahan sessiyasının gedişini izlədi - FOTOLAR

    Rektor yaz imtahan sessiyasının gedişini izlədi - ...

    3-06-2019, 20:56

  • 
  • Hacettepe Universitetinin professoruna SDU-nun Fəxri doktoru diplomu təqdim olundu - FOTOLAR

    Hacettepe Universitetinin professoruna SDU-nun ...

    18-12-2019, 16:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu