“Pandemiyanın başlamasından 6 ay keçib. Avropada vəziyyət yaxşılaşsa da, pandemiya dünyada daha pis duruma gəlib”. Publika.az xəbər verir ki, bu sözləri BMT yanında Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Tedros Adanom Qebreyesus deyib.
Pandemiya müddətində ən pis günün 8 iyun olduğunu bildirən baş katib sadəcə həmin gün 136 min yeni yoluxma faktının qeydə alındığını bildirib: “Hazırda ölkələrin karantin rejimini ləğv etməsinin zamanı deyil. Ötən gün qeydə alınan yoluxma faktlarının 75 faizi Cənubi Asiya və Amerika qitəsindəki 10 ölkədə olub”.
ÜST-ün Fövqəladə Hallar Bölməsinin rəhbəri May Rayn isə ikinci dalğaların qarşısını almaq üçün tədbirlər görülməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Amerika qitəsində vəziyyət pisləşməyə doğru gedir.
ÜST-ün virusla bağlı texniki briqadasına başçılıq edən Mariya Van Kerkove qeyd edib ki, simptom göstərməyən xəstələrdən COVİD-19 xəstəliyinin keçməsi nadir rast gəlinir.
Sorğu
Yeni dizaynımız necədir?