GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » AZƏRBAYCANDA QALA TİPLİ YAŞAYIŞ MƏSKƏNLƏRİNİN YARANMASI TARİXİ

AZƏRBAYCANDA QALA TİPLİ YAŞAYIŞ MƏSKƏNLƏRİNİN YARANMASI TARİXİ

Tarix: 11-06-2020, 12:07 Bölmə :Cəmiyyət Baxış: 390
AZƏRBAYCANDA QALA TİPLİ YAŞAYIŞ MƏSKƏNLƏRİNİN YARANMASI TARİXİ


Azərbaycanda şəhər mədəniyyətinin öyrənilməsi sahəsində ilk addımlar görkəmli arxeoloq alim Vəli Əliyev tərəfindən atılmışdır. E.ə. II minillikdə Şərqin ilk sivilizasiya mərkəzi olan Mesopotamiya ilə əlaqələrin yaranması, şəhər-dövlətlərinin meydana gəlməsi qədim inşaat sənətinin inkişafında əsas rol oynadı. Son tunc dövründə meydana gələn siklopik tikililər daha da təkmilləşərək e.ə. I minilliyin əvvəllərində Aşşur və Urartu hücumlarına qarşı Manna dövlətinin ərazisində də mövcud idi. Tunc dövründə əhali dağlıq və dağətəyi ərazilərdə məskunlaşmağa başladı. Yaşayış yerləri bir-birinə daha yaxın yerləşirdi. Yaşayış yerlərinin dağətəyi ərazilərdə salınması əkinçiliyin və maldarlığın inkişafına zəmin yaratdı. Oturaq əhali isə əsasən kənd və şəhər tipli yaşayış yerlərində məskunlaşırdı. Onların əsas məşğuliyyəti sənətkarlıq və ticarət idi. Dağlıq ərazilərdə yaşayan əhalinin isə müdafiə tikililərinə daha çox ehtiyacı var idi. Xarici hücümlardan qorunmaq məqsədi onlarda ilkin müdafiə istehkamlarını yaratmaq məcburiyyəti yaratdı. Qala tipli yaşayış yerlərinin tədqiqi son illərdə arxeoloqlar sayəsində mümkün olmuşdur. İlk qala şəhərləri Naxçıvanda məskunlaşan tayfalar tərəfindən yaradıldı. Qarabağ ərazisində də bu tip şəhər qalalar mövcud olmuşdu. Tunc dövründə başlayan bu inşaat sənətinin əsası əslində Neolit və Eneolit dövrlərində qoyulmuşdu.
“Kür-Araz mədəniyyəti”nin mərkəzi olan Naxçıvan ərazisində mədəniyyətin bu tipinə maddi-mədəniyyət abidələrinin kompleks tədqiqi göstərdi ki, o, qədim mədəniyyət olmaqla yerli Qafqaz tayfalarına məxsus olmuş, heç də Kiçik Asiya və Anadoluda yox, məhz Azərbaycan torpağında təşəkkül tapmışdır. E.ə. III minilliyin sonlarında Kür-Araz mədəniyyəti tayfaları iqtisadi inkişafın sonrakı tərəqqisi zəmini əsasında tayfa ittifaqlarında birləşdilər. Onların yaşayış yerləri daşdan tikilmiş qala tipli məskənlərdən ibarət olmuşdur. Bu qalaların, əsasən varlı tayfa başçılarının yaşayış yeri və müdafiə vasitələri kimi fərqlənməsi faktı bir daha III minilliyin sonlarından etibarən sinfi təbəqələşmənin də izlərinin meydana gəldiyini söyləməyə təminat verir. Araşdırmalar göstərir ki, bu möhtəşəm ilk şəhər-qala tipli məskənlərin inşa edilməsində istifadə edilən materialların daşınmasında icma "qullarının" əməyi mühüm rol oynamışdır. Qalaların inşa edilməsində hələ eneolit dövründə (e.ə.V-IV minillikdə) çiy kərpicdən geniş istifadə edilmişdir. Çiy kərpicin hazırlanmasında hərbi toqquşmalar zamanı ələ keçirilən əsirlərin əməyi geniş istifadə edilmişdi. Azərbaycanda bu dövr üçün Xocalı-Gədəbəy, Naxçıvan və Talış-Muğan mədəniyyətləri əsas idi. Xarici basqınlardan qorunmaq üçün sonrakı dövrlərdə siklopik tikililər yarımköçəri maldar tayfalar tərəfindən salınmağa başlanıldı.
Tədqiqatlar göstərir ki, Naxçıvan ərazisində yaşamış qədim tayfalar yaşadıqları məkanların ümumi müdafiə divarları ilə çevrələnməsi ənənəsinə hələ Neolit-Eneolit dövrlərində yiyələnmişlər. Bunu Naxçıvançay və Arpaçay vadilərindəki qədim yaşayış yerlərindən aşkar edilmiş divar qalıqlarının timsalında görmək olar. Orta tunc dövrünün ən səciyyəvi cəhəti ilk şəhərsalmanın meydana gəlməsi idi. Bu dövrə aid Naxçıvan və Qarabağ ərazisində şəhər tipli yaşayış məskənləri tapılmışdır. Naxçıvanın orta tunc dövrü mədəniyyəti boyalı keramika qablar, ilkin şəhər mərkəzləri ilə məşhurdur. Orta tunc dövrü yaşayış yerləri güclü müdafiə divarları ilə əhatə olunmuşdur. Bu ərazidə güclü tayfa ittifaqları formalaşmışdır. Orta tunc dövrünə aid ən möhtəşəm abidələrinin Naxçıvanda yerləşməsi bu bölgənin qədim mədəniyyət əsas mərkəzi olduğunu təsdiq edir. Urmiya hövzəsi və Naxçıvandan fərqli olaraq Şərqi Anadoludakı yaşayış yerlərində orta tunc dövrü təbəqəsinin rastlanması bu dövrə aid arxeoloji abidələrin başlıca olaraq qəbiristanlıqlarla təmsil olunması həyatın köçəri xarakterdə olduğunu göstərir. Arxeoloji qazıntılar göstərir ki, Naxçıvan, Urmiya hövzəsi, Şərqi Anadoluda yaşayan tayfalar oturaq və köçəri həyat tərzi keçirmişdir. Oğlanqala, II Kültəpə Şahtaxtı-Govurqalanın qədim sakinləri şəhər mədəniyyətinə malik olaraq möhtəşəm qalalar tikmişlər ki bu da Naxçıvan bölgəsini Azərbaycanın ilk şəhər mədəniyyətinin yarandığı mərkəzə çevirmişdir.
Möhtəşəm qala divarları ilə əhatələnən iri yaşayış yerlərinin müəyyən hissəsində zadəganlara, varlı ictimai təbəqəyə məxsus narınqala olmuşdur. Bayır qala divarları və narınqala dördkünc, yarımdairəvi plana malik bürclərlə möhkəmləndirilmişdir. Qala-şəhər iri yaşayış yerləri planlı tikilmiş, binaların əksəriyyəti çoxotaqlı olub, aralarından enli düz küçələr keçir. Naxçıvanın müdafiə istehkamları yonulmuş iri daşlardan tikilməklə, 3-10 ha sahəni əhatə edir. Qazıntılar nəticəsində tapılmışdır ki, əksəriyyəti bir tondan ağır daşlarla hörülmüşdür. Onların yonulması və hörgüdə səliqə ilə bərkidici məhluldan istifadə olunmadan çox məharətlə düzülməsi minlərlə işçi qüvvəsi tələb edirdi. Orta tunc dövründə - III minilliyin sonu - II minilliyin üçüncü rübündə böyük etnik yerdəyişmələrin baş verdiyi ehtimal olunur. Hərçənd bu haqda fikir müxtəlifliyi də mövcuddur. Düzənlik ərazilərdə yaşayan məskənlərin sayı azalması, insanların müdafiə üçün əlverişli olan dağlıq və dağətəyi ərazilərdə məskən salması bu dövrün xarakterik xüsusiyyəti idi. Təsərrüfatda yaylaq heyvandarlığı əsas yer tutmağa başladı. Sosial münasibətlərin bu dövrdə inkişafı bilavasitə istehsal qüvvələrinin artması ilə bağlı idi. Orta tunc dövrü Azərbaycanda Mil düzündə daha çox öyrənilmişdir. Həmçinin bu dövr Qarabağ, Dəvəçi, Abşeron və Qobustan abidələrində də əks olunub.
Tayfalararası ziddiyyətlərin meydana gəlməsinə səbəb olan iri mal-qara sürülərinin, zəngin taxıl ehtiyatının olması toqquşmalarla nəticələnirdi ki, bu da təbii olaraq yaşayış yerlərinin görkəminə də təsir edirdi. Yaşayış yerləri maksimum şəkildə müdafiə qabiliyyətini artırmağa başladı. Müdafiə istehkamlı, qurğulu yaşayış yerləri bu dövrdə meydana gəldi. Mükəmməl tikinti texnikasını öyrənən əhali inşaat materialı kimi çiy kərpicdən, möhrədən, daşdan, qamışdan istifadə edirdi. Mürəkkəb qurluşlu müdafiə istehkamları dördkünc bürclərlə daha da möhkəmləndirilirdi. Bu dövrdə, eləcə də tunc dövrlərinin sonlarında Sarıtəpə, Babadərviş, Mingəçevir kimi müdafiə qalalı, hasarsız daimi yaşayış yerləri ilə yanaşı mövsümlük yurd yerləri də yaranmağa başlayırdı. Əhali çoxluğu son tunc dövründə yaşayış yerlərində yarımqazma tipli evlərin geniş yayıldığını göstərir (Yastıtəpə, Novruzlutəpə, Qiyamtəpə yaşayış yerləri). Naxçıvan ərazisinin əlverişli coğrafi mövqeyi onun Yaxın Şərq ölkələri ilə bilavasitə qonşuluqda yerləşməsi nəticəsində bu ərazi Yaxın Şərqlə Cənubi Qafqaz arasında iqtisadi-mədəni əlaqələrin inkişafında mühüm rol oynamışdır. Naxçıvanın daş duz və mineral xammal mənbələri ilə zəngin olması, habelə bu ərazinin Cənubi Qafqazı Yaxın Şərqlə birləşdirən ticarət yolunun qovşağında yerləşməsi ticarətin, sənətkarlığın inkişafına əlverişli şərait yaratmışdır. Son illərin tədqiqatları e.ə.V-IV minilliklərdə Cənubi Qafqazı Yaxın Şərqlə birləşdirən obsidian ticarətində Naxçıvanın mühüm yer tutduğunu göstərir.
Qala tipli yaşayış məskənlərin-siklopi, hansı məqsədlərlə salınması, memarlıq və tikinti xüsusiyyəti haqqında tədqiqatçıların fikirləri müxtəlif olsa da, onların əldə etdiyi nəticələrdə bir neçə faktlarla eynilik təşkil edir. Həmin elmi nəticələr Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvanda da siklopik yaşayış məskənlərinin əsasən dağlıq və dağətəyi yerlərdə salınmasından, yerin relyefinə uyğun tikilməsindən, çox az mədəni təbəqəyə malik olmasından ibarətdir. Tədqiqatçıların fikirlərindən, aparılan müqayisəli araşdırmadan belə bir nəticəyə gəlmək olar ki Azərbaycan ərazisində qala tipli yaşayış məskənlərinin siklopik tikintilərin hansı məqsədlə tikilməsindən asılı olmayaraq, bu vərdişlərin insanların həyat tərzi ilə bağlılığı var idi. İstər oturaq, istərsə yarımköçəri həyat tərzi keçirən əkinçi-maldar tayfalar, qala tipli yaşayış yerlərindən istifadə etmişlər. Bütün deyilənlər Eneolit-Tunc dövründə Azərbaycanın qədim yaşayış yerlərində ilkin şəhərsalma sivilizasiyasının formalaşmasını təsdiq edir. Naxçıvan bölgəsində yaranan qədim şəhərsalma mədəniyyəti digər bölgələrə də təsir etdi. Arxeoloji araşdırmalar göstərdi ki Mesopotamiya ilə tranzit əlaqə, demoqrafik artım, əlverişli coğrafi arealda yerləşmə və mal mübadiləsinin yaranması şəhərsalma mədəniyyətinin formalaşmasında əsas faktorlar idi.

Selcan Məmmədzadə
AMEA –ın Tarix İnstitutunun doktorantı


ƏDƏBİYYAT

1.Baxşəliyev V, Quliyeva F, “Naxçıvanın tarixi abidələri”. Bakı, 2017, 212 s.
2.Əliyev V.H, Bağırov R.B. “Naxçıvanın qədim qala şəhərləri”. Bakı, 2012, 192 səh.
3.Xəlilov T. “Naxçıvandakı Son Tunc-Erkən dəmir dövrünün qala tipli yaşayış məskənləri” / Iğdır Üniversitesi / Sosyal Bilimler Dergisi / Sayı 5 / Nisan /2014: 117-132.
4.Quliyeva Z. “Naxçıvanın qədim müdafiə tikililəri qalatikmə mədəniyyətinin əsası kimi”. s.14-24. AMEA Naxçıvan bölməsi, Xəbərlər (İctimai və humanitar elmlər seriyası № 1. Cild 13. Naxçıvan, 2017.
5.Nəcəfov Ş. “Tunc dövründə orta Kür hövzəsinin məskunlaşmasının təbii-coğrafi şəraiti” (Gəncə-Qazax bölgəsi abidələri üzrə etnoarxeoloji tədqiqat) / Azərbaycan Arxeologiyası. Cild: 20 Say: 2. 2017. s.8-21.
6.Səfərov Y, “Qədim Azərbaycan: nə bilirik”? Bakı, 1989. 157 s.



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan paytaxtının mərkəzi və ətrafında bir çox yaşayış obyektləri söküləcək

    Azərbaycan paytaxtının mərkəzi və ətrafında bir ...

    8-11-2013, 12:20

  • 
  • Azərbaycanda qar yağacaq, bəzi yerlərdə yollar buz bağlayacaq

    Azərbaycanda qar yağacaq, bəzi yerlərdə yollar ...

    28-01-2014, 13:39

  • 
  • Azərbaycanda qar yağacaq

    Azərbaycanda qar yağacaq ...

    4-01-2014, 13:49

  • 
  • Azərbaycanda ehtiyac meyarının həddi və yaşayış minimumu artırıldı

    Azərbaycanda ehtiyac meyarının həddi və yaşayış ...

    19-12-2013, 23:54

  • 
  • Hökumət yaşayış minimumu və ehtiyac meyarının məbləğini artırır

    Hökumət yaşayış minimumu və ehtiyac meyarının ...

    19-10-2013, 09:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (472)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu