GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nərimanov faciəsi: XXI yüzilliyin XX əsrdə qalmış “kommunistləri”

Nərimanov faciəsi: XXI yüzilliyin XX əsrdə qalmış “kommunistləri”

Tarix: 17-06-2020, 17:10 Bölmə :Cəmiyyət Baxış: 1 262
Nərimanov faciəsi: XXI yüzilliyin XX əsrdə qalmış “kommunistləri”


Yoldaş kommunistlər!



Mən nasional-sosialistəm. Siyasi ideologiyamla da fəxr edirəm. Bir-birimizə zidd dünyagörüşə sahib olsaq da, kəsişən baxışlarımız az deyil. Bu perpendikulyarlıq 71 illik (1920-1991-ci illər) tariximiz, II Respublikamız, həmin dövrdəki liderlər, ictimai, siyasi, ziyallı, zəhmətkeş şəxsiyyətlərimizə qarşı yönəlmiş qərəzli, təhrifli, təhqirli ifadələr yağdırma kompaniyaları əlehinə mübarizə və sosial tənəzzülün vəba kimi hökm sürməsi məsələlərini əhatə edir.
30 ildən çoxdur ki, özlərini “müsavatçı”, “milliyətçi”, “cəbhəçi”, “milli-demokrat”, “liberal-demokrat” adlandıraraq, baş qaldıran ünsürlər xalqımızın XX əsrin 3/4 hissəsini əhatə edən yaşam dövrünü insanların yaddaşlarından tamamilə silməyə hər vasitə ilə çalışırlar. Bu arzularına qismən də olsa nail olublar. Manipulyasiyanın təsirinə düşən əksər insanlar inanmırlar ki, 71 illik tariximizdə özünün bayrağı, gerbi, himni, dili, konstitusiyası olan müstəqil, suveren Azərbaycan Sovet Sosialist Respublikası (SSR) olub. Həmin dövlətin mövcudluğu zamanı elm, təhsil, tibb, mədəniyyət, sosial, iqtisadi sahələrdə əldə edilən nəaliyyətlər inkar edilir və ya gizlədilir. Nəriman Nərimanov, Çingiz İldırım, Mir Cəfər Bağırov, Abbasqulu Şadlinski, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rüstəm, Manaf Süleymanov, Cəmşid Əmirov, Əlfi Qasımov, Mirzə İbrahimov, Şıxəli Qurbanov, Kərim Kərimov, Niyazi, Şəfiqə Axundova, Bülbül, Rəşid Behbudov, Qəmər Almaszadə, Əfrasiyab Bədəlbəyli, Adil İsgəndərov, Əjdər İbrahimov, Müslüm Maqomayev, Vaqif Mustafazadə və digər adlarını çəkmədiyim tarixi şəxsiyyətlər açıq-aşkar təhqir olunur. Həmçinin yuxarıda qeyd etdiyim ünsürlər “Biz kölə olmuşuq”, “Vətən-dövlətimiz olmayıb”, “Azərbaycan Moskvaya-ruslara bağlı əyalət olub”, “Həmin dövrdə yaşayıb bədbəxtlər olmuşuq” və s. bu kimi ifadələrlə təşviqat, təbliğat apararaq insanları manipulyasiyaya salır.
Belə bir deyim var: “Keçmişini dananın gələcəyi olmaz”!
71 illik keçmişini, tarixini inkar, təhrif edən xalqın köləlikdən başqa nəsibi yoxdur. Baş verən bu xoşa gəlməyən prosseslərə kommunistlər cəbhəsi avanqard kimi mübarizə aparmalı olsalar da, onlar bir neçə partiyalara, qruplara, cəbhələrə bölünərək, satılaraq kimiləri icra başçıları, deputatlar kimi zərflə dolu “qonorarlarla” altlarını doldurur, kimiləri hələ də Azərbaycanı müstəqil yox, Kremldəki qırmızı xozeynlərinin marionet yaylağı kimi görür, kimiləri də XXI əsrdə yaşamasına baxmayaraq, ötən əsrin 30-cu illərinin gerizəkalı düşüncəsində qalmaqdadır. Olduqca az saylı, şərəfli, alturist, Azərbaycanın inkişaf etməsinə, xalqın rifahının yüksəldilməsinə çalışan kommunistlər isə keçmişdə olduğu kimi bugün də fiziki-mənəvi terrora məruz qalmaqdadır...
İstər Marksın, istər Engelsin, istər Leninin, istər Stalin, istər Trotskinin, istər Maonun əsərlərində, istərsə də SSRİ-də tonlarla, milyonlarla tirajla nəşr olunan kommunizm, sosializm, dialektik-materializmlə bağlı kitablarda ədalətli sosializm quruculuğu, yalnız yeni ideya-yanaşmalarla bəşəriyyəti kommunizmə doğru yol alması təbliğ olunurdu. Çox təəssüflər olsun ki, nə SSRİ-in yaradılması, nə gedişatda, nə yenidənqurma, nə də bugün irəliyə, tərəqqiyə aparan ideyalara, yanaşmalara yer verənlər oldu. Məhz bunun nəticəsi olaraq qüdrətli bir dövlət süquta yetirildi. Hələ də bir çox “kommunistlər” traktoru inqilabın “mütərəqqi ixtirası”, kolxoz quruculuğunu “iqtisadi möcüzə”, kartoçka sistemini “ədalətli zəhmət haqqı” kimi ulamaqdadırlar. XXI əsr informasiya mübadiləsi, satışı, süni intelekt, kosmos-Marsda həyat axtarışları olduğu halda, bizim bir çox döşlərinə oraq-çəkic taxanlar kolxoz yığıncağında qalmaqdadırlar. Bəyənmədiyimiz Çin Xalq Respublikası, Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) da artıq XXI əsrə uyğun inkişaf etməkdədir. “BBC”, “CNN” və Qərbin digər manipulyasiya edici yalan məlumatlarla dünya dövlətlərinin gözündən salınmağa çalışılan rəsmi Pxenyanda heç də vəziyyət “təqdim” olunduğu kimi acınacaqlı deyil. Sadəcə olaraq kim ABŞ-ın musiqisi ilə oynamırsa o qaralanmalıdır. Manipulyasiyadan dolayı adını belə, düz demədiyimiz Koreya Xalq Demokratik Respublikası balistik raketləri, kütləvi qırğın, nüvə silahlarına arxalanaraq, dünyada at oynadan ABŞ-ı özü ilə hesablaşmağa məcbur edir. Qərb imperializminin, kapitalizminin, multikulturalizminin köləsi olmamaq üçün çırpınır, suverenliyini, ərazi bütövlülüyünü qoruyur. Bizim kommunist şineli geyinən bir çoxları isə Leninin, Stalinin şəkillərini, sovet suvenirlərini, poçt markalarını, partiyə biletlərini paylaşaraq, MK katiblərinin heykəl-büstləriylə selfilər etmək, ildə bir-iki dəfə də “Dünya proletarları birləşin” ulayaraq özlərini kommunizm quruculuğunun avanqardı kimi sırıyırlar. Bu gerizəkalılar anlamırlar ki, XXI əsrdəki haqqı-qüruru tapdalanmış, əzilmiş insanları ötən əsrin əvvəllərindəki manipulyasiya edici qışqır-bağır, avazı yaxşı gələn vədlərlə proqressiv proletariat ordusuna çevirmək mümkün deyil. XXI əsrin özünün diqtə etdiyi qanunları, reallıqları, görünən-görünməyən taktikaları, manevrləri var. Bu əsrin ən başlıca qanunu, hətta kapitalı informasiyadır. Kim daha çox informasiyaya sahibdirsə o da kütləni ələ almağa qabildir. Bugün əzilmiş təbəqəyə yalnız onun qulağına xoş gələn sözləri yox, həm də həqiqət payı olan informasiyalar gərəkdir. Çünki indiki insanlar ona xoş gələn nələrəsə görə yox, nəyin uğrunda mücadiləyə atılmağı, nələri itirib, nələri əldə edəcəyini daha çox düşünür. Əgər dünən təbliğatçıların, təşviqatçıların, natiqlərin kimliyinə, cəsarətinə, inandırma bacarığına fikir verirlirdisə, bugün həmin sadalanları sosial şəbəkələrdəki qruplar, səhifələr, xəbər saytları daha effektli şəkildə əvəz edir. Qısası virtual həyat nəinki real həyatı üstələyib, hətta informasiyanı şaxələndirən ən qüdrətli məkana da çevrilib. Bugün cəmiyyətlərdə, dövlətlərdə dəyişikliklər virtual məkandakı informasiyalar hesabına baş verir.
Xalqımızın əksəriyyətinin, əsas da gənc nəslin kommunistlərə güvənməməsi, nifrət etməsinin səbəbi heç də yalnız ötən əsrin 88-90-cı illərdəki xoşa gəlməyən hadisələr, Qarabağ müharibəsi deyil. Ayzberqin görünməyən digər tərəfindəki səbəb odur ki, apartunist tör-töküntülər, küçə əxlaqsızları 70 illik yaşanılan sosializm dövrünü, mədəniyyətini, tarixi şəxsiyyətləri aşağılama meyxanasında nəin ki yalanalarla qaralayanda, hətta açıq-aşkar təhqirlər yağdıranda belə özünə kommunist deyənlərin (böyük və mütləq çoxluq) ağzına su alıb oturur və ya yuxarıda qeyd etdiyim fəaliyyətlərlə “proqressivliklərini” göstərirlər. Bu cür mənzərəni görənlər təbii ki, qırmızılara ikrah hissi ilə yanaşacaq, heç vaxt güvənməyəcək. Əslində Azərbaycan “müxalifətçiləri” ilə “kommunistlər” arasında oxşarlıq var. Biri 30 ildir boş, mənasız “azadlıq”, “istefa” digəri isə “dünya proletarları birləşin” ulayır, əməldə isə kürd toyuq vəziyyətindədirlər. Bugünkü bədbəxtçiliyimizdən biri odur ki, özünü müxalifətçi adlandıranlar ilə kommunist hesab edənlərin keyfiyyət göstəriciləri eynidir – çürük. Hər iki cəbhə korroziyaya uğrayaraq, sıradan çıxmış, yalnız siqnal verərək, relslər üzərində donub qalan qatarı xatırladır.
Həqiqət odur ki, bugün var-yoxundan bixəbərlərin durub Azərbaycan SSR, onun öndə gedən böyük tarixi şəxsiyyətləri olan Nərimanov, Bağırov və digərlərini təhqir edəndə kommunist-sosialist olmayan qruplar, fərdlər daha çox özünü irəli verib, qarayaxanlara cavablar verib, onların ağızlarını yumurlar. Məhz kommunist, solçu olmayanlar həmin şəxslər öz keçmişləri, tarixi şəxsiyyətlər haqqında həqiqətləri əks etdirən kitablar yazaraq xalqı agah edirlər.
Başqa dövlətlərdə dövlətçilik, Vətəni qorumaq və digər ümumi, taleyüklü məsələlərdə nəin ki sağçılar ilə solçular, hətta bir-birinə qarşı ən nifrət edən partiyalar, cəbhələr kompromisə gələndə, bizdə həmin şəraitdə hər kəs gözü götürmədiklərinə qarşı daha çox qarayaxmağa, ayağından dartmağa, arxadan vurmağa çalışır. Bu sarıdan kommunistlər öncü olmağı çox gözəl bacarır. Bir milliyətçi, klerikalist, fidelist əqidəsində olan şəxs(lər)in dövlətçiliyimizi, mədəniyyətimizi keçmişimizi, o cümlədən Azərbaycan SSR, onun ictimai, siyasi, hərbi xadimlərinin müdafiəsinə qalxaraq, kommunistləri də vahid cəbhədən çıxış etməyə səsləyəndə, qarşı tərəf “Nə olursa olsun biz burjuaziyaçılar, sinfi düşmənlərimizlə bir araya gələsi deyilik” cavabı ilə “üstünlüklərini” nümayiş etdirirlər.
Gəncliyindən ömrünü xalqının maariflənməsinə həsr edən, gündüzlər müəllimlik fəaliyyəti göstərən, gecələr şam işığında cəhalət əlehinə əsərlər yazan, pulsuz qiraətxana açan Nəriman Nərimanov “xələflərinin” yuxarıda qeyd etdiyim əməllərini görsəydi iki əliylə başına döyərdi ki, heç də cahillik, nadanlıq onun dövründə yox, məhz bugün – XXI əsrdəki Azərbaycandadır. Nə öz zamanında onunla yan-yana duranlar, nə sonra, nə də bugün döşlərini oraq-çəkiçlə bəzəyənlər ədibin, Şərqin bəlkədə son xilaskarının gerçək mücadiləsini, amalını qanmadılar. Nərimanovun gerçək faciəsi də budur!
Bəşəriyyətin düşməni olan yəhudilər (əsas da sionistlər) bolşevik inqilabını həyata keçirib, rus xalqını qanına qəltan edilməsi, kilsələrin, mədəniyyət ocaqlarının dağıdılması, Rusiyada ilk bolşevik (əslində isə yəhudi) hökumətini, sonra isə SSRİ-ni yaradılması ilə fəxr edirlər.
Düşmənimiz daşnak, milliyətçi dığalar onların siyasi düşüncəsində olmayan, SSRİ-də (hələ mən dünya üzrə demirəm) yaşayıb, yaradaraq iz qoymuş Stepan Şaumyan, Anastas Mikoyan, Artyom Mikoyan, Levon Mirzoyan, Aleksandr Qarsoyev, Ovanes İsakov, Ovanes (İvan) Baqramyan, Qayk Ovakimyan, Amazasp Babacanyan, Aram Xaçaturyan, Pavel Lisiçiyan, Arno Babacanyan, Avet Terteryan, Mikayel Tariverdiyev, Qrant Matevosyan, Frunze Mkrtçyan, Raçiya Nersesyan, Leonid Engibarov (Engibaryan), Ovanes Adamyan və digər adlarını çəkmədiyim dünyaca məşhur tarixi şəxsiyyətləri ilə fəxr edib, təbliğ edən zaman bizim tör-töküntü “cəbhəçilər”, “milli-demokratlar”, “müsavatçılar” yuxarıda adlarını qeyd etdiyim tarixi şəxsiyyətlərimizi təhqir edib, xalqın yaddaşından silməklə məşğuldurlar.
Son zamanlar özünün milliyətçi, vətənpərvər kimi sırıyan bəzi tör-töküntü populistlərin, Nəriman Nərimanova qarşı qarayaxma kompaniyası ilə çıxış edərək, onun heykəlinin götürülməsi, adını daşıyan rayon, metrostansiya, park, küçənin dəyişdirilməsinə çağırış edənlərə cavab verirəm. Nərimanovun inqilabi, siyasi fəaliyyətini qoyuram bir kənara, onun yazıçı, ədəbiyatçı, publisist, maarifçi, mütəfəkkir, pedaqoq, həkim, ictimai xadim kimi xidmətləri daha böyükdür, bəhrələri də tarixdə göz önündərir. Xalqın maariflənməsində, aydınlığa çıxmasında Nərimanov sabirlərdən, zərdabilərdən, cəlillərdən, haqverdiyevlərdən heç də az xidmətləri olmayıb və ilklərə imza atıb. Əgər doktor Nərimanov olmasaydı xalqımız sivilizasiyadan uzaq, səhralarda, cəngəlliklərdə yaşayan tayfalardan fərqi olmaz, Azərbaycan isə Respublikalığını qoruya bilməz ya Zaqafqazaziyanın, ya da Rusiyanın əyaləti kimi ittifaqa daxil olacaqdı. Bu dediklərimə sübut kimi Rusiyanın əyaləti olan Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxstan, Moldovada yalnız 20-40-cu illərdə respublikalar təşkil olundu. Krım, Dağıstan və digər respublikalar isə ləğv edilərək, əyalətə çevrildi, bugün də əyalət olaraq qalmaqdadır. Odur ki, Azərbaycan türk-müsəlman dünyasında ilk Respublika yaratmaqla kifayətlənməmiş, həm də ilk sosialist quruluşlu Respublikanın yaratmış bir ölkədir. Bu ayrıca bir mövzu olsa da, qeyd etmək yerinə düşər. Türkiyənin dövlət olaraq yaranmasında, Mustafa Kamal paşanın rəhbərliyi ilə aparılan milli-azadlıq müharibədə də Azərbaycan SSR-in və doktor Nərimanovun danılmaz, xüsusi xidmətləri olub.
Haşiyə olaraq bir müqayisə yerinə düşür. Biz xalq olaraq yalnız baltalamaq, silib atmağı sevirik. Amma dərin düşünməkdən olduqca məhrumuq. Baxın, bolşevizmə, SSRİ-yə, Leninə, Stalinə nifrət edən qatı erməni milliyətçiləri olan daşnaklar əvvəl Azərbaycanın sonra isə yenicə SSR təşkil olunmuş Qazaxstanın ilk MK I katibi olan Levon Mirzoyanla fəxr edib, onu “məşhur ermənilər siyahısına” daxil etməklə təbliğ edir. Biz isə Əliheydər Qarayevi, Mirzə Davud Hüseynovu ancaq Efiyalt, Yezit “obrzlarında” görür və lənətlər yağdırırıq. Bəli, hər iki tarixi şəxsiyyətimiz qara piyarlar olub, əlləri də xalqımızın qanına qəltan olunmasında, Zəgəzurun və digər ərazilərimizin dığalara peşkəş edilməsində əvəzsiz rolları olub, bunu dana bilmərik. Eynilə onların digər xidmətlərini də dana, tarixdən silib ata da bilmərik. Məsələn Əliheydər Qarayev kifayət qədər cəhalətə, mövhumata qarşı mübarizə aparmış, yalnız Azərbaycanda yox, eyni zamanda Gilanda Sovet Respublikasının qurulmasında (1920-21-ci illər) və bütün İran Kommunist Partiyası ilə əlaqələrin yaradılmasında, gələcəkdə İranda SSR-i təşkili ilə bağlı planlar cızmış fiqur idi. Mirzə Davud Hüseynov Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının xarici işlər üzrə kommisarı (xarici işlər naziri), 1929-cu ilin 16 oktyabrında bir neçə əyalətlərin birləşməsi nəticəsində yaradılan Tacikistan SSR-in ilk rəhbəri (1930-1933) də olur. Onu da xüsusi vurğulayım ki, Tacikistanda yalnız 1961-ci ildə təmiz etnik tacik olan Cabar Rəsulov rəhbər təyin olunur. O vaxta qədər isə respublikanın rəhbərləri M.D.Hüseynovdan başlayaraq, yəhudi, erməni, rus, özbək, metis olanlar təyin olunurdu. Azərbaycanda SSR-də isə 1933-cü ildən başlayaraq öz millətimizdən olan şəxslər ölkənin rəhbəri təyin olunurdu. Bugün yaltaqlandığımız ABŞ, İsrail, Türkiyə və Avropa ölkələrində azərbaycanlıların it dəftərində adı olmadığı halda, ötən əsrdə başımızda qara buludların olduğu bir dövrdə artıq azərbaycanlı (türk) olanlar geniş coğrafiyalarda tanınır, sosialist inqilablarının önündə gedirdi. Təbii ki, Ə.Qarayev, M.D.Hüseynov və onlar kimi başqaları Nərimanov deyil, heç onun ayağının tozuna da çata bilməzlər. Amma bu o da demək deyil ki, onları ancaq söyüb, lənətlər yağdırmaqla tanıtmalıyıq. Məgər tarixi fiqurlarımızı önə çəkmək vaxtı gəlib çatmayıbmı?!...
Bu məqamda çox hörmət bəslədiyim ziyallı, maarifçi, kitabçı, yazıçı Xan Rəsuloğlunun fikrini qeyd etmək yerinə düşür:
“Ey milli birlikdən danışanlar, nə qədər sünnü-şiə, ateist-dinçi, etnik ayrıseçkilik, regionçuluq, türkçü-azərbaycançı, iqtidar-müxalifət, bolşevik-müsavatçı söhbətlərinə enerji verəcəksiniz?! Bilin ki, bununla məqsəddən uzaqlaşdırılırsınız!
Biz, öz müxtəlifliyimiz və fərqliliyimizlə də güclü olmalıyıq. Həyat əhəmiyyətli mövzulardan, problemlərdən, qanunların işləməməsindən, iqtisadiyyatdan, Vətənin bütövlüyündən, bizi birləşdirən mədəniyyətimiz, əxlaqımız, mənəviyyatımızla bağlı məsələlərdən yapışın. Bizim bir vətənimiz var – AZƏRBAYCAN” !!!
Üzümü Nərimanovsevər, onun əsərləri, mübarizə yolu, həyata keçirə bildiyi-bilməyədiyi ideyalarla böyüyən, onun əxlaqında olan kommunistlərə tuturam:
55 illik ömrünün 30 ildən çoxunu xalqımızın maariflənməsinə, aydınlığa çıxmasına gecə-gündüz xidmət etmiş, ədəbiyatımızda bugün də aktuallığını itirməyən mövzularla bağlı sanballı əsərlər yazıb qoymuş, daim Azərbaycanın öndə gedən dövlətlər sırasında olmasına çalışan böyük, dahi Nəriman Nərimanovun şəxsiyyətinə qarşı mənəvi terrora çağırış edənlərlə mübarizədə heç olmasa birləşək. Qoy keçmişinə, bugününə, gələcəyinə, tarixi şəxsiyyətlərinə, mədəniyyətinə, Vətəninə bağlı olan hər bir Azərbaycan vətəndaşı görsün ki, kommunistlərdə xalqın ümumi dəyərlərinin qorunması mübarizəsinə, taleyüklü məsələlərə biganə deyillər. Bununla insanlar kimlərin gerçək kommunist, kimlərin populist, riyakar tör-töküntülər olduğunu ayırd edəcək. Keçmişimizi unutmamaq, unutdurmamaq naminə Toplaşaq, Birləşək, Bəyan edək ...

Abdulla İsmayıloğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MSK-ya boş maliyyə hesabatı təqdim edən partiyaların adları açıqlandı - SİYAHI

    MSK-ya boş maliyyə hesabatı təqdim edən ...

    2-04-2020, 15:07

  • 
  • Tramp: Demokrat Partiyanın Milli Komitəsinin sədri postuna seçkilər saxtalaşdırılıb

    Tramp: Demokrat Partiyanın Milli Komitəsinin ...

    26-02-2017, 23:42

  • 
  • 92 illik kürəkənə 22 illik gəlin

    92 illik kürəkənə 22 illik gəlin ...

    6-07-2013, 00:13

  • 
  • Gəldi, qurdu, getdi - DEMOKRAT ELÇIBƏY

    Gəldi, qurdu, getdi - DEMOKRAT ELÇIBƏY ...

    6-06-2018, 00:14

  • 
  • “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzi

    “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzi ...

    25-02-2016, 15:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (535)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu