GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sentyabrda təhsil müəssisələri açılmazsa... - GƏLİŞMƏ

Sentyabrda təhsil müəssisələri açılmazsa... - GƏLİŞMƏ

Tarix: 25-06-2020, 11:52 Bölmə :Cəmiyyət Baxış: 441
Sentyabrda təhsil müəssisələri açılmazsa... - GƏLİŞMƏ


Ökəmizdə epidemioloji vəziyyətlə bağlı xüsusi karantin rejiminin avqust ayının 1-dək uzadılması qərara alındı. Hazırda isə iki həftəlik sərt karantin rejimindəyik. Vəziyyətin bu cür gedişatı sentyabr ayında təhsil müəssisələrinin açılmasını da sual altında qoyur. Bu barədə son videokonfransların birində Prezident İlham Əliyev də fikir səsləndirmişdi ki, sentyabrda təhsil müəssisələrinin açılıb-açılmayacağı bəlli deyil.

Ötən yazıların birində onlayn dərslərin nə dərəcədə əhatəli və qənaətbəxş olmasına dair valideyn, müəllim və şagirdlər arasında keçirdiyimiz sorğunu təqdim etmişdik. Məlum olmuşdu ki, nəticə etibarı ilə keçirilən onlayn dərsləri heç də qənaətbəxş hesab etmək olmaz. Bəs, sentyabr ayından sonra da dərslər onlayn keçirilsə, nələri nəzərə almaq, hansı problemləri həll etmək lazımdır ki, keyfiyyət artırılsın, narazılıqlar azalsın? AYNA-nın bu barədə suallarını təhsil eksperti Kamran Əsədov cavablandırıb.

O, may ayının 3-dən dayanan tədris prosesinin ən çox aşağı sinif şagirdlərinə mənfi təsir göstərdiyini deyir: “Nəzərə alsaq ki, onlarda oxuma, yazma və anlama vərdişləri yeni formalaşırdı, uzun müddət planlaşdırılmamış halda tədrisdən kənarda qalma bu qabiliyyətlərin itməsinə və ya azalmsın səbəb ola bilər. Ona görə də Təhsil Nazirliyi 11 martdan etibarən “Mədəniyyət” TV-də “Teledərs” layihəsinə başladı. Bu, şagirdlər üçün dərs axınının təmin olunmasına imkan verdi. “Virtual məktəb” layihəsi isə evdən çıxmadan da ibtidai sinif şagirdlərinin təhsillərini davam etmələrini təmin edirdi. Bunu olduqca müsbət qiymətləndirirəm. Təhsil Nazirliyinin “Virtual məktəb” platforması ibtidai sinif şagirdləri üçün təhsilin əlçatımlılığını təmin edir”.

Ekspert hesab edir ki, resurs çatışmazlığını nəzərə alsaq, bu layihə keçirilən fənlərin tədrisində boşluqları aradan qaldıracaq: “Çünki “Virtual məktəb” layihəsi tam şəkildə proqramı əhatə edir, lakin burada da bir sıra problemlər bu əlçatımlığa əngəl törədir. Saytda qeydiyyat 2 apreldən aktiv edilmişdi. Lakin 4447 orta məktəbdə təhsil alan 1.5 milyon şagirdin heç də hamısının bu platformadan istifadə imkanı yoxdur. Qeydiyyat zamanı da texniki qüsurlar əmələ gəldi, istifadəçilərin qeydiyyatdan keçməklə bağlı problemləri oldu. Hazırda mövcud internet qiymətləri bahadır və şagirdlərin hamısı şəxsi kompüter, planşet və telefona sahib deyil. Buna baxmayaraq, qısa müddətdə “Virtual məktəb” portalında 900 min şagird qeydiyyatdan keçib ki, bu, sevindirici haldır. Bir məqamı da qeyd edim ki, elektron məktəb seçimindən fərqli olaraq, “Virtual məktəb”ə qeydiyyatda birincilik şagirdə hər hansı bir üstünlük vermir. Təəssüf ki, Təhsil Nazirliyi tərəfindən görülən bu qədər tədbirlərə baxmayaraq, təhsilin əlçatımlığı tam şəkildə təmin olunmayıb, xüsusilə ali təhsil pilləsində ciddi çatışmazlıqlar mövcuddur”.

Əsədov ali təhsil müəssisələrində distant təhsillə bağlı problemə də diqqət çəkib: “Ali təhsil müəssisələri 2009-cu ildən etibarən distant təhsili təmin etməli idi. Maraqlıdır, niyə universitetləri akreditasiyadan keçirən şəxs və qurum buna göz yumub? Bu müddət ərzində universitetlər azı 2 dəfə akreditasiyadan keçib və onlar ən vacib göstərici üzrə tələbə cavab vermədikəri halda, onu nəyəsə və ya kiməsə görə akreditasiyadan keçiriblər. İndi isə 165 min tələbə tədrisdən kənarda qalıb”.

İnternet qiymətlərinin də baha olmasından danışan müsahibimiz mobil operator və provayderlərin karantin müddətində bu məsələyə yenidən baxmalı olduqlarını düşünür və internetin tam şəkildə ödənişsiz olmasını vacib hesab edir: “Nəzərə alsaq ki, internet hazırda təhsil alanların təhsil verənlərlə əlaqələndirilməsi üçün yeganə yol və vasitədir, bunu onların əlindən almaq olmaz. Əgər internet güzəştləri olsa, müəyyən qədər şagirdlərin bilik və bacarıqlarında mövcud vəziyyətdə artım olar. Belə ki, Dövlət İmtahan Mərkəzinin “Youtube” resursları və okt.az portalından dövlət sınaqları ilə bilik və bacarıqlarını yoxlamalıdırlar ki, tədris bərpa olunandan sonra keçiriləcək imtahanlarda yaxşı nəticə əldə edə bilsinlər. Bunun üçün isə internet mütləq şəkildə ödənişsiz olmalıdır”.

Ekspert real vəziyyətdə mövcud şərtlər daxilində şagirdlərin yalnız 30-35 faizinin onlayn dərslərə cəlb oluna bildiyini və təhsil alanların çox az hissəsinin elektron resurslardan istifadə etdiyini söyləyir: “Regionlarda elektron resurslardan istifadə faizi daha azdır. Hətta, bir sinifdə onlayn dərslərdən 10-15 faiz şagird istifadə edə bilir. Lakin internet tariflərində güzəştlər olarsa, bu rəqəmlərin 70-80 faizə qədər qaldırılması mümkündür”.

“Mövcud vəziyyət bütün dünyada təhsilin fəaliyytini iflic etsə də, ən zəif göstəricilər ölkəmizə aiddir. Qardaş Türkiyədə 8 televiziya kanalı bu prosesə qoşulub və distant təhsil də tətbiq edilməklə təhsildəki boşluqlar aradan qaldırılıb. Amerika və Avropa ölklərində də distant təhsil tam şəkildə təşkil edildiyi üçün onlarda təhsilin davamlılığında hansısa bir problem yaranmayıb”, - deyə o vurğulayır.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin tələbələrinə təhsil haqqının ödənilməsindən danışan K.Əsədovun sözlərinə görə, hazırda 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbənin 60 faizi ödənişli əsaslarla təhsil alır və onların böyük əksəriyyəti qış sessiyasında iştirak etmək üçün təhsil haqlarının qalan hissəsini ödəyib: “Baxmayaraq ki, hazırda ali və orta ixtisas təhsili müəssisələrində dərs yoxdur. Məlum olduğu kimi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı qəbul edilib və bu bu məqsədlə 40 milyon manat ayrılıb. Yeni qərar kifayət qədər - azı 20 min tələbənin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini əhatə edəcək. Digər tərəfdən isə pandemiyanın vurduğu zərərə görə təhsil haqqı ödənişi dövlət tərəfindən ödəniləcək tələbə kateoriyasına aid olan tələbələr var ki, onlar təhsil haqlarını ödəyiblər. Lakin tələbələrin dərs keçirilmədiyi üçün təhsil haqları və ya onun müəyyən hissəsi geri qayıtmalıdır. Qərarda deyilir ki, həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu, o deməkdir ki, hətta həmin kateqoriyaya aid olan şəxslər təhsil haqqını ödəyibsə, onların da təhsil haqları ödəniləcək. Deməli, ailələri - ünvanlı dövlət sosial yardımı alanlar;

- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

- I və II dərəcə əlilliyi olan şəxslər;

- işsiz kimi qeydiyyatda olanlar;

- yaşa görə əmək pensiyaçıları;

- yaşa görə sosial müavinət alanlar.

Bu kateoriyaya aid olan tələbələr təhsil haqlarını ödəyiblərsə, onların ödədikləri təhsil haqları geri qaytarılacaq. Bu, həm indi davam edən ikinci semestrə, həm də 15 sentyabrdan başlayacaq semestrə şamil olunur. Bundan başqa, ikinci semestr ərzində tam dərs keçirilmədiyi üçün bu kateqoriyalara aid olmayan tələbələrin təhsil haqları ya geri qaytarılmalı, ya da növbəti semestrlərdə güzəştlər tətbiq edilməlidir”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Virtual məktəb”in real problemləri – Pandemiyadan AÇIQ DƏRS

    “Virtual məktəb”in real problemləri – ...

    5-05-2020, 21:46

  • 
  • Məktəblər sentyabrda da açılmaya bilər: Baş infeksionist də, ekspert də ümidli danışmır

    Məktəblər sentyabrda da açılmaya bilər: Baş ...

    9-05-2020, 14:17

  • 
  • Azərbaycanda onlayn supermarket yaradılıb

    Azərbaycanda onlayn supermarket yaradılıb ...

    28-03-2020, 12:09

  • 
  • Misir Mərdanova yaxın adamlardan daha birinin səlahiyyətləri əlindən alındı

    Misir Mərdanova yaxın adamlardan daha birinin ...

    5-12-2013, 13:52

  • 
  • Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı - AÇIQLAMA

    Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə ...

    12-07-2017, 14:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (535)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu