Xəbər verdiyimiz kimi dünən Azərbaycan Milli Azadlıq Hərəkatının əvəzsiz,şəriksiz lideri,Türk dünyasının tanınmış şəxsiyyətlərindən olan,Müstəqil Azərbaycanın xalq tərəfindən seçilən və sevilən ilk qanuni prezidenti ƏBÜLFƏZ ELÇİBƏYİN doğum günü idi.
Elçibəy şəxsiyyəti və onun siyasi mübarizə yolu ilə bağlı saytımızda,eləcə də ölkə mediasında bir çox yazılar,maraqlı materiallar dərc olundu.Bunlardan biri də jurnalist,vaxtilə ANS-də məşhur "Qulp" verilişinin aparıcısı Mübariz Əsgərovun özünün hazırladığ və müəllifi olduğu "ELÇİBƏY Siyasətə BƏY HAVASI gətirdi" video matrealı idi.Oxucularımızdan sözü gedən yazıya münasibət bir mənalı olmadı...
Beləki, Bütöv Azərbaycan Birliyinin sabiq katibi,milli-azadlıq hərəkatının tanınmış simalarından olan ELÇİN PAŞAYEVin bu mövzuda olduqca maraqlı,bəlkə də tam yeni bir ideya və layihəyə start veriləcək qədər ilginc fikirlərini qısa olaraq sizlərlə bölüşürük:
- Əvvəla,ÇOX BÖYÜK DAVA ADAMI,ÇAĞDAŞ MİLLİ MÜBARİZƏMİZİN ƏFANƏ İSMİ,ÖNDƏRİMİZ-Əbülfəz Elçibəyin qəlbimizdə daim yaşayan xatirəsini sevgi və sayğılarımla anır,Uca ALLAHdan ona sonsuz RƏHMƏT diləyirəm.Çox xoşbəxtəm ki, ELÇİBƏYlə eyni davanın, eyni yolun yolçusu, eyni dəyər uğrunda mücadilə aparan, onunla əqidədaş, könüldaş, yoldaş kimi, bu yolda onun əsgəri olmuşam.
ELÇİBƏY siyasətdə böyük bir MƏKTƏB idi.Yanında olduğumuz müddətdə bizlər ondan çox böyük dəyərlər mənimsəmişik.Gördüklərim,bildiklərim,müşahıdə etdiklərim nə vaxtsa ömür vəfa etsə təbii ki,qələmə alınacaq mövzulardı...Bu gün də bu barədə saatlarca,günlərcə danışmaq olar.Amma ELÇİBƏYin doğum günü ilə bağlı dünən ölkə mediasında yayımlanan "ELÇİBƏY siyasətə BƏY HAVASI gətirdi" videomatrealı ilə bağlı bir məlumatı bildirməyi özümə borc bilirəm ki,ƏBÜLFƏZ ELÇİBƏY daima siyasətdə ictimai-siyasi fikir tariximizdə milli-mənəvi dəyərlərə sahib olan dahi şəxsiyyətləri önə çıxarar və onların fikir və düşüncələrindən bəhrələnərdi.Eyni zamanda bunu bizlərə də daim məsləhət edərdi.Məsələn onlardan biri Üzeyir bəy Hacıbəyov idi.O,Üzeyir bəyi fövqəladə səviyyədə sevər və təbliğ edərdi.Daima məclislərdə ondan Milli musiqimizin,milli opera sənətimizin banisi kimi misallar çəkər,hamını siyasətdə də məhz onun kimi millətinə,milli kimliyinə sahib olmağı nümunə olaraq tövsiyə edərdi.Konkret "siyasətdə bəy havası" mövzusundakı verilişdə yer alan musiqi ilə bağlı bildirmək istərdim ki,orda məsələ konteksdən çıxıb və qəribə olsa da biraz naşılığa,yanlışlığa yol verilib.İfa olunan musiqi parçasının milli rəqsimiz olan "Süleymani" ilə heç bir əlaqəsi yoxdur.Hamı,xüsusilə də yaxın ətrafında olanlar bilir ki,ƏBÜLFƏZ Bəy,hər zaman dəvət olunduğu məclislərdə şövqlə,şaqraq və özünəməxsus bir tərzlə "Süleymani" havasını rəqs edərdi.Və doğurdan da o bu rəqsi ilə bütün məclisə rəng qatar,hamını cuşa gətirərdi.Onun iştirak eydiyi bütün el məclislərində hamı bu anı böyük maraqla izləyər,seyr edərdi.Yəni,bununla da o sanki cəmiyyətə milli dəyərlərimizə sahib çıxmağı,onları təbliğ etmək mesajını verərdi.
Bax bütün bu milli örf və gələnəklərə bağlılıq idi həm də ELÇİBƏYİN BÖYÜKLÜYÜ!
Bəli,ƏBÜLFƏZ bəy Siyasətə məhz özünün bu möhtəşəm qəqsi ilə və BƏYliyə yaraşan davranışları ilə BƏY HAVAsını gətirdi deyə bilərik,amma bu o demək deyilki, burda da tarixi təhrif edək...
Hesab edirəm ki,bir çox məsələlərdə olduğu kimi gələcəkdə ELÇİBƏY irsinin təhrifçiliyə yol vermədən obyektiv tədqiq olunmasında ölkə ictimaiyyəti,ziyalılar,jurnalistlər məhz bu kimi vacib məqamlara diqqət etməli,onları hökmən nəzərə almalıdırlar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?