“Bandotel”in dünən KTN-də apardığı əməliyyat barədə ilginc məlumatlar əldə etmişik.
GundemXeber.Az bildirir ki, hurriyyet.org-a daxil olan məlumata görə, korrupsiya faktının ortaya çıxması nazirlikdə ciddi insidentə səbəb olub.
Korrupsiya əməlində nazirin 3 müavini günahlandırılır. Onlardan biri qadındır. Qadının kimliyi bizə məlum olsa da, əməlini zərif cinsin təmsilçiliyinə keçib adını hallandırmırıq. Digər iki müavinlərdən biri İlham Quliyev, digəri isə Elçin Zeynalovdur. Elçin Zeynalovun İnam Kərimovla birlikdə “ASAN Xidmət”dən KTN-nə transfer edildiyi bildirilir.
Əldə etdiyimiz ən ilginc məlumat isə əməliyyatdan əvvəl müavinlərin bir-biriylə qovğa etməsidir. İddialara görə, dava o qədər şiddətli olub ki, müavinlərdən biri hətta bıçaq yarası alıb. “Bandotel” əməkdaşlarının əməliyyatı bir qədər də yubansaymış, KTN-də qan su yerinə axacaqmış.
Sorğu
Yeni dizaynımız necədir?