Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan cəbhəsində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüş-mitinq səhərə yaxın polis tərəfindən dağıdılıb.
İyulun 14-də Milli Məclisin qarşısındakı aksiyada baş verən insident zamanı bir neçə jurnalistin fiziki təzyiqə məruz qaldığı və saxlanıldığı bildirlir.
Jurnalist Xəyalə Ağayeva bildirib ki, o, vətəndaşların saxlanılmasını çəkərkən təzyiqə məruz qalıb.
"Mən çəkiliş edərkən polis telefonumu və xidməti vəsiqəmi əlimdən aldı. Etirazlarıma baxmayaraq, əşayalarım hələ də qaytarılmayıb," o qeyd edib.
Jurnalist Aysel Umudovanın da təzyiqə məruz qaldığı bildirilir.
Onunla eyni redakisyada fəaliyyət göstərən jurnalist Sevinc Vaqifızı deyib ki, polis Umudovanın əlinə vurub və çəkiliş apardığı telefon yerə düşüb.
Hadisəni işıqlandıran jurnalistlər Anar Abdullayev və Firi Səlim isə polis tərəfindən saxlanılıb.
İctimai fəalların məlumatına görə, saxlanılan jurnalistlər əvvəl Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə, oradan isə Binəqədi Rayon Polis İdarəsinə aparılıb.
Jurnalistlərin təzyiqə məruz qalması və saxlanılması ilə bağlı rəsmi qurumlar hələ məlumat yaymayıb.
İyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polisin avtomobili aşırılıb. Polis əməkdaşları parlamentə daxil olanları oradan çıxardaraq əraziyə toplanmış şəxsləri uzaqlaşdırıb. Polis su vuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərin yaydığı məlumata görə, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./amerikaninsesi.org
Sorğu
Yeni dizaynımız necədir?