Jurnalist Aytac Əhmədova polis bölməsində fiziki zorakılığa məruz qaldığını bildirir.
A.Əhmədova oktyabrın 3-də Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində bir qrup sakinin mənzil şəraitinə etiraz olaraq avtomobil yolunu bağlamasını lentə alıb.
"Polislər çəkilişi dayandırmağımı tələb etdilər. Jjurnalist olduğumu bildirsəm də məni Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirdilər".
Jurnalistin dediyinə görə, bölmənin dəhlizində mülki geyimdə olan bir şəxs ona şillə vurub.
"Mənimlə hədələ üslubunda danışırdı. Mənə qarşı edilən zorakılıqdan sonra qışqırdım, rəis İsmayıl Məmmədovun yanına apardılar. O mənimlə normal söhbət etdi", jurnalist bildirib.
A.Əhmədova polis bölməsində çəkdiyi videogörüntülərin silindiyini bildirib.
Jurnalistdən izahat alınıb, baş verənləri orada qeyd etdiyini bildirib. A.Əhmədova həmçinin polis bölməsində baş verənlərlə bağlı ayrıca şikayət edəcəyini deyib.
Əhmədovanın açıqlamasına rəsmi qurumlar hələ münasaibnət bildirməyib./amerikaninsesi.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?