Jurnalist Sona Yaqubova Bakının mərkəzində təzyiqlərə və təhqirlərə məruz qalıb.
O, bir neçə gəncin ona sataşması, yolla getdiyi vaxtda onu narahat etmələrilə bağlı 102 xidmətinə zəng edib. Hadisə yerinə gələn polislər onları Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə aparıblar. Lakin işlə maraqlanmalı olan təhqiqatçıya gələn qəfil zəng jurnalistin şikayət etdiyi gəncləri məsum bir çocuğa çevirib. Onlar günahsız kimi tanınaraq, sərbəst buraxılıb. Aznews.azıın xəbərində bildirilir ki, bu barədə məlumatı Sona Yaqubova özünün facebook səhifəsində yazıb. S.Yaqubovanın yazdığına görə, əhvalat bu cür baş verib: “Baş-gözlərini jelələyib, köynəklərinin yaxasını açıb, qoluna boynuna arvad sepi qolbaqı taxan tiplərdən olan iki 22-23 yaşlarında qaqaş dayanıb yolun kənarında siqaret çəkirlər. Yanlarından keçəndə başladılar öz aləmlərində mənə sataşmağa. Əhəmiyyət vermədən keçib getmək istəyirdim. Arxamdan fitləməyə başladılar. Artıq bir bina uzaqlaşmışdım, hələ də fit səsləri gəlirdi. Əhəmiyyət verməməyimdən quduzlaşıb başladılar qışqırmağa. Əsəbimi basammadım, qayıdıb gəlmişəm ki, dərdiniz nədi? Məni bir döymədikləri qaldı ki, bəs ağzının danışıqını bil, elə yaxşı qızsan fitə niyə dönürsən kimi debil söhbətlər. Yaxınlıqımızdan keçən bir MTN forması geyinmiş adam söhbəti görüb yaxınlaşıb problemlə maraqlandı. Bu şərəfsizlər başladı yenə aqızlarına gələni danışmaqa ki, guya mən bunlar duruduğu yerdə yaxinlaşıb bunlara problem yaratmağa çalışıram. Adam mənə 102 zəng vurmağı tövsiyə edib getdi. 102-yə zəng elədim, onlar gələnə kimi bunlar kiməsə zəng etdi. Bir xarici maşında qaqaşlar gəldi. Düşüb məni hədələdilər “Bilmirsən kimə baş qoşmusan, şikayət-zad eləmə, öz başın aqrıyacaq”. Polis gəlib bunlardan birini də götürüb məni də ərizə yazmaq uçun Yasamal rayonu 26-cı polis bölməsinə apardı. Ayağımızı qapıdan içəri uzadan kimi bir polis əməkdaşı telefon qulağında danışa-danışa yaxınlaşıb mənimlə aparılan qaqaşın adının Qurban oluduğunu soruşdu. Artıq mənə aydın oldu ki, gədə tapşırıldı. Və mən bir azdan növbəti baxılmayacaq şikayət ərizəsi yazmalıyam Ərizə yazmayıb qayıtdım”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?