GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Eldar Mahmudov "Dadaşbəyli dəstəsi"ni niyə yaratmışdı? - Bir həbsin gizlinləri...

Eldar Mahmudov "Dadaşbəyli dəstəsi"ni niyə yaratmışdı? - Bir həbsin gizlinləri...

Tarix: 17-07-2020, 17:24 Bölmə :Cəmiyyət Baxış: 580
Eldar Mahmudov "Dadaşbəyli dəstəsi"ni niyə yaratmışdı? - Bir həbsin gizlinləri...


Səid Dadaşbəyli 13 il 6 aylıq həbs cəzasını başa vuraraq azadlığa çıxıb. Mətbuatda şərti olaraq “Səid Dadaşbəylinin dəstəsi” adlandırılan cinayət işi 2007-ci ildə, Eldar Mahmudovun nazir olduğu günlərdə Milli Təhlükəsizlik Nazirliyində başlamışdı. Həmin dövrdə Səid Dadaşbəyli ilə bərabər 15 Azərbaycan vətəndaşı həbs alınmışdı. Bu haqda iş məhkəməyə gedib çıxana qədər ictimaiyyətə hər hansı bir açıqlama verilməmişdi, tutulanların yaxınlarına da hədə-qorxu gələrək danışmamağı tapşırmışdılar.

Məsələ haqda Azərbaycan ictimaiyyəti cinayət dosyesi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləndən sonra xəbər tutdu. İşə “pambıqla baş kəsən” Ənvər Seyidov baxdı. Proses zamanı gənclərin təqsirli bilindikləri dövlət çevrilişinə cəhd, hakimiyyəti zor gücünə ələ alma və bu qəbildən olan ittihamların söz yığınağı, Mahmudovun müstəntiqlərinin uydurmasından başqa bir şey olmadığını hər kəs anlayırdı. Hakim Ənvər Seyidov da hər fürsətdə müttəhimlər kürsüsündə olan gənclərin yaxınlarına “övladlarınız günahsızdır, narahat olmayın, hər şey yaxşı olacaq” vədi verirdi. Sonda isə Ənvər Seyidov ittiham aktını hökmə köçürüb günahsız Azərbaycan vətəndaşlarını, gənc ailə başçılarını uzunmüddətli həbsə göndərməkdən çəkinmədi. Üstəlik, üzə çıxdı ki, Eldar Mahmudov da uzun-uzadı bir məktub yazıb, Səid Dadaşbəyli və digərlərini zərərsizləşdirdiyinə görə təşəkkür edib.

Əslində isə Səid Dadaşbəyli və onunla birgə həbs olunan 15 nəfərin əksəri bir-birini tanımırdı. Bu adamları birləşdirən bilik və bacarıqları, bir neçə dil bilmələri, birjalarda işləmək, pul qazanmaq vərdişləri olub.

Bu iş üzrə məhkum olunanların 7-si 2019-2020-ci illərdə azadlığa çıxıblar. İyulun 15-də Səid Dadaşbəyli ilə yanaşı daha bir nəfər cəza müddətini başa vurub. Hazırda Səid Dadaşbəyli ilə bərabər həbsə alınanlardan yalnız Ceyhun Əliyev həbsdədir.

Səid Dadaşbəyli ilə bərabər həbsdə olanların əksəriyyətinin valideynləri, yaxınları baş verən haqsızlıqlara dözməyərək xəstəlik tapıb, dünyalarını dəyişiblər, bəzilərinin ailələri dağılıb.

Bəs bu cür qurama, saxta cinayət dosyesi Eldar Mahmudovun nəyinə lazım idi?

“Səid Dadaşbəylinin dəstəsi” adı altında cinayət işi Azərbaycanda dövlət çevrilişi şousu idi. Guya ölkədə “dövlət çevrilişi baş verib” və bu əvvəlcə ittiham, sonradan isə hökmdə öz əksini tapıb. Günahsız cavanların həbsinə səbəb olan bu iş ovaxtkı MTN-in Antiterror Mərkəzi tərəfindən 2007-ci ildə qurulub. Bu işin sifarişinin haradan qaynaqlandığı barədə illərdir ki, mətbuatda mülahizələr irəli sürülür.

Gündəmdə olan versiyalar əsas bunlardır:

Qərb ölkələrindən dini ekstremizmlə və terrorizimlə mübarizə adı ilə müsəlman ölkələrinin güc strukturlarına, o cümlədən Azərbaycanın MTN Antiterror Mərkəzinə köçürülən pullarını doğrultmaq və əldə etmək üçündür. “WikiLeaks” saytının 2006-2007-ci ildə verdiyi məlumata görə, Qərbdən Azərbaycana təzyiqlər həmin dövrdə olunmuşdu ki, İrana qarşı öz ərazisində NATO-nun hərbi bazalarını yerləşdirməyə icazə versin. Qərbə bu işi qurmaqla sübut etmək lazım idi ki, NATO bazalarının yerləşdirilməsi İranmeylli yerli şiələrin aktivləşməsinə səbəb ola bilər və nəticədə böyük neft-qaz proyektləri təhlükənin altına düşə bilər.

Bəzi məlumatlara əsasən, ümumdünya “Forex” valyuta birjasının Azərbaycan filialı “Foreks-AZ” nazir Eldar Mahmudovun obyekti olub. “Səid Dadaşbəyli dəstəsi”nin işi üzrə məhkum olmuşların bəzisi o birjada müstəqil treyderlər kimi işləyirdilər. Birjanın müdiri və instruktorunun yanlış proqnozu nəticəsində böyük məbləğdə pul itirildi. Nəticədə telefonda və görüşdə onların yuxarıda göstərilən birja işçiləri ilə xoşagəlməz söhbətləri baş vermişdi. Birjadakı bu afyora qalmaqalı başqa treyderlərin öz pullarını birjadan çıxartmağına səbəb ola bilərdi. Nəticədə Bakıdakı “Foreks-AZ” iflas olardı. Ona görə narazı qalmış, başqa investorları agah etmək istəyən treyderləri təcili aradan götürmək lazım idi. Əlbəttə ki, birja bəhanəsi ilə yox, başqa bəhanə ilə. Bu səbəbdən Said Dadaşbəyli dəstəsinin işinin ssenarisi MTN-in otaqlarında cızılıb və həyata keçirilib.

Tutulan gənclər “Paintball” Oyunları Federasiyası proyektini həyata keçirmək üçün DİN idman cəmiyyətinin atıcılıq tirinə praktiki atıcılıq dərsləri almaq məqsədi ilə getmişdilər. Amma bizim övladlarımız 2006-cı ilin mayın 20-də televiziyada Bakıda “Paintball” federasiyasının reklamını görəndən sonra qərara gəldilər ki, bütün dərslər saxlansın. Çünki artıq onları kimsə qabaqlamışdı və onlardan qabaq həmin federasiyanı Beynəlxalq Əyləncə Mərkəzinin nəzdində, “Delfin” hotelində açmışdı. Atıcılıq tirində keçirilən nəzəri və praktiki dərsləri MTN müstəntiqləri nə qədər absurd olsa da “hakimiyyəti zorla ələ keçirmək və əlində saxlamaq” niyyəti ilə əlaqələndirməyə çalışırdılar. Paradoksal vəziyyət yaranmışdı: - hamı bilirdi ki, Azərbaycanda dövlət çevrilişi baş verməyib. Buna baxmayaraq, Eldar Mahmudovun dirijorluğu ilə 10 cavan həmin ittihamla 12-14 il müddətinə cəza çəkməyə məhkum olundular.

Səid Dadaşbəyli ilə həbsə alınanların əksəriyyəti qondarma ittiham üzrə həbs müddətini başa vurub.

Onların gəncliyini, onlara dəyən maddi və mənəvi zərərləri kim qaytaracaq? Eldar Mahmudovdan bu işin hesabını soran olacaqmı?//musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun əmisi oğlu həbs olunub

    Eldar Mahmudovun əmisi oğlu həbs olunub ...

    4-11-2017, 10:59

  • 
  • Ənvər Seyidov reanimasiyaya yerləşdirilib

    Ənvər Seyidov reanimasiyaya yerləşdirilib ...

    14-12-2016, 22:51

  • 
  • Eldar Mahmudovun əmisi oğlunun istintaqı başa çatdı

    Eldar Mahmudovun əmisi oğlunun istintaqı başa ...

    9-04-2019, 12:22

  • 
  • Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadılıb

    Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti ...

    28-06-2018, 20:15

  • 
  • “Səid Dadaşbəyli işi”nin qaranlıqları

    “Səid Dadaşbəyli işi”nin qaranlıqları ...

    25-12-2012, 13:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu