Qanunsuz həbs, işgəncə altına ölüm, ədalətsiz hökm...
gundemxeber.az Azərbaycanda siyasi məhbus qruplarından biri «Səid Dadaşbəylinin işi» üzrə məhkum olunanlardır. Ötən saylarımızda bu qrupun üzvləri və onların istintaqında baş verən qanunsuzluqlar haqda məlumat vermişdik. Bir daha bu mövzuya qayıdaraq əldə etdiyimiz yeni faktları diqqətinizə çatdırırıq.
Onlar necə həbs olunublar? 13 yanvar 2007-ci ildə Bakı şəhərində 30 nəfərə qədər insan həbs edildi. Onlardan əksəriyyəti sadəcə mülki geyimdə olan kişilər tərəfindən səbəbləri izah edilmədən ictimai yerlərdən qaçırılmışdı. Qaçırılan şəxslərin başlarına qara kisələr geydirib, naməlum istiqamətdə aparırdılar. Sonradan məlum olduğu kimi, onlar Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasına gətirilmişdi. Saxlanılanların bir qismi bir müddət MTN kameralarında saxlandıqdan sonra MTN-də saxlanılanlara qarşı ittihamda şahidlik edəcəkləri şərti ilə evə buraxılıb. MTN kameralarında qalanlar: Emin Məmmədov, Səid Dadaşbəyli, Rəşad Əliyev, Mikayıl İdrisov (13.01. 2007 ildə saxlanılmışlar), Ceyhun Əliyev (14. 01.2007 ildə saxlanılmışdır), Cahangir Kərimov, Emil Mehbalıyev, Fərid Ağayev (15.01.2007 ildə saxlanılmışlar), Samir Qocayev, Bəybala Quliyev (17.01. 2007 ildə saxlanılmışdır). Rasim Kərimov 18.01.2007 ildə Həcc ziyarətindən Məkkəyə qayıdan zaman birbaşa hava limanında digər zəvvarların gözü qarşısında saxlanılmışdır.
Məhkəmə qərarı olmadan kamerada 9 ay “İstintaq” 9 ay ərzində davam edir və bu müddət ərzində təqsirləndirilənlərdən heç biri ittihamın elan edilməsi üçün, həbs etmə sanksiyasının rəsmiləşdirilməsi və ya istintaq müddəti ərzində həbsə alma haqqında məhkəmə qərarının çıxarılması üçün məhkəməyə gətirilməmişdir. İlk dəfə məhbuslar 17 sentyabr 2007-ci ildə Ağır cinayətlərə dair məhkəmənin iclasına gətirilmişlər. Bütün qeyd olunan şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham elan olunmuşdur: - Maddə 218 (1) – ağır və xüsusilə ağır cinayətin törədilməsi məqsədilə cinayətkar birliyin yaradılması; - Maddə 278 – dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəldilmiş hakimiyyətin zorla ələ keçirilməsi və zorla əldə saxlanılması; - Maddə 274 – Dövlətə xəyanət, xarici dövlətin xeyrinə şpionaj. - Maddə 204 – Saxta pulların hazırlanması və satışı - Maddə 228.1; 228.4; 234.1 – silahın saxlanılması, narkotik maddələrin saxlanılması. Elan olunmuş ittihamlardan heç biri nə istintaq zamanı, nə də məhkəmədə sübuta yetirilməmişdir.
İşi necə saxtalaşdırmışlar? Bütün istintaq və məhkəmə müddəti ərzində, yəni, 13 yanvar – 11 dekabr 2007-ci il ərzində təqsirləndirilən şəxslər MTN kameralarında saxlanılmışlar. “İstintaqın” bütün müddəti ərzində qanunsuz saxlanılmış şəxslər hamısı birnəfərlik kameralarda saxlanılmışlar. Belə ki, 13.01.2007-ci ildən 15.01.2007-ci ilə qədər Səid Dadaşbəyli “oğurlanmış insan” vəziyyətində olmuşdur. Altı ay ərzində onu 31 saylı birnəfərlik kamerada, tam təcrid olunmuş şəkildə saxlamışlar. İstintaqı aparanlar – müstəntiqlər Nadir Mustafayev (baş müstəntiq) və Sahib Ələkbərov olub. İttiham aktının əsasını müstəsna olaraq işgəncələr, ailələrinə qarşı zor tətbiq ediləcəyi hədələri, psixotrop maddələrdən istifadəsi nəticəsində əldə olunmuş məhbusların özlərinin təsdiqləyici ifadələri təşkil etmişdir. İstisna olmadan hamının sağlamlığına ağır zərər vurulmuş, müttəhimlərdən biri Emin Məmmədov isə işgəncələr altında dünyasını dəyişmişdir. Sonradan məhbuslar öz kameralarından Emin Məmmədovun fəryadlarını və qışqırıqlarını, onu hər gün sorğulardan sonra döşəmədə sürüdüklərini necə eşitdiklərindən bəhs edirdilər.
MTN-də işgəncə Sorğulardan birində müstəntiq Sahib Ələkbərov müttəhimləri ( ayrı ayrılıqda) MTN otaqlarından birinə gətirmiş, burada MTN-in mülki geyimdə digər əməkdaşları da vardı, onlar müttəhimlərə hədə gəlir və onların ünvanına layiqsiz ifadələr işlədirdilər. Sahib Ələkbərov təsdiqedici ifadələri imzalamağı tələb etmişdir. S.A. Dadaşbəyli və M.Y. İdrisov törətmədikləri cinayət haqqında ifadələri imzalamaqdan imtina etdikdən sonra isə Sahib Ələkbərov televizoru qoşub, Emin Məmmədovu döyərək və ayaqları altında tapdalayaraq həyata keçirdikləri sorğunun videoyazısını göstərmişdir. O, təmamilə qan içində idi və hərəkətsiz qalmışdı. Sahib Ələkbərov bildirmişdir ki, müqavimət göstərməyə davam etsələr, Səid Dadşbəylini və Mikayıl İdrisovu da eyni aqibət gözləyir. Müstəntiq Sahib Ələkbərov açıq elan etmişdir ki, Emin Məmmədov sağ qalmayacaq, və əgər Dadaşbəyli və İdrisov Məmmədovun ardınca o dünyaya getmək istəyirlərsə, susmağa davam etsinlər.
Gizli saxlanılan ölüm 2007-ci ilin mart ayında Emin Məmmədovun başını partlatmışlar, bu zərbədən o, kəllə - beyin travması almışdır. Travma o qədər ağır olmuşdur ki, E. Məmmədov şüurunu itirmiş və ətrafdakıları tanımamışdır, sonra isə naməlum şəraitdə dünyasını dəyişmişdir. Həkimlər tərəfində şişdən, beyin yırtığından və beyin nahiyəsində qanaxmadan vəfat etməsinin təsvir edilməsi göstərir ki, ölümə səbəb MTN kameralarında saxlandıqdan sonra bir neçə ay ərzində işgəncələrin və döyülmələrin nəticəsi olmuşdur. Səhiyyə Nazirliyinin Neyrocərrahiyyə xəstəxanasının bu faktla bağlı rəyində yazılır: “Xəstə Məmmədov Emin Heydər oğlu AR NCX 31.03.2007-ci il tarixində ağır vəziyyətdə çatdırılmışdır. Daxil olan zaman şüuru koma I-II tipi ilə pozulmuşdur. Ağrı qıcıqlanmalarına qarşı əl və ayaqların donması, hissiyyatsızlığı, anizokoriya, D=S, tənəffüs pozğunluğu qeyd olunur. ”Həmən gün xəstənin üzərində cərrahiyyə əməliyyatı həyata keçirilmişdir: “Gicgahın əmgək - ənsə nahiyyəsinin dekompressiv hissəvi trepanasiyası, sol ənsə nahiyyəsinin vena malformasiyasının aradan qaldırılması və beyindaxili hematomanın aradan qaldırılması”. Diaqnoz: kəskin demorragiya növündə beyin qan dövranının pozuntusu. Sol ənsə nahiyyəsinin vena malformasiyası. Gicgahın sol arxa əmgək - ənsə nahiyyəsi səviyysində kəskin beyindaxili hematoma Bir neçə ay ərzində Eminin ölümünü valideyinlərindən və icimaiyyətdən gizli saxlamışlar. Onun ailəsini yeni cəzalarla hədələyirdilər. Vəkilin müttəhim Emin Məmmədovun yeri haqqında sorğusuna cavab olaraq bildirilmişdir ki, MTN onun harada olduğunu bilmir və ümumiyyətlə MTN-də bu cür şəxs yoxdur. Məhkəmə prsseslərində MTN kameralarında ölümünə döyülmüş Emin Məmmədov haqqında ümumiyyətlə söhbət getməyib. O, məhkəmə və ictimaiyyət üçün izsiz yoxa çıxmışdır. Məhkəmə və ədalətsiz hökm Ağır cinayətlərə dair məhkəmə 17.09.2007-ci il tarixində başlamış və 10.12.2007-ci il tarixində başa çatmışdır. Birinci instansiya məhkəməsinin sədri Ənvər Seyidov olmuşdur. Açıq məhkəmə iclasında irəli sürülmüş ittihamları sübut etmək üçün heç bir imkana malik olmadan, məhkəmə iclasını qapalı şəkildə həyata keçirdilər. Necə ki, məhbusları işgəncə verərək və ittiham aktını saxtalaşdıraraq MTN İT –da saxlayırdılarsa, elə də məhkəməni respublika və beynəlxalq ictimaiyyət, jurnalistlər və hətta, qohumlar üçün qapalı keçirdilər, heç kimi məhkəmə iclasına buraxmadılar. Günahsız insanlar aşağıdakı cəza müddətlərinə məhkum edilmiş oldular: 1. Səid Dadaşbəyli - 14 il müddətinə həbs cəzası 2. Ceyhun Əliyev - 14 il müddətinə həbs cəzası 3. Canangir Kərimov -14 il müddətinə həbs cəzası 4. Rəşad Əliyev - 14 il müddətinə həbs cəzası 5. Fərid Ağayev - 13 il müddətinə həbs cəzası 6. Rasim Kərimov - 13 il müddətinə həbs cəzası 7. Samir Qocayev - 13 il müddətinə həbs cəzası 8. Bəybala Quliyev - 13 il müddətinə həbs cəzası 9. Mikayıl İdrisov - 12 il müddətinə həbs cəzası 10. Emil Mehbalıyev - 12 il müddətinə həbs cəzası Apellyasiya Məhkəməsi 25 fevral 2008-ci ildə Əli Seyfəliyevin sədrliyi altında. M. Mustafayevin və M. Ağa-zadənin sədrliyi altında Ali məhkəmələr çıxarılmış hökmləri qüvvədə saxlayıb. Bu insanlar altı ilidir ki, hələ də haqsız həbs həyatı yaşayır, işgəncələrə, təhqirlərə, ağrı və ədalətsizliyə dözür... “Gündəm xəbər” Redaksiyadan: Yazıda əks olunan faktlar “Siyasi məhbuslarsız Azərbaycan” Alyansı tərəfindən təqdim olunmuşdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?