GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Virus həbsxanalarımızı da vurdu! - Məhkumların sayı daha da azala bilər

Virus həbsxanalarımızı da vurdu! - Məhkumların sayı daha da azala bilər

Tarix: 21-07-2020, 13:17 Bölmə :Cəmiyyət Baxış: 280
Virus həbsxanalarımızı da vurdu! - Məhkumların sayı daha da azala bilər


Azərbaycanda koronavirusa yoluxanlar arasında məhkumlar da var. Bi müddət öncə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində açıqlanan məlumata görə, cəzaçəkmə müəssisələrində aparılmış kütləvi test müayinələri nəticəsində məhkumlarda virusun göstəriciləri pozitiv çıxıb. Ədliyyə Nazirliyinin məlumatına görə, test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb.

Qeyd edək ki, koronavirusun cəzaçəkmə müəssisələrində yayılması daha riskli hesab olunur. Buna səbəb isə cəzaçəkmə müəssisələrinin qapalı olması və havasızlıqdır.

Sputnik Azərbaycan cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma səbəbləri və çıxış yollarını araşdırıb.

Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma riskini azaltmaq üçün bütün gigiyenik tədbirlər görülüb: "Bütün cəzaçəkmə müəssisələrində mütəmadi dezinfeksiya işləri aparılır, qoruyucu vasitələr paylanılır. Amma cəzaçəkmə müəssisəsi elə bir yerdir ki, burada hava-damcı yolu ilə yayılan virusun qarşısını almaq çox çətindir. Məlumdur ki, Ədliyyə Nazirliyinin tibb müəssisələrində bütün xəstəliklərin müalicəsi mümkün deyil. Bəzi xəstəliklər üçün məhkumlar ixtisaslaşmış tibb müəssisələrinə aparılır. Elə cəzaçəkmə müəssisəsində xəstələrdən biri bu virusa da məhz dializ üçün aparıldıqda yoluxub. Bu da virusun məhkumlar arasında yayılmasına səbəb olub. Çünki dializ xəstələri ixtisaslaşmış tibb müəssisələrində bu aparata qoşulur. Hazırda cəzaçəkmə müəssisələrində məhkumlar arasında virusa yoluxmanın qarşısını almaq üçün ciddi tədbirlər görülür. Penitensiar müəssisələrdə çalışan ədliyyə işçilərinin də koronavirusa yoluxmaması üçün onlar testdən keçirilir, qoruyucu vasitələrdən istifadə edilir. Amma rəqəmlərdən də görünür ki bütün bu tədbirlərə rəğmən yoluxmanın qarşısını almaq mümkün olmayıb".

Ə.Nuriyev deyir ki, elə xəstəliklər var ki, onların müalicəsi ixtisaslaşmış tibb müəssisələrində aparılmalıdır: "Əgər Ədliyyə Nazirliyinin balansındakı tibb müəssisələrində hansısa xəstəliyin müalicəsi mümkündürsə, kənardan həkim dəvət olunur. Amma elə xəstəliklər var ki, onun müalicəsi üçün tibb müəssisəsinin xüsusi şəraiti, avadanlıqları olmalıdır. Belə halda məhkumların müalicəsi üçün kənara aparılması labüddür".
Həmsöhbətimiz bildirir ki, kənar müalicə müəssisəsində məhkumlar ona görə müalicə edilir ki, onların müalicəsi effekt versin: "Bütün xəstəlikləri Ədliyyə Nazirliyinin tibb müəssisələrində müalicə mümkün deyil. Buraya açıq ürək əməliyyatları və sair xəstəliklər daxildir. Belə hallarda məhkumlar arasında yoluxma halları da baş verir".
Ə.Nuriyev deyir ki, cəzaçəkmə müəssisələrində məhkumların da sayı azaldılmalıdır: "Bildiyiniz kimi, Cinayət Məcəlləsinə dəyişikliklər oldu. Bir sıra məhkumların cəzası azaldıldı, bir hissəsi azad olundular. Amma cəzaçəkmə müəssisələrində azadlığa çıxma, amnistiya ilə bağlı düşünmək olar. Pandemiyanın davam etməsindən asılı olaraq zərurət yarandıqca azadlığa çıxan məhkumların sayı daha da artacaq".

Komitə üzvü bununla belə bildirir ki, məhkumların azad edilməsində mərhəmət və humanizmlə yanaşı ədalət prinsipi də təmin edilməlidir: "Məhkumlar azad edilərkən, cəzaları azaldılarkən onların törətdikləri cinayət əməli nəzərə alınır. Yüngül cinayət törətmiş şəxslər azadlığa buraxılır. Ağır cinayət törətmiş təkrar cinayətə yol verən şəxsləri azad etmək ədalət prinsipini poza bilər. Ona görə də, bu məsələlər mütləq nəzərə alınır. Bütün məhkumları birdən-birə koronavirusa görə açıb buraxmaq olmaz!"

Məlumat üçün qeyd edək ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, koronavirusa yoluxmuş şəxslər dərhal izolyasiya olunub və xüsusi müalicə müəssisinə yerləşdirilib. Onların yerləşdirildiyi tibb ocağı zəruri avadanlıq və dərman vasitələri, habelə xüsusi havalalandırma sistemi ilə təchiz olunub. Hazırda virusa yoluxmuş məhkumların sağlamlıq durumu kafidir, ağır vəziyyətdə olan yoxdur. Onların müalicəsi üçün müvafiq tədbirlər görülür və səhhətləri daim həkim nəzarətində saxlanılır.
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cəzaçəkmə müəssisələrində yoluxma riski çox yüksəkdir. Ə.Rüstəmin sözlərinə görə, buna səbəb ilk növbədə cəzaçəkmə müəssisələrinin qapalı olmasıdır: "Siz bilirsiniz ki, cəzaçəkmə müəssisələri kazarma tipli qapalı yerlərdir. Orada bir neçə məhkum cəza çəkir. Həmçinin bu gün cəzaçəkmə müəssisələrində məhkumların qidalanması da yaxşı deyil. Bu onların immun sisteminin aşağı olmasına gətirib çıxardır. Üstəlik cəzaçəkmə müəssisələrində vərəmli məhkumlar var. Onların bir qismi narkotik aludəçisidir. Bu da koronavirusa yoluxan məhkumlar arasında ağırlaşma hallarını qaçılmaz edir. Qeyd edim ki, koronaviruslu məhkumlar Ədliyyə Nazirliyinin tibb müəssisəsində boksların olduğu şöbədə müalicə alırlar".

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda məhkumların sayı 17 mindir

    Azərbaycanda məhkumların sayı 17 mindir ...

    21-05-2013, 13:02

  • 
  • Növbəti əfv sərəncamı və ya amnistiya GÖZLƏNİLİR

    Növbəti əfv sərəncamı və ya amnistiya GÖZLƏNİLİR ...

    13-05-2020, 16:44

  • 
  • 10-a yaxın məhkum vərəmdən ölüb

    10-a yaxın məhkum vərəmdən ölüb ...

    6-11-2018, 14:19

  • 
  • Əhməd Abbasbəyli: İyunda cəzaçəkmə müəssisələrində 50-dək məhbus COVİD-19-a yoluxub

    Əhməd Abbasbəyli: İyunda cəzaçəkmə ...

    20-07-2020, 13:30

  • 
  • Mədət Quliyev: “Cəzaçəkmə müəssisələrində oğru ideyalarının inkişafına icazə vermirik”

    Mədət Quliyev: “Cəzaçəkmə müəssisələrində oğru ...

    12-12-2013, 12:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu