Güney Azərbaycanlı şair, müəllim və milli-mədəni fəal Bəhmən Nəsirzadə məhkəmə tərəfindən 91 gün azadlıqdan məhrum edilib.
GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, Maku Cəza məhkəməsinin 2-ci şöbəsi Nəsirzadəni ““iftira və yalan yayma” ittihamı ilə 91 gün həbs cəzasına məhkum edib. Cəzanın icrası 3 il müddətinə təxirə salınıb.
Milli fəal daha öncə sözügedən ittihamdan bəraət qazanmışdı. Lakin bəraət hökmü Maku sərhəd alayının komandanı Şirzad Hacızadənin etirazı üzrə ləğv edilib.
Qeyd edək ki, azərbaycanlı müəllim daha öncə İranın təhsil nazirinə məktub yazaraq dərs kitablarında anti-türk və anti-Azərbaycan mətləblərin olduğuna etiraz etdiyi üçün 2 il Zəncan yaxınlığında olan Qeydar (Xudabəndə) şəhərinə sürgünə məhkum edilmişdi.
Nəsirzadə “Azərbaycanın dilbər guşəsi Daşmakıdan neçə şair”, “Tomirs ana”, “Arazın seçilmiş əsərləri” və “3 dilli Araz lüğəti” kimi əsərlərin müəllifidir.
O, Azərbaycan türk millətinin milli-mədəni haqlarının bərpası üçün fəaliyyətlərinə görə dəfələrlə təzyiqlərə məruz qalıb, mühakimə edilərək həbs edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?