GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub - RƏSMI

İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub - RƏSMI

Tarix: 4-08-2020, 15:41 Bölmə :Cəmiyyət Baxış: 576
İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub - RƏSMI


Cari ilin ilk altı ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2 893 fakt aşkar olunub. Onlardan 1 015-i narkotik vasitələrin qanunsuz satışı, 1 665-i qanunsuz əldə edilib saxlanılması, 170-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 43-ü isə digər cinayətlərlə bağlı olub.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu hesabat yayıb.

Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan 2 ton 309 kq 543,2 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 460 kq 615,3 qr-nı heroin (63,2%), 524,2 kq-nı marixuana (22,6%), 168 kq 675,3qr-nı tiryək (7,3%), 20 kq 469,8 qr-nı həşiş (0,8%), 394 qr-nı kokain (0,01%) narkotik vasitələr, 135 kq 91,2 qr-nı psixotrop maddələr və digərləri (5,8%) təşkil edib.

Həmçinin hesabat dövründə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 926,5 hektar sahədən çəkisi 90 ton 163 kq 710,6 qr olan 271 min 712 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq, müvafiq qaydaya uyğun olaraq məhv edilib.

Cinayət məsuliyyətinə 1 933 nəfər cəlb edilib ki, onlardan 16-18 yaşadək dörd nəfər, 18-25 yaşadək 170 nəfər, 26-29 yaşadək 341 nəfər, 30 yaş və ondan yuxarı isə 1 418 nəfər təşkil edir.

Məsuliyyətə cəlb olunanlardan 85-i fəhlə, beşi qulluqçu, ikisi vəzifəli və maddi məsul şəxs, ikisi nəqliyyat işçisi, üçü kənd təsərrüfatı işçisi, doqquzu əvvəllər xüsusi qeydiyyatda olan, 545-i əvvəllər cinayət törədənlər, 1 307-si işləməyən, 1 890-ı kişi, 43-ü qadın, 49-u isə xarici ölkə vətəndaşı olub.

Məsuliyyətə cəlb edilmiş 49 xarici ölkə vətəndaşından 25-i İran, 8-i Gürcüstan, 13-ü Rusiya, ikisi Qazaxıstan, biri Pakistan vətəndaşı olub. Onlardan çəkisi 448,3 kq müxtəlif növ narkotik vasitə, 13 kq 314,8 qr psixotrop maddə, 950 qr həb, 98 kq 28,7 qr (635 ədəd) çətənə bitkisi götürülüb.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə ümumilikdə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sayı 4 732, ötən altı ay ərzində bu növ cinayətlərə görə həbs olunmuşların sayı 1 661, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 2 740 nəfərdir.

Hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ölkə ərazisinə gətirilməsi ilə bağlı 143 fakt aşkar edilib, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 289,1 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Ümumilikdə aşkar edilmiş cinayətlərin 194-ü qrup halında törədilib və həmin faktlar üzrə çəkisi 769,6 kq narkotik vasitə müsadirə edilib.

Qeydə alınmış cinayətlərin 822-si isə əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilib və onlardan 208,4 kq müxtəlif növ narkotik vasitələr götürülüb.

Təhlil göstərir ki, ötən ilin birinci yarımili ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 340, qanunsuz satışı ilə bağlı faktların sayı 308, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 13, qrup şəklində törədilmiş cinayətlərin sayı 47 fakt, ümumilikdə aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 658 kq 793,9 qr, yabanı halda müyyən edilmiş narkotik xassəli bitkilərin yaş kütləsi 16 ton 271 kq 409 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 250 nəfər artıb, 16-18 yaşadək olanların sayı bir, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı yeddi nəfər azalıb.

Qaçaqmalçılıqla bağlı aşkar edilən faktlarin sayı 108 vahid azalsa da, faktlar üzrə qanunsuz dövriyyədən götürülmüş narkotiklərin çəkisi 400,4 kq çox olub.

Hesabat dövründə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 10 832 nəfər keçirilib.

Onlardan 3 101 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 1 759 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb.

Hazırda əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən üç məntəqədə proqram çərçivəsində (Respublika QİÇS-lə Mübarizə Mərkəzində - 345, Respublika Narkoloji Mərkəzində - 165, Sumqayıt şəhər Narkoloji Dispanserində - 73) 583 nəfər xəstə müalicə alır.

Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub və ekspertizadan cəmi 1 794 nəfər keçib.

Onlardan 1 228 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub, mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 12 nəfərdir./oxu.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Narkotik vasitələrin qaçaqmalçılığı haqda açıqlama – Statistika

    Narkotik vasitələrin qaçaqmalçılığı haqda ...

    10-12-2013, 13:26

  • 
  • Azərbaycanda narkomanlığa qarşı mübarizəyə dair illik milli hesabat hazırlanacaq

    Azərbaycanda narkomanlığa qarşı mübarizəyə dair ...

    23-07-2019, 10:56

  • 
  • Polis son üç gündə narkotiklə bağlı 46 fakt aşkarlayıb

    Polis son üç gündə narkotiklə bağlı 46 fakt ...

    26-01-2019, 17:39

  • 
  • Narkotikə görə 6 şagirdi, 3 tələbə tutulub

    Narkotikə görə 6 şagirdi, 3 tələbə tutulub ...

    25-11-2013, 12:06

  • 
  • Azərbaycanda narkotikə görə həbs olunanların sayı açıqlandı

    Azərbaycanda narkotikə görə həbs olunanların sayı ...

    21-08-2019, 14:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu