GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Avropada erməni gənclərini “mat qoyan” bugünkü Komitə sədrinin ətrafındakı “qaraməryəmlər” kimlərdir?

Avropada erməni gənclərini “mat qoyan” bugünkü Komitə sədrinin ətrafındakı “qaraməryəmlər” kimlərdir?

Tarix: 5-08-2020, 19:05 Bölmə :Cəmiyyət Baxış: 1 650
Avropada erməni gənclərini “mat qoyan” bugünkü Komitə sədrinin ətrafındakı “qaraməryəmlər” kimlərdir?


Məlum olduğu kimi 2011-ci ilin noyabrın ayının 28-də Berlində Qarabağın Azərbaycanlı icması ilə erməni icması arasında görüş keçirilməli idi. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının “dialoq”u adlı foruma qatılan olmasa da, tədbirdə Ermənistandan gələn və Almaniyada təhsil alan erməni gəncləri də iştirak ediblər.

Həmin görüşdə vaxtilə “Qarabağın Azərbaycalı İcması” ictimai birliyinin idarə heyətinin üzvü, millət vəkli olmuş Rövşən Rzayev də iştirak edib. Dialoq təşəbbüsünün meydana gəlməsinə başlıca səbəb, 2007-ci ildə ziyalılarımızın Qarabağa səfər etmələri olmuşdur. Ziyalılar 2009-cu ildə bir daha Qarabağa üz tuturlar və həmin vaxt nümayəndə heyəti Qarabağa qayıdışı birmənalı şəkildə vurğulayırlar. Ona görə də icma mümkün variantlardan istifadə edib keçmiş əlaqələrini, münasibətlərini bərpa etməyə çalışır. Qeyd edək ki, həmin ildə Almaniyada keçirilən görüş yuxarıda qeyd olunan səfərlərin davamı olur. Keçirilən görüşün təşəbbüsçüsü “Avroqafqaz Mədəni-Elmi Mərkəzi”n professoru Yeva-Mariya Ayx və Azad Berlin Universitetinin professoru Udo Ştaynbax olurlar. Onlar Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqu adlı forumu təşkil edirlər.

Bizim də nümayəndə heyyəti protokola uyğun olaraq həmin görüşdə iştirak etmək üçün Berlində olurlar. Düzdür, görüş olur, amma əldə etdiyimiz məlumatlara görə icmalararası dialoq baş tutmur. Həmin görüşdə Ermənistandan olan QHT nümayəndələri bizim nümayəndələrlə bir araya gəlirlər. Diqqət çəkən məqam o olur ki, Almaniyada təhsil alan erməni tələbələrin təqribən 20 nəfəri həmin tədbirdə iştirak edirlər. Dialoqda erməni tərəfinin bizim nümayəndə heyyətində təmsil olunanlara ünvanladıqları suallar, bizimkilərin onlara verdikləri cavablar görüşün əhəmiyyətini xeyli canlandırır. Tədbirdəki çıxışlar belə bir görüşlərin əhəmiyyətli olduğunu bir daha ortaya qoyur.

“Qaçqınkom”un bugünkü sədri Rövşən Rzayev bir ziyalı olaraq, Azərbaycanın haqlı mövqeyini lazımınca müdafiə edir. Onun həmin dialoqdakı çıxışını ixtisarla təqdim edirik: ''Bizim öz torpaqlarımıza qayıdacağımız şübhəsizdir və bu, birmənalıdır. Təəssüflər olsun ki, 20 ildir belə bir görüşlər keçirilmir. Buna görə də erməni gəncliyində Azərbaycan haqda doğru olmayan, mənfi fikirlər formalaşıb. Həmin gərginliyi bu kimi görüşlərələ azaltmaq mümkündür. Bundan sonra həm Almaniya, həm də Avropanın digər dövlətləri, həmçinin ABŞ, Rusiya və digər ölkələrlə olan əlaqələrimizdən istifadə edib, eyni çərçivədə icmaların görüşünə çalışacağıq. Biz dialoqun baş tutması üçün lazımı addımlar atacağıq. Hesab edirik ki, nə qədər çox danışıb müzakirələr aparsaq, o halda birbirimizə qarşı inam hissi yarada bilərik, biri-birimizə tez inteqrasiya edə bilərik. Düzdür, problemin siyasi həlli dövlətlərarası məsələdir. Sadəcə biz icmalar arasında keçmiş əlaqələrin bərpa olunmasına çalışırıq və əməkdaşlığın bərpa olunması üçün, bu gün yaşlı nəsl olaraq körpü rolunu oynayırıq. Çünki, icmaların gənc nəsli biri-birini tanımırlar. Əminəm ki, bu yöndə olan fikirlərimi Qarabağdakı ermənilərdən dəstəkləyənlər çoxluq təşkil edəcəklər. Mən şəxsən 2009-cu ildə Qarabağa gedəndə söylədiklərimin canlı şahidi olmuşdum. Faktdır ki, sadə insanlar arasında heç bir problem yoxdur və mən bizə qarşı mənfi münasibəti görmədim. Hətta, orada olarkən jurnalistlər yaxınlaşıb “biri-birimizi tanımaqdan ötəri qarşılıqlı jurnalist səfərləri olmalıdır” dedilər. Mən hesab edirəm ki, belə səfərlər olmalıdır və inanıram ki, Ermənistanda da sülhsevər qüvvələr çoxdur. Onlar da sülhün əldə olunması üçün əllərindən gələni edəcəklər. Qeyd edim ki, alman depuatatlarla görüş bizim üçün çox vacib idi. Xüsusilə də Velmanla... Onunla görüşümüzü təşkil etdiyinə görə ölkəmizin Alamniyadakı sabiq səfiri cənab Pərviz Şahbazova təşəkkür edirik. Biz Velmanla görüşdük, aramızda geniş fikir mübadiləsi oldu və görüş zamanı əsl həqiqətləri ona çatdıra bildik”. Belə bir çıxışları Avropanın mərkəzindən səsləndirmək yüksək mədəniyyət və bacarıq tələb edirdi. Bəli, mədəni fikir formalaşdırmağı bacaran Rövşən Rzayevin bu cür addımları, heç də ölkə başçısının diqqətini cəlb etməyə bilməzdi. Bir neçə il Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə əsaslı şəkildə çatdıran bir ziyalının bu yöndə atdığı addımlar, məhz ölkə rəhbəri tərəfindən təqdirəlayiq addım hesab olunur və çox keçmir ki, onun Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəhbərlik etməsi məsləhət görülür. Təbii ki, belə bir strateji sahəyə rəhbərlik edən şəxs lazımi potensiala, ağıla, düşüncəyə sahib olmalı idi. Buna görə də Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli Sərəncamı əsasında Rövşən Rzayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sədr təyin olunur. Cənab Prezidentin “Qaçqınkom” sədrinin qarşısında qoyduğu başlıca vəzifələr- köçkünlərin mənzilə, normal şəraitə və digər sosial ehtiyaclarının ödənilməsi ilə bağlı məsələləri həll etməkdən ibarət olur. Bəli, bu gün verilmiş tapşırıqlar Komitə sədri tərəfindən ardıcıl şəkildə uğurla həyata keçirməkdədir.

Hər kəsə məlumdur ki, qaçqın və məcburi köçkünlərin problemləri, bu gün Azərbaycan dövləti üçün ən ağrılı məsələlərdəndir. Bu sahədə çalışmaq üçün, həm vətənpərvər, həm də işgüzar olmalısan. Bəli, bir şəxsin bütün bunların öhdəsindən uğurla gəlməsi, sanki həmin şəxs üçün böyük çətinlik deməkdir. Ətrafdakı vəzifə sahiblərindən bəziləri köhnədən qalsalar da, əslində onlar öz rəhbərlərinə sadiq olmalıdırlar ki, görülən işlərin effektivli olsun. Təəssüflər olsun ki, bu gün bəzi vəzifə sahibləri bacarıqsız addımları ilə, yaxud da bilərəkdən “Qaçqınkom” sədrinin adına xələl gətirən addımlarını atırlar. Əgər illər öncə Avropanın yüksək tribunalarından Rövşən Rzayevin vasitəsilə Azərbaycana başucalığı gətirən çıxışlar baş tuturdusa, bu gün Avropadan heç bir əsas olmadan bu şəxsin adının da hallandığı, bir növ özfəaliyyətilə məşğul olan rüşvətxor məmurların korrupsiya əməlləri haqda məlumatlar ötürülür və bunlarla bağlı tənqidi məqalələr də dərc olunur. Yəqin ki, bu kimi xoşagəlməz halların baş verməsinin kökündə, komitədə həyata keçirilən islahatların hələ də yekunlaşmaması səbəb olur. Düşündürücü haldır ki, bu gün Komitə sədri gecə-gündüz qaçqınlara və məcburi köçkünlərə məxsus problemlərin həllinə çalışsa da, adı çəkilən qurumun üst sütunlarında aparıcı sahələrdə çalışan elə vəzifə sahibləri var ki, bu gün onlar problemlərin üstünə yeni-yeni problemlər gətirməklə məşğul olurlar. Faktdır ki, həmin şəxslərin çoxu hazırda Rövşən Rzayevin ətrafında yer alsalar da, onlar sədrlə sadə sakinlər arasında uçurum yaradıb narazılıq hissinin baş qaldırmasına səbəb olurlar. Bir sözlə, bu gün baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində əsası qoyulmuş islahatları yekunlaşdırmaq lazımdır ki, həm Komitə sədri, həm də maddi və sosial sıxıntılar içində yaşayan qaçqınlar və məcburi köçkünlər “azad nəfəs” alsınlar. Yoxsa, dərdimiz bol, yaralarımız isə sağalmaz olacaq.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycanlı və erməni ziyalıların görüşü keçirilə bilər”

    “Azərbaycanlı və erməni ziyalıların görüşü ...

    19-11-2013, 15:33

  • 
  • Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədrini istefaya göndərdilər

    Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədrini ...

    20-12-2018, 13:10

  • 
  • Dağlıq Qarabağın azərbaycanlı icması Brüsselə səfər edib

    Dağlıq Qarabağın azərbaycanlı icması Brüsselə ...

    4-12-2019, 11:57

  • 
  • Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yaydı

    Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ...

    13-11-2019, 13:55

  • 
  • Ermənistandan Qarabağa 114 kilometrlik ikinci yol çəkilir

    Ermənistandan Qarabağa 114 kilometrlik ikinci yol ...

    7-10-2013, 15:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (219)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu