1980-ci ildən Bakının Baş Planının hazırlanması ilə bağlı məsələ bir neçə dəfə gündəmə gəlib. Amma Baş Planı qəbul etmək mümkün olmayıb. Çünki buna milyardlarla pul lazımdır. Eyni zamanda, Baş Planın qəbul olunmamasının əsas səbəblərindən biri də özbaşına tikilən hündür mərtəbəli binaların sökülməsi problemidir.
Bunu Axar.az-a açıqlamasında Müstəqil Memarlar Assosiasiyasının (MMA) prezidenti, tanınmış memar Zenfira Budaqova deyib. O bildirib ki, bir sıra şəxslər Baş Planın təsdiqlənməsinə maneə yarada bilirlər:
“Onlar icazəsiz hündürmərtəbəli binalar tikiblər. Baş Plan təsdiqlənsə, bəzi göydələnlər sökülməlidir. Ona görə də Baş Planın təsdiqlənməsinə imkan vermirlər. Digər tərəfdən, Bakıda köhnə binalar da sökülməlidir. Çünki müasir standartlara cavab vermirlər. Kanalizasiya sistemləri ya bərbad vəziyyətdədir, ya da ümumiyyətlə yoxdur. Amma onların sökülməsi, orada yaşayan əhalinin köçürülməsi, yerləşdirilməsi üçün böyük iş və milyardlarla vəsait lazımdır. Problemin biri də budur.
Bütün bu problemlər həll edildikdən sonra Baş Plan təsdiqlənə bilər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?