GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Ərzaq olaraq evdə divar, tavan, əlüzyuyan var, belə getsə, onları yeyəcəyik” - karantinə götürülən ailə

"Ərzaq olaraq evdə divar, tavan, əlüzyuyan var, belə getsə, onları yeyəcəyik” - karantinə götürülən ailə

Tarix: 10-08-2020, 13:03 Bölmə :Cəmiyyət Baxış: 426
"Ərzaq olaraq evdə divar, tavan, əlüzyuyan var, belə getsə, onları yeyəcəyik” - karantinə götürülən ailə


Altı nəfərlik ailənin tək işçi qüvvəsi olan Rəhman Cəfərovun həyat yoldaşı və oğlu bir neçə gün əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirib. Ailənin digər üzvlərindən test götürülüb və onlar ev karantininə alınıb.

Bundan sonra isə, ərzaq çatışmazlığı olan ailənin problemi başlayıb.

Rəhman Cəfərov deyir ki, ailə koronavirus şübhəsi ilə ev karantininə götürüldüyü üçün ona işləməyə icazə verilmir.

Onun evdə nə maddi, nə də ərzaq ehtiyatları var, müraciət etdiyi qurumlardan isə yardım ala bilməyib, o, BBC News Azərbaycancaya danışarkən deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, ailənin gəlir və xərcləri hesablanıb onlara ünvanlı sosial yardım təyin oluna və ya ərzaq yardımı edilə bilər.

"Haradan pul qazanmalıyıq? Axı, göydən pul tökülə bilməz" - məşhurlar etiraz edir
"6 nəfərik, bir mən işləyirəm. Mən də fəhlə işlədiyim üçün bir gün iş olurdu, 3-5-10 manat qazanırdım, o biri günlər olmurdu. Mənim gəlirim yoxdur ki, vəsaitim olsun. Bu dəqiqə bir çörək almağa imkanım yoxdur. Bakıda qohum-əqrəbam da yoxdur, hamısı rayondadır. Evdən çölə çıxa bilmirəmsə, ailəmi nə ilə dolandırmalıyam? Bircə saat ac qala bilərsinizmi?"

Rəhman Cəfərov deyir ki, Ağdam rayonundan məcburi köçkün olduğu üçün məcburi köçkünlərə dövlət büdcəsindən ödənilən "çörəkpulu" adlandırılan vahid aylıq müavinət alır, lakin bu məbləği "kommunal xərclərin, qidanın, dava-dərmanın hansına çatdıracağını bilmir".

51 yaşlı ailə başçısı təqaüd yaşına çatmadığına görə təqaüd də ala bilmir.

Rəhman Cəfərov ailə ev karantininə götürüləndən sonra heç bir qurumun ailənin yemək ehtiyacları ilə maraqlanmadığını, müraciətlərinin cavabsız qaldığını deyir.
Rəhman Cəfərov ailə ev karantininə götürüləndən sonra heç bir qurumun ailənin yemək ehtiyacları ilə maraqlanmadığını, müraciətlərinin cavabsız qaldığını deyir.

"Fikirləşmirsiniz ki, bu ailə, bu uşaq nə yeyir, nə içir?"
Cənab Cəfərov deyir ki, evdə 1 yaş 6 aylıq nəvəsi daxil olmaqla ailə üzvləri "yeməyə bir şey tapmır".

"Hər gün Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən zəng edib deyirlər ki, evdəsinizmi, çölə çıxsanız cinayət məsuliyyəti daşıyırsınız. Prezident belə bir qərar verməyib ki, kiminsə evində virus çıxsa, doldurun onları evə, acından qırın. Nəinki Prezient, heç dünyada belə qərar yoxdur. Mən cinayət məsuliyyəti daşıyıramsa, siz niyə daşımırsınız? Fikirləşmirsiniz ki, bu ailə, bu uşaq nə yeyir, nə içir, nə ilə dolanır?" - Rəhman Cəfərov deyir və əlavə edir ki, onların hər gün evdə qalıb-qalmaması yoxlanılsa da, maddi vəziyyətləri ilə maraqlanan olmayıb.

Rəhman Cəfərov məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi üzrə nümayəndəsinə, Daxili İşlər Nazirliyinə müraciət etdiyini, lakin bir cavab ala bilmədiyini deyir.

"Qaçqınkomun nümayəndəsi dedi, bizim səlahiyyətimizdə deyil, 102-yə zəng edirəm, deyir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng et, ora da zəng etdim, nə qədər gözlədim, olan konturum da bitdi, cavab verən olmadı. Məni karantinə götürürsənsə, soruş mən nə yeyirəm, necə dolanıram. Ərzaq olaraq evdə divar, tavan, əlüzyuyan var, belə getsə, onları yeyəcəyik. Hara müraciət edirəm, baxan yoxdur".

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sözçüsü İbrahim Mirzəyev məsələnin araşdırılacağını deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıbov BBC News Azərbaycancaya söyləyib ki, ailənin gəlir və xərcləri hesablanıb onlara ünvanlı sosial yardım təyin oluna və ya ərzaq yardımı edilə bilər.

"Vətəndaşın faktiki gəlirləri ehtiyac meyarından aşğıdırsa, o, ünvanlı sosial yardım üçün onlayn şəkildə müraciət edə bilər. Sistem vasitəsilə onun gəlirləri və xərcləri araşdırılacaq və ona ünvanlı sosial yardım verilməsi üçün müvafiq qərar qəbul olunacaq. Bundan başqa, pandemiya dövründə bizim sosial tərəfdaşlarımızın köməkliyi ilə 100 min ailəyə iki dəfə ərzaq payı verilib. Bu proses yenə davam edir. Sözügedən ailədə bir yaşlı uşaq varsa, azyaşlılar üçün müavinət növlərinin ödəməsi həyata keçirilə bilər", - cənab Talıbov söyləyib.

Daxili İşlər Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bu məsələnin qurumun səlahiyyətlərinə aid olmadığını bildirilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Marneulidə 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

    Marneulidə 12 nəfər koronavirus şübhəsi ilə ...

    30-03-2020, 13:55

  • 
  • Azərbaycanda bir ailənin 5 üzvü zəhərləndi

    Azərbaycanda bir ailənin 5 üzvü zəhərləndi ...

    21-07-2013, 22:51

  • 
  • Biləsuvarda bir ailənin 4 üzvü qidadan zəhərlənib

    Biləsuvarda bir ailənin 4 üzvü qidadan zəhərlənib ...

    3-02-2020, 10:15

  • 
  • İsmayıllı ƏSMM-də nələr baş verir? - Ünvanlı sosial yardımı kimlər ala bilər?

    İsmayıllı ƏSMM-də nələr baş verir? - Ünvanlı ...

    18-05-2016, 11:58

  • 
  • Bakıda 8 İran vətəndaşı karantinə alındı

    Bakıda 8 İran vətəndaşı karantinə alındı ...

    6-03-2020, 21:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu