Siyasi məhbus, jurnalist Polad Aslanovun 13.08.2020-ci il tarixdə keçirilən məhkəmə prosesinin monitorinqindən sonra virtual TV-lərə müsahibə verdim. Qeyd etdim ki, ibtidai istintaqı aparmış müstəntiqin şahidlərə imzalatmış olduğu ifadələrdə P.Aslanovun əleyhinə yazılanlardan şahidlər məhkəmədə xəbər tutdu və həmin ifadələrin müttəhimin əleyhinə olan hissələrdən qətiyyətlə imtina etdilər. Prosesin gedişindən o məntiq hasil oldu ki, müstəntiq P.Aslanova qarşı qərəzli olub və nəyin hesabına olursa-olsun onu təqsirləndirmək məqsədilə ifadələri qəsdən saxtalaşdıraraq özü bildiyi kimi yazıb: bu isə cinayət əməlidir! Görünür, bu açıqlama müvafiq dairəni narahat edib və əmrlərində olan yalaqları üstümə qısqırıblar...
Bu gün xəbər tutmuşam ki, eyni gündə, eyni saatda 6 saytda (digərlərinin də olduğundan xəbərim yoxdur) məni çəkindirmək məqsədilə şantaj və qarayaxma xarakterli cızma-qara paylaşıblar, 43 il əvvəl dünyasını dəyişmiş valideynimə dil uzadıblar...
Amma bilsinlər ki, günahsız həbs etdikləri hər bir insanın yanında olacağıq və vaxt gələcək lazım olmayan yerə uzadılan o murdar dillər "kəsiləcək"!
Hələliksə, yalaqlarını qoruyacaqlarını və məhkəmələrin tapşırıqları icra edən notarius funksiyasını yerinə yetirməkdən başqa heç bir işə yaramadığını bilsək də, məhkəmədə görüşərik...!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?