İstintaq jurnalist Polad Aslanova qarşı CM-in 134-cü maddəsi (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə.) ilə yeni ittiham irəli sürüb.
Gundemxeber.Az bildirir ki, bBu barədə jurnalistin xanımı Gülmirə Aslanova Facebook səhifəsində yazıb. O, ittihamı uydurma hesab edir.
G. Aslanovanın sözlərinə görə, həyat yoldaşı başqa jurnalisti ölümlə hədələyib. İstintaq sirri olduğundan onun adını açıqlamayıb. İnsident guya bu ilin mayında baş verib.
“Niyə bu jurnalist həmin vaxt polisə şikayət etməyib? Niyə iyun ayında Poladı saxlayanda şikayət etməmişdi?”, - G.Aslanova deyib.
O qeyd edib ki, həmin adamı şəxsən tanıyır. Məhkəmə Poladı həbs edəndə “zərərçəkən” “dəstək” üçün məhkəmə binasına gəlmişdi.
“Polad saxlandığı gün o, öz dəstəyini bildirmək üçün anasını bizə göndərmişdi”, - G.Aslanova qeyd edib.
134-cü maddə öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
* Xatırladaq ki, xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də jurnalistin həbs müddəti daha 4 ay uzadılıb.
Yerli və beynəlxalq təşkilatlar Polad Aslanova qarşı cinayət təqibini pisləyiblər və hesab edirlər ki, onun həbsinin əsl səbəbi güc qurumlarında korrupsiya haqda yazıları ilə bağlıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?