GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sabiq nazirin adı yenidən qalmaqallı məhkəmədə çəkilir - "Havanı pulla satmayacaqdıq ki..."

Sabiq nazirin adı yenidən qalmaqallı məhkəmədə çəkilir - "Havanı pulla satmayacaqdıq ki..."

Tarix: 27-08-2020, 17:21 Bölmə :Cəmiyyət Baxış: 471
Sabiq nazirin adı yenidən qalmaqallı məhkəmədə çəkilir - "Havanı pulla satmayacaqdıq ki..."


Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Cinayət işinə hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılır.

Mənimsəmədə təqsirləndirlən şəxslər Nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, həmin departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevdir.
Onlardan yalnız İlqar Hacıyev həbsdədir. İş üzrə zərərçəkmiş tərəf kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, 27 nəfər tanınıb.

Təqsirləndiriən şəxslər dövlət büdcəsindən ayrılmış 451 min manatı mənimsəməkdə ittiham olunurlar.

İttihamda yazılır ki, təqsirləndirilən şəxslər Departament daxilində 107 nəfərin adına kart açaraq dövlət büdcəsindən ayrılan vəsaiti nağdlaşdıraraq mənimsəyiblər.

Təqsirləndirilən şəxslərdən Əkbər Həsənov dəymiş zərərin 300 min manatını ödəyib.
Prosesdə vəkillərin suallarını cavablandıran İlqar Hacıyev bildirib ki, ştatdan kənar olan 63 işçinin kartına pul köçürülməsindən xəbərdar olub və kartlardan pulu əsasən özünün sürücüsü və Əkbər Həsənovun sürücüsü çıxarıb.

İlqar Hacıyev əlavə məbləğlərin kartlara köçürərək nağdlaşdırmağın hansı zərurətdən olduğunu belə izah edib:

“Nazirliyin digər qurumlarında qazanc, gəlir yeri olurdu. 2-3 ağacın yerini oyan-buyan edib pul qazanırdılar. Bizim departament isə gəlirsiz yer idi. Havanı pulla satmayacaqdıq ki... Məcbur olub bu işi görmüşük”.

İqlar Hacıyev bir daha əlavə xərclərin nədən ibarət olduğunu danışıb. O bildirib ki, itkin düşən alpinistlərin axtarışı üçün 12 min manat, kombi sisteminin quraşdırılması üçün 20 min manat, telekomunikasiya xətlərinin yenilənməsi üçün 7 min manat, hava proqnozları ilə bağlı bukletlərin hazırlanması üçün 20 min manat, departamentin balansında olan binanın şüşə üzlüyünü yuyulması üçün 25 min manata yaxın vəsati xərclənib.

İlqar Hacıyev öz vəkili Ramin Məmmədzadənin suallarını cavablandıran zaman bir daha təkrar edib ki, sabiq nazir Hüseynqulu Bağırov Əkbər Həsənovdan 265 min manat istəyərkən həmin məbləği Vüqar adlı şəxsdən alıblar.

Bu suala Əkbər Həsənov da cavab verib və deyib ki, nə Hüseynqulu Bağırov ondan pul alıb, nə də ki, Vüqar adlı şəxsi tanıyır.

İlqar Hacıyev Vüqar adlı şəxsi digər işçilərin tanıdığını da söyləyib.

Vəkilin İlqar Hacıyevə növbəti sualı Hüseynqulu Bağırovla bağlı mətbuata müraciətin hazırlanmsı ilə bağlı olub.

Müdafiəçinin sözlərindən məlum olub ki, təqsirləndirilən şəxslər barəsində cinayət işi başlananda onlar bu işdə Hüseynqulu Bağırovu günahkar bilərək onun barəsində müraciət hazırlayaraq mətbuat vasitəsi ilə ictimailəşdirmək istəyiblər. Lakin sonradan Hüseynqulu Bağırova yaxın şəxslər məsələni həll edəcəkləri vədi ilə müraciətin mətbuata çıxmasının qarşısını alıblar.

İlqar Hacıyev bunu təsdiqləyib və deyib ki, həmin müraciət onda hələ də qalır. Əkbər Həsənov bunu da təkzib edib və İlqar Hacıyevin düz danışmadığını deyib.

Əkbər Həsənov məhkəməyə bildirib ki, bu işdə Hüseynqulu Bağırovun adının hallandırılması doğru deyil. Onun sözlərinə görə sabiq nazir bu məsələlərdən xəbərsiz olub. Həsənov əlavə edib ki, onun sürücüsü heç vaxt kartlardan pul çıxarmayıb:

“İstintaqda bizə də göstərdilər. Pul çıxaranların hamısı bankomatların kamerasına düşüb. Amma mənim sürücüm yoxdur”.

Sözlərinə davam edən Əkbər Həsənov İlqar Hacıyevə sual verib ki, Nərimanov xəzinədarlığından bu qədər karta pul köçməsi necə mümkün olub? İlqar Hacıyev suala belə cavab verib: “Həmişə necə keçirdisə, elə. O biri kartlara necə keçirdisə, elə”.

Məhkəmə prosesinin davamında təqsirləndirilən şəxslərdən ev dustaqlığında olan Orxan Qasımov ifadə verib. O deyib ki, özünü təqsirli bilmir, çünki işlədiyi müddətdə ona verilən tapşırıqları icra edib.

Orxan Qasımov istintaqda fərqli ifadə verməsini, dövlətə vurulmuş ziyanın bir hissəsini ödyəcəyi ilə bağlı söz verməsini belə izah edib:

“İstəmirdim ki, İlqar müəlim üçün daha da çox problem yaransın. Buna görə də belə ifadə verdim ki, ona kömək edim. Yəni, kartlardan dördü məndə olmayıb. Mən sadəcə işçilərin maaşını hesablamışam. Həmin kartlardan pulu çıxaranda İlqar müəllimə vermişəm”.

İlqar Hacıyev Orxan Qasımovun ifadəsinin bu hissəsini təsdiqləyib və bildirib ki, Orxanın ona verdiyi pulları da Əkbər Həsənova çatdırıb.

Orxan Qasımov suallara cavabında bildirib ki, müqaviləsiz işçilərdən xəbəri olmayıb: “Mən sadəcə şəxsiyyət vəsiqələri əsasında sənədləri banka göndərib kart açılmasını həyata keçirirdim”.

O.Qasımov keçmiş iş yoldaşı, indi təqsirləndirilən şəxs olan Təbrizin kartlardan pul çıxarması üçün aylıq cüzi məbləğ verilməsi ilə bağlı istintaqda dediyini təsdiqləməyib. Deyib ki, müstəntiq onun adından yazıb. O bildirib ki, digər işçilərin kartlardan pul çıxarıb, gətirib İlqar Hacıyevə və Əkbər Həsənova verməsindən xəbəri olmayıb.

Orxan istintaqda vəkilinin olmadığını, vəkilsiz dindirildiyini deyib. Məhkəmədə Orxan Qasımovun ifadəsi elan edilib. İfadəsində yazılır ki, o etiraf edir ki, deapartamentə aidiyyatı olmayan şəxslərin adına kartlar açaraq pulları oraya köçürərək mənimsəyiblər.
İstintaqdakı ifadəsində Orxan deyib ki, İlqar Hacıyev və Əkbər Həsənovun rəhbərliyi altında 451 min manat vəsait mənimsənilib. Orxan həmin ifadəsində göstərib ki, kartlardan çıxarılan pullar İlqar Hacıyevə verilib. Pullar Əkbər Həsənov və İlqar Hacıyevin arasında bölünüb və şəxsi məqsədləri üçün istifadə edilib.

Orxan məhəkəmədə deyib ki, ifadəsininin 50 faizini - iş yoldaşları Tural və Təbrizin kartlardan pul çıxarması, onlara müəyyən məbləğdə pul verilməsini, saxta sənədlər hazırlanması ilə bağlı deyilənləri təsdiqləmir. O, işçilərin çoxu ilə əmək müqaviləsinin bağlanıb-bağlanmamasından xəbərsiz olduğunu deyib. Bildirib ki, o şəxsiyyət vəsiqələri əsasında banklarda kartların hazırlanmasını həyata keçirib.

O.Qasımov müqaviləsi olan işçilərin adına iki kart açılmasından da xəbərsiz olduğunu deyib.

Suallara cavab zamanı məlum olub ki, Orxanın həyat yoldaşı Səbinə Qasımova da orada işləyib. Onun adına 10 min 600 manat pul köçürülüb.

Orxan deyib ki, yoldşının adına köçürülən pul maddi yardım olub. O da məlum olub ki, 11 min manat da Orxanın özünə maddi yardım yazılıb. O.Qasımov təsdiqləyib ki, nazirlikdə bir çox şəxslər maddi yardım alıb. Hətta 20 min manat yardım alan da olub.
Suallara cavab zamanı Orxan Qasımovun dediklərində xeyli ziddiyyətlər yaranıb. O, istintaqda boş vərəqə imza atdığını deyib və yazılan ifadədən xəbərsiz olduğunu söyləyib.

Əkbər Həsənov isə bildirib ki, Orxan İlqar Hacıyevin əlavə kartlar açmasından xəbərdar olub, amma bunları dilə gətirmir.

Əkbər Həsənov Orxanın istintaqdakı ifadəsi ilə razı olduğunu deyib. Lakin sonradan sözünə düzəliş edib və bildirib ki, həmin ifadədə də yanlışlıq var: “Mənə aid olan hissələr düzgün deyil. Mən ona heç bir göstəriş verməmişəm”.

İlqar Hacıyev isə çıxışında deyib: “Hər kəs bilir ki, direkrotun razılığı olmadan bu işlər görülə bilməz. Hüseynqulu Bağırovun da xəbəri olub. Amma necə olur ki, bir mən burada otururam?”

Hakim deyib ki, hazırda burada cinayət işində adı çəkilən şəxslərin işinə baxılır:

“Hüseynqulu Bağırovdan şikayətiniz varsa müvaqfiq qurumlara müraciət edə bilərsiz”.

Məhkəmə prosesi davam edəcək.

Xatırladaq ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb. İttihama görə, 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə - direktor və direktor müavini işləyən Ə.Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər Nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əməkhaqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.

Zərərçəkən 27 nəfər də əmək müqaviləsi imzalanmayan, maaşları karta köçürülərək mənimsənilən şəxslərdir./report.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təqsirləndirilən: “Hüseynqulu Bağırov dedi ki, yenidən nazir olsam, pulları qaytaracağam”

    Təqsirləndirilən: “Hüseynqulu Bağırov dedi ki, ...

    10-03-2020, 15:18

  • 
  • Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

    Keçmiş Rabitə və Yüksək Texnologiyalar ...

    25-05-2018, 12:07

  • 
  • Əli Abbasovun daha iki kadrı məhkəmə qarşısına çıxarılır - yeyinti ittihamı

    Əli Abbasovun daha iki kadrı məhkəmə qarşısına ...

    27-03-2018, 14:05

  • 
  • Bağlanan bankın vəzifəli şəxsləri məhkəmə zalından azadlığa buraxıldılar

    Bağlanan bankın vəzifəli şəxsləri məhkəmə ...

    22-08-2016, 14:05

  • 
  • Leyla Şıxlinskaya klinikasının mənimsəmədə təqsirləndirilən əməkdaşlarının məhkəməsində şahidlər ifadə verib

    Leyla Şıxlinskaya klinikasının mənimsəmədə ...

    8-02-2018, 16:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu