GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 30 ilin gizlinləri yavaş-yavaş üzə çıxır - GƏLİŞMƏ

30 ilin gizlinləri yavaş-yavaş üzə çıxır - GƏLİŞMƏ

Tarix: 4-09-2020, 13:10 Bölmə :Cəmiyyət Baxış: 742
30 ilin gizlinləri yavaş-yavaş üzə çıxır - GƏLİŞMƏ


Yadınızdadırsa, ulu öndər Heydər Əliyev sonuncu müsahibələrinin birində Azərbaycanın daxilində, hətta dövlət rəhbərliyin ətrafında yer tutan məmurların arasında düşmənlərin olduğunu deyirdi.

Görünür ki, müdrik, uzaqgörən siyasətçi və dövlət başçısı olan H.Əliyev o düşmənlərin kim olduğunu məhz o vaxt açıqlamasını zəruri hesab etmədi. Əminik ki, bunun da bir neçə səbəbi vardır. Təəssüf ki, o vaxt çoxumuz dövlət başçısının hansı incə siyasi tellərə toxunduğunu anlamadıq. Lakin hazırda baş verənləri nəzərə alsaq, "ətrafımda olanları da təmizləməyə başlasam...” dediyində kimləri nəzərdə tutduğunu asanlıqla başa düşmək olar.

Söhbət illər boyu Azərbaycan hakimiyyətində xərçəng şişi kök salan, pərdəarxası oyunlar, intriqalar hesabına dövləti, hakimiyyəti özlərinin və himayədarlarının istədiyi formaya salmağa çalışan məmurlardan gedir. Onların başında da "boz kardinal” ləqəbli, Prezidentin Administrasiyasının sadiq rəhbəri, hazırda isə AMEA-nın prezidenti vəzifəsində bloggerlik edən Ramiz Mehdiyev dayanırdı.

Onun oyunları bitib-tükənmirdi. Həm "radikal müxalifət"i bəsləyir, onların üzərində və əli ilə qurduğu oyunlarla Azərbaycan-Qərb münasibətlərini korlamağa çalışır, digər tərəfdən də səlahiyyətlərindən sui-istifadə edərək hakimiyyətin ən yuxarı postlarından tutmuş, ən aşağı- kənd icra nümayəndələrinə qədər- bütün səviyyələrdə öz adamlarını yerləşdirib, təşkilatlanırdı.

Mövqeyinə təhlükə hiss edən kimi, bütün şəbəkəsini hərəkətə keçirərək, hakimiyyəti, dövləti təhdid edirdi.

Xaricdəki "söyüş müxalifəti"nin də himayəçisi olması ilə bağlı mətbuatda fikirlər səsklənirdi. Bu günlərdə isə bu mövzuda daha detallı məlumatlar ortaya çıxıb.

Məlum olub ki, xaricdə yaşayan Qurban Məmmədova Bakının mərkəzində dəyəri milyonlarla ölçülən mənzillər və qeyri-yaşayış sahəsinin verilməsinin təşəbbüskarı da R.Mehdiyev və yaxın "silahdaşı” - Prezident Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovdur.

Dəyəri milyonlarla ölçülən payın məhz hansı səbəblərə görə verilməsi də açıqlanıb: sən demə, uzun vaxtdır ki xaricdə sığınacaq tapan, vaxtilə Azərbaycan hökumətini sərt tənqid və şantaj edən bu şəxs əslində təlimatları birbaşa R.Mehdiyev və Ə.Həsənovdan alıbmış. Qurban Məmmədovun Əli Həsənovla həmkəndli və tələbə yoldaşı olması, vaxtilə bir yerdə qalması və birgə məclislərdə iştirak etməsi ilə bağlı materiallar da mətbuatda dərc olunub.

Söhbət təkcə kiməsə əmlak hədiyyə etməkdən getmir. İnanırıq ki, bununla bağlı hüquq-mühafizə orqanları öz hüquqi rəyini bildirəcək.

Söhbət matryoşka kimi yüzlərlə siması olan R.Mehdiyevin Azərbaycan hökuməti ətrafında necə bir şəbəkələşmiş xəyanət qrupu qurmasından və idarə etməsindən gedir. Bu şəbəkə istər ölkə daxilindən, istərsə xaricdən Azərbaycanın iqtisadi-siyasi uğurlarını, habelə ölkə rəhbərliyini, bir çox hallarda isə hətta ailə üzvlərini hədəfə alaraq, davamlı qarayaxma kampaniyaları aparıb, hakimiyyəti təhdid ediblər.

Bu bir fərziyyə deyil.

İnternetdə, sosial şəbəkələrdə, "Youtube"-da kiçik bir araşdırma aparmaq belə kifayyətdir ki, vacib dövlət tədbirləri öncəsi və sonrası, habelə aprel zəfəri və son Tovuz döyüşlərində bu şəbəkənin necə sistemli və koordinasiyalı şəkildə Azərbaycana, ölkə rəhbərliyinə qarşı fəaliyyət göstərdiyinin şahidi olasan.

Yoxsa heç bir uğuru, bilik və bacarığı, intellekti ilə seçilməyən, bir çoxunun hətta ən aşağı küçə leksikonuna sahib olduğu şəxslər necə "müstəqil blogger", "ekspert", "siyasi mühacir"ə çevrildilər? Onları bütün günü efirdən, himayə etdikləri medialardan təbliğ edən, adlarını çəkib məqsədli şəkildə məşhurlaşdıran bəs kimlər idi? Küçə və kriminal jargonun daşıyıcılarını "siyasi mühacir" və "xaricdəki əsas müxalifət" statusu qazandırmaqda məqsəd nə idi?

Misal üçün, Orxan Ağayev, Qabil Məmmədov, Məhəmməd Mirzəli, Manaf Cəlilzadə, Arif Məmmədov, Cəsur Sümərinli, Həbib Abdullayev və s. "YouTube" video portalında və Facebook vasitəsi ilə xalqın içərisində çaşqınlığa və lazımsız təşvişə səbəb olan bu "marionetka"ların arxasında dayanan kuratorların əsas məqsədi – xalq arasında dövlətə, hakimiyyətə etibarı zədələyib, öz çirkin məqsədlərini həyata keçirmək idi.

Bunun isə bir adı var - Xəyanət! Həm də Dövlət xəyanəti!

Prezident İlham Əliyev isə dövlətçilik məsələlərində heç vaxt xəyanəti bağışlamayıb və xəyanətkarlara güzəştə getməyib. Bütün həyatı "akademik xəyanətdən" ibarət olan "Akademik"in də yaxınlarda layiqli dərsini alacağından əminik!/Hit.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Wİ-Fİ BİZİ YAVAŞ-YAVAŞ ÖLDÜRÜRMÜŞ?

    Wİ-Fİ BİZİ YAVAŞ-YAVAŞ ÖLDÜRÜRMÜŞ? ...

    2-11-2017, 17:26

  • 
  • Prezident İlham Əliyev: "Ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı"

    Prezident İlham Əliyev: "Ulu öndər Heydər ...

    11-05-2017, 20:49

  • 
  • VİRTUAL MEDİAYA AYRILAN PULLARA TAMAH SALAN VAR

    VİRTUAL MEDİAYA AYRILAN PULLARA TAMAH SALAN VAR ...

    6-05-2013, 23:16

  • 
  • Hakimiyyətdə Mehdiyev faktoru

    Hakimiyyətdə Mehdiyev faktoru ...

    18-04-2013, 10:01

  • 
  • Heydər Əliyev Mərkəzi sökülür

    Heydər Əliyev Mərkəzi sökülür ...

    7-12-2012, 10:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu