Bərdə rayonda İcra başçısına etiraz edən 1967-ci il təvəllüdlü rayon sakini Nəsirov İlham Cavanşir oğlu özünü yandırıb.
Hadisə günorta saatlarında Bərdə İcra Hakimiyyətinin binası qarşısında baş verib.
Məlumata görə, vətəndaşa yerindəcə müdaxilə edilərək İcra hakimiyyətinin binasına aparılıb. Əraziyə Təcili Tibbi Yardım və polis əməkdaşlarının cəlb olunduğu bildirilir.
Daxili İşlər Nazirliyinin ərazi üzrə mətbuat xidməti məlumatı təstiqləyib.
İ.Nəsirovun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə ilə bağlı Bərdə rayon Prokurorluğunda araşdırma başladılıb./reaksiya.az/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?