GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tofiq Yaqublunun sağlıq durumu ilə bağlı MŞ-nın bəyanatı

Tofiq Yaqublunun sağlıq durumu ilə bağlı MŞ-nın bəyanatı

Tarix: 12-09-2020, 11:49 Bölmə :Cəmiyyət Baxış: 590
Tofiq Yaqublunun sağlıq durumu ilə bağlı MŞ-nın bəyanatı


Bəyanatda deyilir:

''Demokratik Qüvvələrin Milli Şurası bu təşkilatın rəhbərlərindən biri, Koordinasiya Mərkəzinin üzvü olan Tofiq Yaqublunun sağlıq durumu ilə bağlı ciddi narahatlığını və hiddətini ifadə edir.

Qarabağ savaşı qəhrəmanı, vicdan məhbusu və ölkə müxalifətinin aparıcı simalarından biri olan Tofiq Yaqublu bütün cəmiyyətin gözü qarşısında ləyaqətsizcəsinə şərlənərək həbs edilib. Tofiq Yaqubluya qarşı keçirilən məhkəmə prosesi əslində ədalət mühakiməsi adına rəzalət və rüsvayçılıq idi. Saxta məhkəmə prosesində Tofiq Yaqublunun suçsuzluğunu və ona böhtan atanların cinayətini ifşa edən onlarla sübut məhkəmə tərəfindən, ümumiyyətlə, qiymətləndirilmədi.

Tofiq bəyin saxta, əsassız və uydurma ittiham əsasında şərləyib həbs edilməsinə beynəlxalq reaksiya çox sərtdir. ABŞ Dövlət Departamenti, AŞPA, Avropa Komissiyası, Avropa Parlamenti, Böyük Britaniya, Fransa, müxtəlif insan hüquqları təşkilatları səviyyəsində bu uydurma cinayət işi və onun əsasında çıxarılan saxta və əsassız hökm sərt şəkildə qınanılıb, Tofiq Yaqublunun dərhal azad olunması tələb edilib.

Qarabağ qazisi, bütün həyatını Azərbaycan uğrunda mücadiləyə həsr etmiş görkəmli bir şəxsiyyət, siyasətçi, ictimai-siyasi xadim olaraq Tofiq Yaqublunun həbsi Azərbaycan xalqı tərəfindən dərin hiddət və etirazla qarşılanıb. Cəmiyyətin bütün təbəqələrini təmsil edən insanlar bu qanunsuz həbslə bağlı öz etiraz səslərini ucaldır, artıq xalqımızın vicdan, ləyaqət, mübarizə rəmzinə çevrilmiş Tofiq bəyə azadlıq tələb edirlər.

Tofiq Yaqublu ona qarşı çıxarılan qanunsuz hökmə etiraz əlaməti olaraq 10 gündür ki, aclıq aksiyası keçirir. Onun 59 yaşı, ciddi xroniki xəstəlikləri, nəfəsalma problemi var. Yaşadığı uzunmüddətli siyasi məhbus həyatı, inzibati həbslər və ona qarşı törədilən dəhşətli işgəncələr nəticəsində səhhətinə ciddi ziyan dəyib. Bu şəraitdə Tofiq Yaqublunun 10 gün müddətində aclığı davam etdirməsi onun həyatını itirmək təhlükəsini kifayət qədər real edir.

Tofiq Yaqublu aclıq aksiyasına ona qarşı dövlət hakimiyyət orqanları tərəfindən mütəşəkkil qaydada törədilən ağır cinayətə etirazın son və əlində olan yeganə vasitəsi kimi müraciət edib və buna görə də qərarında israrlıdır.

Odur ki, sərəncamında olan polis, prokurorluq və məhkəmə orqanları vasitəsilə Tofiq Yaqubluya qarşı törədilən cinayətin nəticələrini aradan qaldırmaq məsuliyyəti bilavasitə Əliyev rejiminin üzərindədir.

Demokratik Qüvvələrin Milli Şurası olaraq Azərbaycan xalqı və beynəlxalq ictimaiyyətlə birlikdə Tofiq Yaqublunun dərhal azad olunmasını, Bakı Apellyasiya Məhkəməsində Tofiq Yaqubluya qarşı saxta və əsassız hökmdən apellyasiya şikayətinə təcili qaydada və obyektiv baxılaraq ədalətin bərpa olunmasını, Tofiq bəyə bəraət verilməsini, gerçək cinayətkarların qanun qarşısında cəzalandırılmasını tələb edirik.

Milli Şura olaraq bəyan edirik ki, Tofiq Yaqublunun həyatına və səhhətinə yaranacaq hər hansı bir təhlükəyə görə birbaşa məsuliyyəti onu öz ailə mülkiyyətləri olan "Silk Way" şirkətinin əməkdaşı vasitəsilə şərləyib həbs etdirən və ölkənin hüquq mühafizə orqanları üzərində müstəsna nəzarətə malik olan prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva daşıyır.''

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tofiq Yaqublunun şikayəti Avropada itib

    Tofiq Yaqublunun şikayəti Avropada itib ...

    10-06-2013, 16:16

  • 
  • Avropa Məhkəməsi Tofiq Yaqublunun azad edilməsi barədə qərar verdi

    Avropa Məhkəməsi Tofiq Yaqublunun azad edilməsi ...

    5-11-2015, 19:01

  • 
  • Dövlət itthamçısı Tofiq Yaqubluya 4 il 6 ay həbs istəyib

    Dövlət itthamçısı Tofiq Yaqubluya 4 il 6 ay həbs ...

    1-09-2020, 18:29

  • 
  • Müsavat Partiyası Tofiq Yaqublunun hüquqlarının Müdafiə Komitəsi yaradıb

    Müsavat Partiyası Tofiq Yaqublunun hüquqlarının ...

    23-03-2020, 12:26

  • 
  • Tofiq Yaqublunun şikayəti təmin olunmadı

    Tofiq Yaqublunun şikayəti təmin olunmadı ...

    24-06-2020, 12:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino dinheiro real
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu