GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Göygöldə meşə zolaqları “soyqrım”a məruz qalıb - VİDEO/FAKT-SƏSYAZISI

Göygöldə meşə zolaqları “soyqrım”a məruz qalıb - VİDEO/FAKT-SƏSYAZISI

Tarix: 21-09-2020, 22:36 Bölmə :Cəmiyyət Baxış: 694
Göygöldə meşə zolaqları “soyqrım”a məruz qalıb - VİDEO/FAKT-SƏSYAZISI


Ətraf mühitin mühafizəsi, problemlərinin aradan qaldırılması, bir sözlə ekoloji tarazlığın qorunub saxlanılması və s. hər zaman aktuallıq kəsb edən məsələlərdən biri olub.

Ətraf mühit dedikdə tam əksəriyyətin nəzər-diqqətində əsas bir anlam, ucsuz-bucaqsız meşə zolaqlarının varlığı nəzərdə tutulur. Düzdür, bu gün meşə zolaqlarının olduğu rayonlar, iri yaşayış məntəqələri, ayrı-ayrı kəndlər bir-birindən əhatə etdikləri ərazilərinin ölçülərinə görə fərqlənirlər. Bəzilərində bir neçə min hektarlıq meşə zolaqları olsa da, bəzilərində isə daha fərqli ölçüdə meşə zolaqları var. Belə rayonlardan biri də Göygöl rayonudur ki, bu rayonun meşə zolaqları olduqca böyük əraziləri əhatə edir və əksər ağac növlərinin varlığına görə də, məhz bu rayonun adı dillər əzbəri olub.

Göygöldə meşə zolaqları “soyqrım”a məruz qalıb - VİDEO/FAKT-SƏSYAZISI


GundemXeber.Az xəbər verir ki, Belə bir göstəriciləri ilə fərqlənən Göygöl rayon Meşə Mühafizəsi və Bərpası Müəsssisəsinə bu gün Vəlyyəddin Baxşəliyev adlı şəxsin rəhbərlik etməsi, əslində bu rayonun meşə zolaqlarında “yaşıl soyqırım”ın əmələ gəlməsinə səbəb olan əsas şərtdir. Çünki redaksiyamıza çatdırılan bəzi məlumatlara görə, adı çəkilən bu şəxs Göygölün meşə təsərrüfatında direktor müavini vəzifəsini daşısa da, o, hal-hazırda meşə təsərrüfatını gəlir mənbəyinə çevirib və kəsilməsi qadağan olunmuş hər cür ağac növlərinin kəsilməsinə şərait yaratmaqla məşğul olur.

Göygöldə meşə zolaqları “soyqrım”a məruz qalıb - VİDEO/FAKT-SƏSYAZISI


Artıq xeyli müddətdir ki, hansısa himayədarlarına arxalanaraq, Göygölün olub-qalan meşə təsərrüfatına qənim kəsilən bu şəxs deyəsən bir kimsədən nə qorxur, nə də ki, çəkinir. Əgər bu belə olmasaydı, o halda rayonun mərkəzi ərazilərində, ayrı-ayrı kənd və qəsəbələrində, digər yaşayış məntəqələrində irili-xırdalı bir neçə taxta sexləri fəaliyyət göstərməzdi. Hələ bunlar harasıdır, əldə etdiyimiz müəyyən məlumatlara görə Vəlyyəddin Baxşəliyev, elə hallar da olur ki, kəsilməsi qadağan olunmuş ağac növlərinin kəsilməsinə şərait yaradır və onların qonşu rayonlara, hətta paytaxt Bakı şəhərinə daşımasını da təşkil edir.

Göygöldə meşə zolaqları “soyqrım”a məruz qalıb - VİDEO/FAKT-SƏSYAZISI


İndi isə bəzi ciddi faktların varlığına diqqət yetirək. Əldə etdiyimiz müəyyən məlumatlara görə, Göygölün Hacıkənd ərazisində 12 dolay var və hər bir dolayda fıstıq, palıd və vələs ağac növləri daha çoxluq təşkil edir. Xeyli müddət bundan öncə bu ərazinin 14 hektarlıq sahəsində “Nəsimi parkı” adı ilə tanınan yaşıllıq zolağı salınsa da, bu gün həmin yaşıllıq zolağından heç bir əsər-əlamət qalmayıb. Buna da əsas səbəb, meşə təsərrüfatı rəhbərliyinin ərazidə məskunlaşmış məcburi köçkünlərə yaratdığı şəraitin varlığıdır. Yəni, məcburi köçkünlərin saxladıqları mal-qara təsərrüfatı “Nəsimi parkı”nın “itbat”a düşməsinə səbəb olub. Bundan əlavə, Göygölün Toğana, Sarısu və Zurabad kənd ərazilərindəki meşə zolaqlarından gün ərzində 6-7 maşın odunun daşındığı və onların yeşik sexlərinə verildiyi söylənilir.

Göygöldə meşə zolaqları “soyqrım”a məruz qalıb - VİDEO/FAKT-SƏSYAZISI


Göygöl rayon Meşə Mühafizəsi və Bərpası Müəsssisəsi idarəsində direktor müavini vəzifəsini daşıyan Vəliyyəddin Baxşəliyev, hər il mövsüm vaxtı başlayarkən ayrı-ayrı şəxslərdən 1000-800 manat “haqq-hesab” alır və onların meşə zolaqlarında mal-qara təsərrüfatı saxlamalarına lazımi şərait də yaradır. Daha düşündürücü halın varlığı isə, direktor müavini vəzifəsini daşıyan bu şəxsin idarədə ştat cədvəli üzrə çalışan işçilərin aldıqları əmək haqlarına göz dikməsi olur. Məsələn, çatdırılan məlumatlara görə idarədə Bayram, Haqverdi və Nadir adlı işçilər var və bu şəxslər “Rəhbərliyin tapşırığıdır” adı altında, hər ay işçilər əməkhaqqı alan zaman onlardan 50 manat pul yığırlar. İlin bayram günlərində də, oxşar addımlarını atırlar. Adicə diqqət yetirmək lazımdır ki, Göygöl MMBM-nin balansında olan təkcə iki dolayda 70 gözətçi var və hər nəfərdən 50 manat pulun alınması külli miqdarda “haqq-hesab” deməkdir.
Bundan başqa, Vəlyyəddin Baxşəliyevin meşə zolaqlarında olan bulaq sularını ayrı-ayrı şəxslərə 500-600 manat pula satdığı da bildirilir. Belə bir halın varlığı da, olduqca təhlikəli məqamın varlığından xəbər verir. Çünki, əgər meşə zolaqlarında hər hansı yanğın hadisəsi baş verərsə, o halda su əldə edib baş verən yanğını söndürmək müşkül məsələ olacaq. Göygöl MMBM idarəsində direktor müavini vəzifəsini daşıyan Vəlyyəddin Baxşəliyevin, bu gün idarədə “ölü canlar” saxladığı da bildirilir. Məsələn, bu şəxsin katibəsinin qızının adı ştat cədvəli üzrə işdə getsə də, həmin xanım heç vaxt idarə üzü tanımadığı vurğulanır.
Meşə təsərrüfatı idarəsində rəhbərliyi həyata keçirən bu şəxsin “bic əməllər”indən biri də, meşə zolaqlarından maşınla odun çıxarılarkən yazılmış biletlərdə tarixin yazılmaması olur. Belə ki, Vəlyyəddin Baxşəliyevin tapşırığı əsasında yazılmış biletlərdə tarix yeri çox zaman boş saxlanılır. Elə ki, polis əməkdaşları daşınan odunların hara, hansı əsasla daşındığını araşdırmaq istəyirlər, o halda idarənin əməkdaşları təsdiq olunmuş biletin tarix yerini xəlvəti yolla yazıb doldururlar. Yəni, elə hallar olur ki, bu şəxslər bir biletlə meşə zolaqlarından 5-6 maşın ağac kəsib çıxara bilirlər. Daha faciləli hallardan biri də, Göygöl MMBM-nin balansında bir neçə nəqliyyat vasitəsi olsa da, onlardan heç biri işlək vəziyyətdə deyil. Buna baxmayaraq, hər ay nəqliyyat vasitələrinə görə dövlətdən yanacaq alınır və alınan yanacağı rəhbərlik şəxsi məqsədləri üçün istifadə edir. Idarəyə aid olan işləri isə, ştat cədvəli üzrə çalışan şəxslər özlərinə məxsus nəqliyyat vasitələri ilə görməyə məcbur olurlar.



Rayonun meşə zolaqlarında 10-dan çox kömür hazırlayan ocaqların olduğu və bunların hər birinin Vəlyyəddin Baxşəliyevə məxsus olduğu bildirilir. Söylənilənlərə görə, gün ərzində hər ocaqda 50-60 ədəd meşoy kömür hazırlanır və hər meşoy kömür yerində 14-15 manatdan satılır. Söylənilənlərə görə, Göygöl MMBM-nə rəhbərlik edən şəxsin bu cür “fironluq” etməsinə, məhz Nazir müavini Mehman müəllim “yaşıl işıq” yandırır və ona “arxa-dayaq” da durur.
Onu da qeyd edək ki, meşə zolaqlarının qorunması, mühafizəsi işinin təşkili hər zaman ölkə rəhbərinin də diqqət mərkəzində olub. Hələ, 2010-cu ili hörmətli prezidentimiz cənab İlham Əliyev “Ekologiya ili” élan etmişdi. Belə bir élanetmədən sonra meşə mühafizəsi və bərpası müəssisələrinə müvafiq tapşırıqlar verildi ki, ətraf mühütün qorunması istiqamətində diqqəti artırın. Çox təəssüflər olsun ki, verilmiş tapşırığa bir müddət əməl olunduqdan sonra, yenə də ümumi vəziyyət acınacaqlı duruma düşdü.
Yada salaq ki, Nazirlər Kabinetində keçirilən məlum müşavirədə möhtərəm Prezidentimiz bir daha bu mövzuya toxundu və birmənalı şəkildə “İstisna hallardan başqa, istənilən halda belə bir addımların atılmasına son qoyulmalıdır, ağac kəsilməsinin qarşısı alınmalıdır” deyə tapşırığını verdi. Təkrar belə bir tapşırıq verilsə də, Göygöldəki mənbəmiz bildirir ki, rayonun meşə təsərrüfatının rəhbəri bu gün də yaşıllıqları məhv etdirib özü üçün var-dövlət qazanır.
Ümumiyyətlə, ətraf mühit və onun problemlərinin varlığı hər zaman diqqət mərkəzimizdə duran məsələlərdən biri olub. Odur ki, Göygölün meşə zolaqlarında baş verən olayları, əmələ gələn fəsadları bundan sonra da diqqət mərkəzində saxlamağa çalışacağıq./xezerpress.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Goranboy meşələrində bənzəri olmayan “qətliam”

    Goranboy meşələrində bənzəri olmayan “qətliam” ...

    7-12-2015, 16:05

  • 
  • Ağsuda meşə yanır

    Ağsuda meşə yanır ...

    28-07-2018, 10:45

  • 
  • Portuqaliyada meşə yanğınları - 43 ölü

    Portuqaliyada meşə yanğınları - 43 ölü ...

    18-06-2017, 12:54

  • 
  • Oğuzda meşə zolağı yanır

    Oğuzda meşə zolağı yanır ...

    31-08-2017, 16:12

  • 
  • ABŞ-da meşə yanğınları tüğyan edir

    ABŞ-da meşə yanğınları tüğyan edir ...

    7-07-2018, 12:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu