“Qətliam”ın davam etməsinə səbəb, hələ bir müddət bundan əvvəl Göranboyun meşə təsərrüfatına direktor əvəzi təyin olunan Neman Kərimovun, yəqin ki, iştahasını cilovlaya bilməməsidir Bu da bir həqiqətdir ki, ətraf mühitin mühafizəsi, onun qorunmasının təşkili, bir sözlə ekoloji tarazlığın təminatı və.s kimi əhəmiyyət kəsb edən problemlərin həlli, hər zaman aktuallıq kəsb edən məsələlərdən biri olub. Ətraf mühit dedikdə tam əksəriyyətin nəzərində əsas bir anlam, ucsuz-bucaqsız meşə zolaqlarının, enişli-yoxuşlu dağ yamaclarının varlığı nəzərdə tutulub. Düzdür, bu gün meşə zolaqlarının olduğu rayonlar, iri yaşayış məntəqələri, ayrı-ayrı kəndlər, qəsəbələr əhatə etdikləri ərazilərinin ölçülərinə görə də, bir-birindən fərqlənirlər. Bəzilərində bir neçə min hektarlıq meşə zolaqları olsa da, digərlərində isə fərqli göstəricilər mövcuddur. Belə rayonlardan biri də Goranboy rayonudur ki, bu rayonun da meşə zolaqları kifayət qədər böyükdür. Bu cür göstəricisi ilə fərqlənən rayonun meşə təsərrüfatına, hal-hazırda direktor əvəzi olaraq əslən Qəbələ rayonundan olan Neman Kərimovun rəhbərlik etməsi, sözün həqiqi mənasında meşə zolaqlarında əmələ gələn “ah-nalə”nin artmasına da səbəb olub. Çünki, meşə təsərrüfatını qısa zaman kəsiyində şəxsi gəlir mənbəyinə çevirməklə o, kəsilməsi qadağan olunan ağac növlərinin kəsilməsinə, bu gün də lazımi şərait yaratmaqdadır.
Bu haqda məlumatlları “Gündəm Xəbər”ə təqdim edən mənbənin bildirdiyinə görə, Neman Kərimov hansısa himayədarına arxalanaraq, rayonun olub-qalan meşə zolaqlarına əməlli-başlıca qənim də kəsilib. Belə bir addımlarını atmaqla, deyəsən onun bir kimsədən nə qorxacağı, nə də ki, çəkinəcəyi var. Əgər bu belə olmasaydı, o halda rayonun Qaraçinar kəndində ona məxsus, amma heç bir sənəd-sübutu olmayan sexlər də fəaliyyət göstərməzdi. Diqqəti cəlb edən hal odur ki, sexlər Kəlbəcər rayonundan məcburi köçkün düşənlərin həyətlərində yerləşdirilib ki, bunun da bir çox özəl səbəbləri var. Yəni, həmin sexlərdə rayonun meşə zolaqlarındakı müxtəlif ağac növləri, xüsusilə də fıstıq ağaclarına rəhm edilmədən doğranır və yüksək məbləğdə pula da satılır. Neman Kərimov ərazilərin asayişini qoruyan Xocalı polisinin “haqq-hesab”ını vaxtlı-vaxtında çatdırmağı da unutmayır. Onun belə bir addımları atmasında, Xocalı rayon polis şöbəsində müavin vəzifəsini daşıyan Şahid Muradovun da, “danılmaz xidmətlər”inin olması haqda da məlumatlara malikik. Bundan əlavə onu da qeyd edə bilərik ki, Goranboy meşələrinə qənim kəsilən təkcə Kərimov Neman Həsənpaşa oğlu deyil. Onunla birlikdə “əziyyət çəkən” sahə inspektoru Namiq Məmmədovun, sahə inspektorunun köməkçisi, hansı ki, oxta ixtisas təhsillidir və nazirliyin əmri olmadan daşıdığı vəzifəsini bu gün də icra edən Əhmədov Əfqan Kamran oğlu da var. Düzdür, o, orta ixtisas təhsilli diploma sahibdir, amma bəzi çevrələrdə onun diplomu satın aldığı da bildirilir. Yəni, diplomun qanuniliyinə şübhələr də var. Meşə zolaqlarında gözətçi işləyən və bir növ “meşə cəlladı” rolunun yerinə Salmanov Nurəddin Yekəfir oğlunun da xidmətləri, hər kəsə bəlli olan həqiqətlərdəndir. Bu gün Goranboyun meşə zolaqlarının rəhm edilmədən ucdantutma doğranması, əslində Neman Kərimovun idarəçiliyini, meşə zolaqlarına olan “sevgisini” də göstərir. Belə bir səbəblər üzündəndir ki, əslən Goranboydan olanlar haqlı narazılıq edərək bildirirlər ki, “biz kafir ermənilərlə vuruşduq və 80-dən çox şəhid verməklə, meşə zolaqlarını da qoruya bildik. İndi isə bir qrup “meşə cəlladı” qoruyub ərsəyə gətirdiyimiz meşə zolaqlarını elə bir vəziyyətə salıblar ki, ərazilərə baxdıqca sanki hər kəsin ağlamağı da gəlir. Odur ki, üzümüzü Hüseyn Bağırova tutaraq xahiş edirik ki, Goranboyun meşə zolaqlarına “qənim kəsilən” hər kəsin lazımınca cəzalandırılmasına öz köməkliyini göstərsin və bu yöndə lazımi tapşırıqlarını da versin. Əgər vaxtında qabaqlayıcı addımlar atılmasa, yəqin ki, “meşə cəlladları” Goranboyun meşə zolaqlarını tez bir zamanda yer üzündən də siləcəklər. Məqalədə adları çəkilən hər bir şəxsin də, mövqeyini dinləməyə hazırıq. Araşdırmalarımız davam edəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?