Ermənistan genişmiqyaslı hərbi əməliyyatlara başlaması intihara meyilli avantüristlərə xas olan əlamətdir.
Bunu rusiyalı siyasi texnoloq Dmitri Solonnikov deyib.
Onun sözlərinə görə, müharibə təhdidi, ona nümayişkaranə hazırlıq, mümkün müharibə barədə söhbətlər – hələ müharibə demək deyil:
“Heç bir hərbi əməliyyat Ermənistan qoşunlarının qələbəsinə zəmanət ola bilməz. Azərbaycanın müasir, yaxşı hazırlıqlı və təlim keçmiş ordusu fonunda bu heç mümkün deyil. Başqa sözlə, münaqişəyə başlamağın yalnız bir yekunu ola bilər – Dağlıq Qarabağda və Azərbaycanın işğal altındakı digər rayonlarında mövqeləri itirmək”.
D.Solonnikov bildirib ki, ATƏT Minsk Qrupu həmsədrlərinin işi çərçivəsində dəfələrlə münaqişənin tənzimlənməsinin dinc yollarının axtarıb tapılmasının zəruriliyi vurğulanıb.
O əlavə edib ki, KTMT-nin mövqeyi də münaqişənin kəskinləşməsini yumşaldır:
“KTMT-nin üzv ölkələri Yerevana açıq şəkildə bildiriblər ki, Tovuz istiqamətində erməni tərəfinin təşəbbüsü ilə vəziyyətin gərginləşməsi heç bir halda üzv dövlətlərdən birinə hücum zamanı digər üzv dövlətlərin birgə fəaliyyətini nəzərdə tutan maddə çərçivəsində qəbul edilə bilməz.
KTMT-nin bu mövqeyi Ermənistan tərəfindən eşidilib və bu ölkənin ritorikası bir qədər dəyişib. Kollektiv təhlükəsizlik barədə müqavilə çərçivəsində bu mövqe dəyişməzdir və münaqişənin kəskinləşməsini yumşaldır”/araz.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?