GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » RUSLARIN “BAYRAKTAR” TƏLAŞI – “Qarabağda istifadə olunan “Bayraktar” dronları böyük effekt verdi”

RUSLARIN “BAYRAKTAR” TƏLAŞI – “Qarabağda istifadə olunan “Bayraktar” dronları böyük effekt verdi”

Tarix: 19-10-2020, 19:11 Bölmə :Cəmiyyət Baxış: 417
RUSLARIN “BAYRAKTAR” TƏLAŞI – “Qarabağda istifadə olunan “Bayraktar” dronları böyük effekt verdi”


Qarabağ müharibəsində Azərbaycan tərəfinin istifadə etdiyi və ordumuza böyük üstünlüklər qazandıran Türkiyənin “Bayraktar” döyüş dronları Rusiya mətbuatında geniş müzakirə olunmağa başlayıb.

Rusiyanın “Nezavisimaya qazeta” dərgisində “Türkiyə-Ukrayna dronlarını Qarabağ, Krım və Donbas üçün hazırlayırlar” başlıqlı məqalə dərc olunub.

Yazıda ilk olaraq, Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfərindən söz açılır. Qeyd olunur ki, səfər çərçivəsində əldə olunmuş razılıqda Kiyevlə Ankaranın hərbi inteqrasiyası, birgə silah istehsalı kimi məsələlər yer alıb. Məqalədə xüsusi vurğulanır ki, Zelenski Ankarada Türkiyə ilə havadan müdafiə sistemləri, gəmi və PUA istehsalı üzrə birgə fəaliyyəti nəzərdən keçirdiklərini deyib. “Nezavisimaya qazeta” bu sırada ən önəmli yerin PUA istehsalına aid olduğunu bildirir: “Zərbə PUA-larının birgə istehsalı hərbi-texniki tərəfdaşlığın ən mühüm istiqamətidir. Azərbaycan tərəfinin Qarabağ cəbhəsində istifadə etdiyi Türkiyənin “Bayraktar TB2” dronları öz böyük effektivliyini göstərdi. Ukrayna siyasətçiləri hesab edirlər ki, onlar Donbasda və Krımda ölkənin ərazi bütövlüyünün təmin edilməsilə bağlı əməliyyatlarda istifadə oluna bilərlər. Ukrayna Radasının eks-deputatı Yevgeni Dobryak hesab edir ki, əgər Türkiyə-Ukrayna işbirliyi dronların tədarükünə qədər genişlənsə, həmin dronları Donbas səmasında görmək olar”.

Yazıda qeyd edilir ki, artıq 2019-cu ildə ölkələr arasındakı razılaşma əsasında Ukrayna Türkiyədən “Bayraktar TB2” dronlarını alıb və onların sınağını uğurla həyata keçirib. Lakin hələlik bu silahdan Donbasda istifadə etməyib. Buna baxmayaraq, rəsmi Kiyev daha 48 ədəd belə hərbi dron almaq və onun Ukraynada birgə istehsalını təşkil etmək fikrindədir.

“Nezavisimaya qazeta” bir məsələyə də önəm verir ki, artıq bu dronlar Suriya və Liviyada Rusiya hərbi varlığına qarşı uğurla istifadə edilib. Yazıda Türkiyənin yeni “Bayraktar Akıncı” dronunun texniki xarakteristikaları vurğulanır və qeyd olunur ki, bu dronların mühərrikləri Ukrayna istehsalıdır. “Onlar “Bayraktar TB2”-dən daha üstün imkanlara malikdir. Yeni dronların yükdaşıma qabiliyyəti iki dəfə artıqdır, onlar bir sutka havada qala bilir və 12 kilometr hündürlüyədək qalxa bilirlər ki, bu da “Bayraktar Akıncı”-nı taktiki havadan müdafiə sistemləri üçün əlçatmaz edir. Bu dronlar artıq strateji PUA-lar sayılır və Ankara onların istehsalında çox maraqlıdır.”

Qəzetə açıqlama verən hərbi ekspert, polkovnik Vladimir Popov isə təəssüflə qeyd edir ki, Rusiya anoloji silaha malik deyil: “Rusiyada da strateji və operativ-taktiki zərbə PUA-larının hazırlanması üzərində iş gedir. Lakin onların kütləvi istehsalı və tətbiqi müşahidə olunmur.”

Hərbi ekspert Rəcəb Tayyib Ərdoğanın Zelenski ilə görüşdə Ukraynanın ərazi bütövlüyü, Krımın onun tərkib hissəsi olması və bu ölkə ilə strateji tərəfdaşlıq, hərbi sahədə sıx əməkdaşlıq barədə dediklərinin anti-Rusiya xarakterli olduğunu qeyd edib. Və xatırladıb ki, Türkiyənin “Bayraktar” dronları təkcə son Qarabağ döyüşlərində deyil, Suriya və Liviyada da uğurla istifadə olunub. V.Popov xüsusi vurğulayıb ki, həmin münaqişələrdə bu silah Rusiyanın maraqlarına ciddi zərbələr vurub.

Ekspert açıqlamasında narahatlığını gizlətməyib və qeyd edib ki, Ukrayna ilə Türkiyənin birgə bu cür güclü silah istehsal etməsi gələcəkdə Ukrayna ərazisindəki məlum münaqişədə Rusiyanın maraqlarına və hərbi gücünə böyük ziyan vura bilər./“AzPolitika.info”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ATƏT PA-nın vitse-prezidenti “Nezavisimaya Qazeta”nı müdafiə etdi

    ATƏT PA-nın vitse-prezidenti “Nezavisimaya ...

    3-03-2020, 10:15

  • 
  • Rusiya Qarabağda müharibəyə hazırlaşır

    Rusiya Qarabağda müharibəyə hazırlaşır ...

    21-01-2013, 10:42

  • 
  • ABŞ-Ukrayna hərbi təlimlərinə start verilib

    ABŞ-Ukrayna hərbi təlimlərinə start verilib ...

    18-09-2020, 10:39

  • 
  • Medvedev ukrayna üçün Türkiyə üzərindən lətifə yazdı – ÖZƏL

    Medvedev ukrayna üçün Türkiyə üzərindən lətifə ...

    15-12-2014, 16:09

  • 
  • “Bəlkə silahı Ermənistana kreditlə yox, nəğd pula sataq?...” - RUSİYADAN MESAJ

    “Bəlkə silahı Ermənistana kreditlə yox, nəğd pula ...

    10-08-2018, 13:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu