Naxçıvanda “Qarabağ Azərbaycandır!” şüarı altında onlayn aksiya keçirilib. Aksiyada, ümumilikdə, 549 nəfər gənc iştirak edib.
Aksiya zamanı Azərbaycan Respublikasında fəaliyyət göstərən 45 xarici ölkənin səfirliyinin elektron poçt ünvanına öncədən rus və ingilis dilində hazırlanıb, düşmənin təcavüzkar siyasətini əks etdirən məlumatlar və fotolar göndərilib.
Aksiyanın keçirilməsində əsas məqsəd Ermənistan ordusunun ağır müharibə cinayəti törədərək yaşayış məntəqələrimizi atəşə tutması, xüsusilə, ermənilər tərəfindən Gəncədə törədilən qətliam barədə dünya dövlətlərinə məlumat verməkdən ibarətdir.
Göndərilən məlumatlarda bildirilib ki, ermənilər döyüş bölgəsindən yüzlərlə kilometr məsafədə yerləşən Gəncəni, Mingəçeviri, Xızını, Ordubadı, Abşeronu raket atəşinə tutur, dinc sakinlərə qarşı apardığı soyqırımı siyasətini davam etdirirlər. Ümumilikdə, sentyabrın 27-dən bu günə qədər Ermənistan ordusunun hücumları nəticəsində 60-dan çox mülki şəxs qətlə yetirilib, 280-dən çox insan isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 341, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1846-a çatıb. Erməni faşizminin təzahürü olaraq bu rəqəmlər hər gün, hər saat dəyişir.
Qeyd edək ki, “Naxçıvan Xəbərləri” Media Qrupunun təşkilatçılığı ilə keçirilən aksiyada Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun, Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, “Şərq qapısı” qəzetinin, Azərtac--ın Naxçıvan Bürosunun, “Şərqin səhəri” qəzetinin, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və digər təşkilatların əməkdaşları, tələbələri və könüllü gənclər iştirak ediblər./axar.az/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?