Yanvarın 6-da İsveçin paytaxtı Stokholm və Göteborq şəhərlərində “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq!”şüarı ilə aksiya keçirilib.
Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) məlumatına görə, aksiyada Müsavat AKM və AND təşkilatının İsvəçdəki nümayəndələri, eləcədə bitərəf fəallar iştirak edib.
Aksiyada Azərbaycanda repressiyalara son qoyulması və bütün siyasi məhbusların azadlığa buraxılması tələb edilib. Aksiya iştirakçıları Azərbaycan bayrağını, Mehman Hüseynov, Əfqan Muxtarlı, İlkin Rüstəmzadə, Fuad Qəhrəmanlı və digər siyasi məhbus sayılan şəxslərin şəkilləri qaldırıb.
Bloger Mehman Hüseynov həbs müddətinin bitməsinə iki ay qalmış ona qarşı irəli sürülən yeni ittihamların uydurma olduğunu bildirib və buna etiraz əlaməti olaraq artıq 13-cü gündür aclıq aksiyası keçirir./amerikaninsesi.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?