GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Müharibə dövründə interneti məhdudlaşdırmaq bizə nə qazandırdı? - Ekspertlər danışır...

Müharibə dövründə interneti məhdudlaşdırmaq bizə nə qazandırdı? - Ekspertlər danışır...

Tarix: 12-11-2020, 21:16 Bölmə :Cəmiyyət Baxış: 314
Müharibə dövründə interneti məhdudlaşdırmaq bizə nə qazandırdı? - Ekspertlər danışır...


27 sentyabr tarixindən müharibə şəraiti ilə bağlı olaraq ölkədə internetin verilməsində məhdudiyyət tətbiq olundu. Bunun Ermənistan tərəfin törədə biləcəyi təxribatın qarşısını almaq məqsədilə həyata keçirildiyi bildirilmişdi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) vətəndaşlara müraciətində münaqişə ilə bağlı internetdə yarana biləcək məhdudiyyətlərin anlayışla qarşılanacağına ümidini ifadə etmişdi.

Bu müddətdə sosial media platformalarına daxil olmaqda da ciddi problem və çətinliklər yaşandı. Vətəndaşlar sosial şəbəkələrə müxtəlif VPN proqramları vasitəsilə qoşuldular, yaxud qoşulmağa çalışdılar. Qoşulan qoşuldu, qoşula bilmyən...

Və noyabrın 11-də NRYTN bəyan etdi ki, noyabrın 12-dən etibarən internetə məhdudiyyət aradan qaldırılır. Təbii ki, sual yaranır: Müharibə gedən müddətdə internetin məhdudlaşdırılması bizə nə qazandırdı? AYNA suala cavab axtarıb.

Media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu deyir ki, Azərbaycan qanunvericiliyinə görə, hərbi vəziyyət zamanı media və internetə məhdudiyyət tətbiq oluna bilər, amma bu, kontent məhdudiyyətidir: “Mövcud məhdudiyyət birbaşa infrastruktura girişlə bağlı oldu ki, qanunvericilikdə bu, nəzərdə tutulmamışdı. Kontent olaraq bəlli məzmunda ifadələrin məhdudlaşdırılması anlaşılandır. İndiki halda düşünürəm ki, bu, bizə o qədər də faydalı olmadı. Çünki hər kəs VPN-dən istifadə edə bilmədi və bu da bizə öz düşüncələrimizi və haqlı olduğumuzu daha sürətli, çevik və adekvat reaksiya verərək çatdırmaqda mane oldu”.

Mütəxəssis digər bir məqama da diqqət çəkir: “İnternet məhdudiyyətinin təhsilimizə vurduğu ziyana baxaq. Faktiki olaraq mart ayından təhsil yoxdur, qismən virtual mühitə daşınmışdısa da, internetin yoxluğu bunu da əngəlləmiş oldu”.

Məmmədli hesab edir ki, internet məhdudiyyətinin bu formada tətbiqinin faydasından çox zərəri olub: “Tərəziyə qoyası olsaq, internet məhdudiyyətinin bu formada tətbiq edilməsinin faydasından çox, zərəri oldu. Hazırda da davam etməsinin heç bir əsası yoxdur”.

Milli Məclisin deputatı Arzu Nağıyev isə tam əksini düşünür. Onun fikrincə, müharibə şəraitində hərbi vəziyyət elan olunubsa, ümumiyyətlə, interneti bağlamaq lazım idi: “Hələ imkan oldu ki, camaat VPN-dən müəyyən qədər istifadə etməyi bacardı. Lakin mən hesab edirəm ki, internetin məhdudlaşdırılması labüd məsələ idi. Mən başa düşürəm ki, insanlar artıq internet vasitəsilə öz işlərini, problemlərini həll etməyə öyrəşib. Lakin kimə lazım idisə, kimin işini həll etməsi üçün mütləq idisə, onlara iş yerlərində internet verilmişdi”.

“Hər kəsin oxucu auditoriyasi olan, insanlarla əlaqə saxladığı platforma var. Lakin hərbi vəziyyət elan olunubsa, bu məhdudiyyət mütləq şəkildə lazım idi. İnformasiya müharibəsi daim var, olub, olacaq da. Məhdudiyyətin özündə də nəzərə almaq lazımdır ki, harada hansı formada tətbiq edilir. Təəssüf ki, bu gedişatda da elə problemlər çıxdı ki, məhz sosial media üzərindən qaynaqlanırdı. Oldu ki, kimlərinsə paylaşdığı yazıdan, şəkildən düşmən də istifadə elədi. Buna görə də belə vəziyyətdə informasiya müharibəsi işimizə yarayacaq formada, işini bilən adamlar tərəfindən aparmalıdır”./dia.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İnternetə məhdudiyyət götürüldü

    İnternetə məhdudiyyət götürüldü ...

    12-11-2020, 10:42

  • 
  • Sensasion iddia: Noyabrın 7-də Qarabağda müharibə başlanır

    Sensasion iddia: Noyabrın 7-də Qarabağda müharibə ...

    12-08-2013, 18:28

  • 
  • Bakıda internetin kəsilməsinə etiraz edilib

    Bakıda internetin kəsilməsinə etiraz edilib ...

    31-10-2019, 11:42

  • 
  • Rejimin internet xofu

    Rejimin internet xofu ...

    11-03-2013, 10:13

  • 
  • Sərhəddəki problem hələ də həll olunmayıb

    Sərhəddəki problem hələ də həll olunmayıb ...

    13-11-2013, 11:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu