Cəbhədə vəziyyətin kəskinləşməsi ilə əlaqədar mümkün təxribatların qarşısının alınması məqsədilə 28 sentyabrdan ölkədə komendant saatı tətbiq edilir. Lakin hazırda hərbi əməliyyatlar dayandırılıb və atəşkəs razılığı əldə edilib.
Belə olan halda komendant saatının nə zaman ləğv edilməsi gözlənilir?
Məsələ ilə bağlı Sfera.az-a danışan hərbi ekspert Ramil Məmmədli dekabrın 2-dən komendant saatının ləğv edilə biləcəyini qeyd edib:
"Ölkədəki hərbi vəziyyətin hansı formada davam etdiriləcəyi Ali Baş Komandanın səlahiyyətində olan məsələdir. Əgər Ermənistan tərəfi dekabrın 1-i və 2-dək götürdükləri öhdəlikləri icra edəcəklərsə, vəziyyət dəyişəcək. Düşmən Ağdam, Kəlbəcər və Laçından hərbi birləşmələrini tam çıxardıqdan sonra Qarabağ bölgəsi istisna olmaqla, digər yerlərdə hərbi vəziyyətin aradan qaldırılması gözlənilir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?