Ermənistanda fəaliyyət göstərən “Adekvad” partiyasının rəhbəri Artur Danielyan həbs olunub. Bu barədə erməni mediası məlumat yayıb. Danielyanın ölkədə hakimiyyət əleyhinə keçirilən aksiyalar və dövlət əleyhinə çevriliş planında iştirak ittihamı ilə həbs olunduğu bildirilib. Artur Danielyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi ideyasının tərəfdarlarından biridir. Dəfələrlə belə bir iddia ilə gündəmə gəlmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?