GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Maskadan düzgün istifadə edilmir, əl gigiyenasına, sosial məsafənin gözlənilməsinə ciddi riayət olunmur"

"Maskadan düzgün istifadə edilmir, əl gigiyenasına, sosial məsafənin gözlənilməsinə ciddi riayət olunmur"

Tarix: 1-12-2020, 16:34 Bölmə :Cəmiyyət Baxış: 349
"Maskadan düzgün istifadə edilmir, əl gigiyenasına, sosial məsafənin gözlənilməsinə ciddi riayət olunmur"


“Hazırda bütün diqqət, görülən tədbirlər koronavirusun yayılmasının qarşısının alınmasına yönəldilib. Çünki yoluxma sayı hər gün daha da artır”.

Bunu APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.

O bildirib ki, yay aylarına nisbətən xəstəliyə yoluxma sayı hər gün çoxalır, bunun da səbəbi insanların karantin qaydalarına tam riayət etməməsidir: “Son günlər maska taxılması ilə bağlı qaydalara əməl olunsa da, yenə də tam riayət edilmir. Bəzi hallarda insanlar maskasız olurlar, maskanı düzgün istifadə etmirlər, ya çənə altında saxlayırlar, ya ağız nahiyəsini örtürlər, burun isə açıq qalır. Maska taxma qaydalarına əhali ciddi riayət etmir. Bundan əlavə, əl gigiyenasına əməl olunmur. Əllərin dezinfeksiya edilməsi, yuyulması, eyni zamanda məsafənin gözlənilməməsi yoluxma sayına təsir edir. Bir çox halda supermarketlərdə, dayanacaqlarda insanlar sosial məsafəni gözləmirlər. Son günlər qələbə ilə bağlı tədbirlər, insanların bir yerə toplaşması, bayram etməsi çox gözəldir. Amma koronavirus infeksiyasının bütün dünyada olduğu kimi, Azərbaycanda da artımla müşahidə olunduğunu yaddan çıxartmamalıyıq. İnsanlar belə hallarda daha çox təmasda olur, karantin qaydalarını pozurlar, nəticədə xəstəlikdə artım müşahidə olunur. Hazırda böyük təbliğat sistemi var, insanlara xatırladılır ki, koronavirusu yaddan çıxarmaq olmaz. Eyni zamanda polis xidməti tərəfindən cəza tədbirləri həyata keçirilir, yəqin bunun da təsiri olacaq. Hələ ki, xəstəlik artımla davam edir”.

A. Əliyeva qeyd edib ki, xəstəliyin pik həddi haqqında xəstəlik azalmağa başlayandan sonra demək mümkün olacaq: “O zaman biləcəyik ki, xəstəliyin pik həddi hansı gündə və nə qədər olub. İndi xəstəliyin pik həddindən danışmaq bir az tezdir”.

Direktor müavininin sözlərinə görə, hazırda payız-qış mövsümünə xas olan hava-damcı infeksiyalarından respirator virus və qrip infeksiyasının yayılma vaxtıdır: “Hazırda bu xəstəliklər elə də müşahidə edilmir. Temperaturu, narahatlığı olan şəxs laborator müayinədən keçdikdə onda koronavirus aşkarlanır. Bu dəqiqə koronavirus digər respirator virus infeksiyalarını üstələyib, yəni daha çoxdur. Hazırda Azərbaycanda qripə qarşı peyvəndləmə aparılır. Bu, insanların, ümumiyyətlə, immun səviyyəsinin bir qədər yüksəlməsinə səbəb olar. Əgər birinə qrip peyvəndi vurulubsa, həmin şəxs xəstələnərsə, onda qripi istisna edərik. O vaxt həmin şəxsin koronavirusa yoluxduğunu hesab edərək laborator müalicəyə cəlb etmiş olarıq. Ona görə də əhali bir daha məlumatlansın ki, hazırda respublikanın tibb müəssisələrində qrip əleyhinə vaksin var və peyvəndləmə işi davam edir. Yəni insanlar bu mövsüm qripdən tam qorunmaq üçün müraciət edərək peyvənd oluna bilərlər”.

A. Əliyeva vurğulayıb ki, respublika üzrə vaksinasiya oktyabrın 12-dən başlayıb, ilk olaraq risk qrupu olan tibb işçiləri, xroniki xəstəlikləri olanlar peyvəndə cəlb olunublar.

O, koronavirusdan qorunmağın yolunun bütün karantin qaydalarına əməl etmək olduğunu vurğulayıb: “Eyni zamanda karantin qaydalarına riayət edərək həm koronavirusdan, həm qripdən, həm digər respirator virus infeksiyalarından qorunmuş olarıq. Əl gigiyenasına riayət edilərsə, ümumiyyətlə, yoluxucu xəstəliklərdən qorunmaq mümkündür".

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər - TƏBİB-dən xəbərdarlıq

    Yoluxma sayı artmaqda davam edərsə, qaydalar ...

    1-12-2020, 15:29

  • 
  • Azərbaycanda koronavirusun yayılmasına nəzarət çətinləşib - BİZİ NƏ GÖZLƏYİR?

    Azərbaycanda koronavirusun yayılmasına nəzarət ...

    3-07-2020, 12:13

  • 
  • Həkim-infeksionist: “Koronavirusa yoluxma sayı artarsa, həkim qıtlığı yarana bilər”

    Həkim-infeksionist: “Koronavirusa yoluxma sayı ...

    14-10-2020, 22:27

  • 
  • Avqustun 5-dən sonra bu mağazalar açıla bilər — AÇIQLAMA

    Avqustun 5-dən sonra bu mağazalar açıla bilər — ...

    3-08-2020, 15:30

  • 
  • Nazirlikdən qızılca xəbərdarlığı

    Nazirlikdən qızılca xəbərdarlığı ...

    13-08-2013, 12:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (20)
Avqust 2025 (571)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu