Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon sakinlari L.Orucova və Q.Quliyevin koronavirus pandemiyasına yoluxmaqlarına baxmayaraq, yaşadığı ünvanı tərk edərək karantin rejiminin tələblərini pozduqları müəyyən edilib.
Həmin şəxslər rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb və müalicə aldıqları müvafiq ünvanlara aparılıblar.
Beyləqan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?