Ölkənin cənub-şərqindəki kürdlərin Diyarbəkir şəhərinin Türkiyə məhkəməsi bazar ertəsi keçmiş millət vəkilini terrorla əlaqəli ittihamlarla 22 ildən çox həbs cəzasına məhkum edib.
Məhkəmə kürdlərin “Xalq Demokrat Partiyası“nın (HDP) üzvü olan keçmiş millət vəkili, 55 yaşlı Leyla Güvənin həbsinə qərar verib.
Prokurorun Leyla Güvənə qarşı irəli ürdüyü 18 ittiham arasında kürdlərin qanunsuz silahlılarına dəstək vermək, özünün də üzv olduğu "qanunsuz təşkilat yaratmaq və onu idarə etmək" kimi ittihamlar var.
İttihamlara “ictimaiyyəti qanunsuz toplantılara və nümayişlərə təhrik etmək” və dağılmaları barədə xəbərdarlıqlara baxmayaraq, “qanunsuz” yürüşlərdə iştirak etmək də daxildir.
Leyla Güvən 2018-ci ilin yanvarında Ankaranın “Kürdüstan Fəhlə Partiyası“ (PKK) ilə əlaqəsi olduğunu dediyi və Suriyadakı kürd yarı-hərbi qüvvələrinə qarşı apardığı əməliyyata görə Türkiyə ordusunu tənqid etdikdən sonra həbs olunub.
Həmin ilin noyabr ayında o, kürdlərin lideri Abdulla Öcalanın həbsxanada saxlanma şərtlərinə etiraz olaraq 11 həftə davam edən aclıq aksiyası keçirmişdi.
2019-cu ilin yanvarında səhhəti ciddi şəkildə pisləşdikdən sonra Türkiyə məhkəməsi onu nəzarət altında olmaqla, sərbəst buraxılmasına qərar vermişdi./amerikaninsesi.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?