GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Artsax"ın statusu müəyyən olunacaq - SİYASİ ŞƏRH

"Artsax"ın statusu müəyyən olunacaq - SİYASİ ŞƏRH

Tarix: 2-01-2021, 10:45 Bölmə :Cəmiyyət Baxış: 714
"Artsax"ın statusu müəyyən olunacaq - SİYASİ ŞƏRH


Hadrutdakı son erməni təxribatı cəmiyyəti narahat edən bir çox sualları yenidən gündəmə gətirdi. Atəşkəsdən sonrakı müddətdə işğaldan azad olunmuş Hadrut ərazisində ermənilərin ikinci  təxribatı,  10 noyabrda bölgəyə gələn  Rusiya sülhməramlılarını Xankəndində qarşılayan cinayətkar A.Arutunyanın Ermənistan rəhbərliyindən daha öncə  Moskvaya baş tutan səfəri suallardandır. Bu səfərdən sonra, Paşinyanın adamı kimi qəbul edilən Arayikin Ermənistan hakimiyyəti ilə məsafə saxlamağa başlaması diqqətdən qaçmadı. Seçkilərdəki rəqibi, Paşinyanla düşmən, Koçaryanın yaxın adamı, Xocalı qatillərindən biri, “meyid alverçisi” kimi tanınan Vitali Balasanyanın  qondarma qurumun “Təhlükəsizlik Şurasının katibi” təyin etməsi də bu sıradandır. Qarabağ klanının adioz fiqurlarından olan Balasanyanın yenidən əvvəlki vəzifəyə qaytarılması erməni ekspertlər tərəfindən “digər güc mərkəzləri ilə razılaşdırılan bu təyinatın, adi kadr dəyişikliyi deyil, Qarabağdakı siyasi vektorun dəyişikliyi və Ermənistanın təhlükəsizliyin qarantı rolundan, müşahidəçi roluna keçidi” kimi qiymətləndirildi. “Dəyişiklik”liyin nəticəsi özünü çox gözlətmədi. Balasanyanın Qarabağdakı erməni silahlı dəstələrinin yenidən təşkili bəyanatından sonra, dekabrin 11-14-də Ermənistanın Şirak vilayətindən gətirilən təxribatçıların Hadrut və Şuşa rayonu ərazisində əsgərlərimizə qarş terror cəhdinin qarşısının alınaraq, əksəriyətinin əsir götürülməsi Ermənistanda və Qarabağdakı xunta rejimində ciddi çaxnaşmaya səbəb oldu. İlk cəhdi uğursuz olan Balasanyan İrəvanda Ermənistan İTV-yə müsahibəsində ”Xalqımızı əmin etmək istəyirəm ki, sərhədlər dəqiqləşdiriləcək, "Artsax"ın statusu müəyyən olunacaq. Əsgəran, Hadrut  rayonları və digər əraziləri qaytaracağıq. Biz uduzmamışıq, diz çökməmişik ” verdiyi bəyanatla növbəti terror aktılarının siqnalını verdi.  İrəvandan təlimatla qayıdan Balasanyanın  Əsgərandakı çıxışında səsləndirdiyi “Təcili sərhəd mühafizə xidməti  yaradılmalı, orduya yazılıb, 7 günlük toplantıdan sonra  döyüş növbəsinə başlamaq lazımdır.

"Artsax"ın statusu müəyyən olunacaq - SİYASİ ŞƏRH


Xidmətə görə maaş veriləcək, yaş məhdudiyyəti yoxdur” kimi yekəxana iddialar,  Ermənistanda Rusiya ilə ölkənin  müstəqilliyini məhdudlaşdıran ittifaq dövləti qurmaq, Zəngəzurda ikinci hərbi bazasının yaradılması məsələlərinin müzakirə edildiyi zamanda   təsadüfdürmü? Bu terrorçunun İrəvanda Moskvadan qayıtmış Koçaryanla görüşdən sonra belə iddialarla çxış etməsi təsadüf sayılmamalıdır. Koçaryanın Moskvada Putinlə telefon danışığı, Ermənistanın hökumət təmsilçiləri (ən son Ermənistan DTX rəhbəri və Baş Qərargah rəisi) və siyasətçilərinin  Moskvaya ardıcıl səfərləri, orada Rusiya rəsmi şəxslərlə bərabər Abramyan tipli revanşist erməni diasporunun  təmsilçiləri ilə görüşlər, Balasanyanın Qarabağda əvvəlki vəzifəsinə qaytarılmasından sonra Qarabağda gərginliyin artması və  terrorların baş verməsi eyni planın tərkib hissəsi sayıla bilər.  Qarabağda daha çox hakimiyyət istəyən bu terrorçu daşnaklarla birlikdə bəyanat yayaraq, digər terrorçu Arayiki “hökumətdə təmsilçiliklə bağlı vədini yerinə yetirməməkdə” ittiham edib. Koçaryanın təlimatı ilə Qarabağda hakimiyyəti ələ keçirmək üçün fəaliyyətə başlayan Balasanyanın bəyanatları və erməni silahlı dəstələrinin hələ də bölgədə qalması gərginliyin davam edəcəyini göstərir.
10 noyabr anlaşmasının 4-cü bəndinə görə Rusiya sülhməramlıları erməni silahlı qüvvələrinin çıxmasına paralel olaraq təmas xəttində yerləşməlidir. Keçən zaman ərzində hələ ki, bu prosesi müşaidə etmirik. Ərazidəki sülhməramlılar isə əsasən təmir tikinti, ermənilərin geri qaytarılması, yeni il şənliyi hazırlamaq, məktəblərdə uşaqlarla görüşlər kimi humanitar məsələlərlə daha çox məşğul olurlar. Qeyd edilən işlərin əksərinin sülhməramlı missiyaya aidiyatı yoxdur. Görünən o ki, Rusiya gərginliyin qalmasında maraqlıdır. Çünki, bölgədə yerləşəndən sonra  Sülhməramlı missiyanı yerinə yetirmək əvəzinə, hərbi baza qurub, uzun müddət qalmağı hədəfləyən Rusiya, təxribatların  törədilməsi və vəziyətin gərginləşdirməsi ilə prosesə daha çox müdaxilə etmək istəyir. Ona görə Rusiyanın məsuliyyət zonasına aid olmayan ərazilərdə baş verən insidentlərə qarışmasına və orada yerləşməsinə yol verilməməlidir. Rusiyadan tələb Sülhməramlı missiyasına uyğun olaraq, üçtərəfli anlaşmadakı öhdəlikləri yerinə yetirməsi olmalıdır. Əsas öhdəlik isə erməni hərbi birləşmələrinin tərksilah edilərək münaqişə zonasından çıxarılmasıdır. Bu öhdəliklər yerinə yetirilməyib, Qarabağdakı terrorçuların himayədarı görüntüsü davam etdikcə, Azərbaycan cəmiyyətində Rusiyaya inamsızlıq artacaq. Rusiya anlamalıdır ki, bölgədə onun maraqlarını qəbul etdiyimiz kimi,  o da Azərbaycanın maraqlarına hörmətlə yanaşmalıdır. Hələlik bu davranışı müşahidə etmirik. Rusiya FŞ-nın sədri Matvienkonun Qarabağın statusu ilə bağlı fikirləri, MN Şoyqunun bölgədəki hərbçilərə yeni kazarmalar (təxminən 6 min nəfərlik) tikilməsi haqda həddi aşan bəyanatı  Azərbaycanın maraqlarını heçə saymaqdır. Zatulin tipli deputat və bir çox siyasətçilərin Azərbaycana düşmən mövqeyi, Rusiya KİV-lərinin “Tanınmamış Qarabağ Respublikası” terminini davamlı tirajlamaları, üçüncü Qarabağ savaşının qaçılmazlığı təbliğatının aparılması isə ayrı mövzudur. Ona görə ATƏT Minsk Qrupunun üzərinə  çox getməmək lazım. Nə zamansa  Rusiyaya qarşı  onlarla balans yaradılmasına ehtiyac duyula bilər.  
Qarşıdakı dövrdə Azərbaycanın atacağı addımlar müəyyənləşməlidir. Fikrimizcə atılacaq    əsas addımlardan biri terrorçuların sərbəst şəkildə Qarabağa gəlməsinə imkan yaradan Laçın yolunun Ermənistanla sərhədində keçid məntəqəsinın yaradılıb, sərhədçilərimizin  orada dayanması olmalıdır. Laçınla sərhəddən  gələnlərə biz nəzarət etmədiyimiz müddətdə, təhlükəsizlik məsələləri tam həll edilmiş sayılmayacaq. Qarabağ ərazisinin dağlıq-meşəlik coğrafiyası, ermənilərin PKK ilə ənənəvi yaxınlığı, onların taktikasından istifadə edilməsi haqda fikirlər erməni cəmiyyətində və diasporada geniş təbliğ edilir.  Ona görə Laçın rayonunun sərhədlərinin nəzarət məsələsi həllini tapmasa qarşıdakı dövrlərdə daha çox terror hadisələrinə  şahid olacağıq.
Azərbaycan dövlətinin ona qarşı qurulan planlara qarşı qətiyyətinin göstərmək baxımından, digər addım Qarabağdakı “Arsak Müdafiə ordusu” adlanan terrorçu təşkilatın Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş rəhbərlərini, ilk növbədə V.Balasanyan, A.Arutunyan, Arzumanyan, Karapetyan və beynəlxalq axtarışa verilən hərbi cinayətkarların xüsusi əməliyatlarla  həbsi və ya   zərərsizləşdirilməsi olmalıdır. Terror təşkilatlarının rəhbər kadrosonun ortadan qaldırlması onun zəifləyib dağılmasına səbəb olacaq.  Bu mənada yaxın zamanlarda Qarabağda “keçiriləcək seçkilərdə hakimiyyəti ələ keçirməyi” planlayan Vitali Balasanyana  “xüsusi diqqət” yetirilməlidir.
Savaşda həlak olanların meyidlərini  axtaran erməni hərbçilərin nəzarətimizdəki ərazilərə buraxılmasına son verilməlidir. Bu adla gələn erməni kəşfiyatçıları ərazidəki mövqelərimiz və vəziyyət barədə lazımi məlumatlar toplayır, sonra isə hücumlar təşkil edirlər. Son terror hadisələri məhz bu məlumatlar əsasında baş verib. 
Rusiyanın əleyhimizə olacaq fəaliyyətləri və  dəstəklədiyi ermənilərin təxribatının qarşısının alınmasının yolu Azərbaycan cəmiyyətinin birliyi, ordumuzun döyüş əzmi ilə bərabər,  Türkiyə ilə hərbi müttəfiqlikdən çox asılıdır. Azərbaycan cəmiyyətinin əksəriyyəti ölkədə Türkiyənin hərbi bazalarının qurulmasına tərəfdardır. İki ölkə arasında imzalanacaq Hərbi müttəfiqlik sazişi əsasında Türkiyə Azərbaycanda rəsmi olaraq bazalarını qura bilər. Məsələyə münasibət bildirən siyasilər və ekspertlər tərəfindən  Tükiyə hərbi bazalarının qurulacağı yerlər kimi müxtəlif bölgələrin adı keçir. Fikrimizcə bu ərazilərdən biri  kimi Qubadlının üzərində düşünülə bilər.  Coğrafi mövqe və relyefi baxımdan Ermənistanın Zəngəzur (Sünik) bölgəsi, İran sərhəddi, Zəngilan,Laçın və yuxarı Qarabağa qonşu olması Qubadlının önəmini artırır. Naxçıvandan sonra, 250 km uzaqlıqdakı  Qubadlı Türkiyəyə ən yaxın bölgələrdəndir. Nəzərə alınmalıdır ki, hərəkət və logistika baxımından əlverişli mövqeyinə görə sovet hakimiyyəti zamanı Qubadlının Xanlıq kəndində hərbi baza mövcud olub. Digər tərəfdən Zəngəzurda Rusiya hərbi bazasının yaradılması haqqında Ermənistanda səslənən çağrışlar da bunu şərtləndirən amillərdən biridir. Sabitləşdirici faktor olan Türkiyənin bölgədə hərbi mövcudluğunun reallaşması, işğalçı niyyətlərinin durdurulması, sabitliyin bərqərar olması və təxribatların qarşısının anında  alınmasına imkanları artacaq.

Siyasi şərhçi Oqtay Qasımov

 
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəbhədə erməni təxribatı: düşmən toplardan atır

    Cəbhədə erməni təxribatı: düşmən toplardan atır ...

    26-04-2016, 23:38

  • 
  • “Qarabağ klanı” son “qala”nı qoruyur - GƏLİŞMƏ

    “Qarabağ klanı” son “qala”nı qoruyur - GƏLİŞMƏ ...

    3-10-2019, 15:47

  • 
  • Sərhəddə erməni təxribatı - hərbçimiz yaralandı

    Sərhəddə erməni təxribatı - hərbçimiz yaralandı ...

    12-05-2016, 22:38

  • 
  • Moskvada Azərbaycana qarşı erməni təxribatı

    Moskvada Azərbaycana qarşı erməni təxribatı ...

    14-09-2017, 13:45

  • 
  • Düşmən ölkənin təxribatı

    Düşmən ölkənin təxribatı ...

    10-01-2013, 11:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu