GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İZİ QALAN QƏHRƏMAN

İZİ QALAN QƏHRƏMAN

Tarix: 16-01-2021, 23:44 Bölmə :Cəmiyyət Baxış: 909
İZİ QALAN QƏHRƏMAN


Manya Səxavətqızı yazır…

Hər zaman deyirlər "zaman bütün yaraları sağaldır". Ancaq ötən 30 illik bir zaman bizim Qarabağ adlı yaramızı sağaltmadı. Əksinə ötən zamanla dərdimiz də böyüdü. Çəkdiyimiz həsrət iliyimizə qədər işlədi. Matəm günləri kimi həkk olunan tarixlər qisasımızın qidası oldu. Vətəni azad etməyi lap körpəlikdən arzu edən bir qəhrəmanımızı tanıyaq.
Orucov Elşən Yavər oğlu 1985-ci il avqustun 11 - də qəhrəmanlar oylağı olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ayrınc kəndində anadan olmuşdu. 1991-ci ildə Ayrınc kənd tam orta məktəbində təhsil almağa başlamışdı. Atası Yavər müəllim, anası Səfurə xanım Elşənin və digər övladlarının gələcəyinin parlaq olmağı üçün hər vəchlə çalışmışlar. Elşən orta məktəbdə oxuduğu zamandan vətənə olan sevgisi özünü açıq-aşkar biruzə verirdi. Elə bu sevgi onun yollarını Naxçıvan MR Heydər Əliyev adına Ali Hərbi liseyə gətirib çıxardı. 2004-cü ildə liseyi bitirdikdən sonra elə həmin ilin iyulunda Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olmuşdu. 2008-ci ildə hərbi məktəbi bitirdikdən sonra iyul ayında Hərbi Akademiyanın Təlim Tədris mərkəzinə qəbul olmuş və 2009-cu ildə leytenant rütbəsi ilə bitirmişdi. Təyinatla Gəncə şəhər N saylı hərbi hissəyə göndərilmiş bir il xidmət etdikdən sonra Ağdam rayonunun N saylı hərbi hissəsinə göndərilmişdi. Daha sonra bir müddət Naftalanda xidmət etdikdən sonra yenidən Ağdamda xidmətə başlamışdır. 2016-cı ildən başlayaraq Füzuli şəhərinin Horadiz qəsəbəsində xidmət etmişdi. Elşən ömrünü vətən uğrunda fəda etmiş qəhrəmanlarımızdan biridi. O 2016-cı ildə Erməni silahlı bölmələrinin "atəşkəsi" pozaraq törətdikləri hücum cəhdinin qarşısının alınmasında və həmin o döyüşlər zamanı göstərdiyi şücaətlərə görə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən medalla təltif olunmuşdu. Hərb sənətinin bütün çətinliyinə qatlanan Elşənin yaşam gücü vətənə olan sevgisindən bir də sevgi dolu ailəsindən qaynaqlanırdı. Könül verdiyi Əfsanə xanımla sevgisini etiraf etdikdən 4 il sonra 2008-ci ildə qovuşan Elşən həm də çox gözəl ata idi. Həyatının qaranlığını Ay tək aydınladan Aygünü, ruhunu Günəş tək isidən Günəşi onun sevinc dolu dünyası idi. Hər zaman "Müharibə olarsa öndə mən gedəcəm. Siz möhkəm olun" deyən Elşən sanki ailəsini həmin günlərə hazırlayırdı.13 illik ömür yoldaşına olan güvəni onun ürəyini arxayın etmişdi. Şəhidin qazandığı məqamın ucalığını dilə gətirən qəhrəman hər zaman o məqama yüksəlməyin arzusunda idi.
Arzuların gerçəyə döndüyü, vətən adlı ümidlərin cücərdiyi sentyabr. Sentyabrın 27-də artıq cəbhəboyu pozulan atəşkəsin cavabı verilməyə başladı. Bu dəfə "irəli" əmri alan müzəffər ordumuz torpaqlarımızı qarış-qarış azad edirdi. Bu irəliləyən ordunun bir döyüşçüsü də mayor Elşən Orucov idi. Elşən son dəfə sentyabrın 29-da evinə gəlmişdi. O "Şəhidlərimizin qisasın alacam, Polad Həşimovun qanını yerdə qoymayacam" dedi və ailəsi ilə vidalaşıb. Onun döyüş yolu Füzuli istiqamətində gedən döyüşlərdən başlayıb. Oktyabrın 10-u qərərgah rəisi təyin olunub və Cəbrayıl istiqamətinə göndərilib. Döyüşlərdə düşmənin külli miqdarda silah - sursatını, texnikasını ələ keçirmiş, 4 yüksəkliyin əldə olunmasında müstəsna rolu olmuşdu. Hər dəfə sevincini Əfsanə xanımla bölüşən Elşən hər zəfərdən güc alırdı. Oktyabrın 15-i Əfsanə xanım Elşənlə danışdığı zaman bir partlama səsi eşidir və telefon sönür. Bir müddət sonra Elşən zəng edib atəşə tuş gəldiklərini lakin hər şeyin qaydasında olduğunu deyir. Ancaq səsindən acısı hiss olunur. Gizlətməyə çalışsa da xanımı onun səsindən yaralı olduğunu hiss edir. Qarnından qəlpə yarası almağına baxmayaraq Elşən döyüşə davam edir. Elşən oktyabrın 19-da "Zəngilanda bayrağımız sancılan yerdən sizə zəng etmişəm,gedirəm Kəlbəcərə" deyir və bu onun son zəngi olur.

Oktyabrın 21-dən 22 - nə keçən gecə şəhidimizin qızı Aygün yuxudan oyanaraq Atasının səsini eşitdiyini, sanki bir daha atasını görə bilməyəcəyini deyir. Həmin gecə görülən qəribə bir yuxu da Əfsanə xanımın gördüyü yuxu olur. Elşənin cənnəti əks etdirən bir yerdə süfrə arxasında ağ libasda oturması və "Əfsanə gör nə gözəl yer tapmışam, buradan heç kimin xəbəri yoxdu deməsi" Elşənin şəhid olduğunun xəbərçisi idi.
Mayor Orucov Elşən Yavər oğlu oktyabrın 22-də Qubadlı rayonunun Muradbəyli kəndində 22 əsgərlə birlikdə qəhrəmancasına şəhid olub. Özündən sonra qəhrəmanlığı iz qoyan şəhidin döyüş yoldaşları onun qorxmazlığından, şücaətlərindən danışdıqca elə bir qəhrəmanın orduda olmamağı gerçəyi ilə barışa bilmirlər.
Orduda göstərdiyi xidmətləri hər zaman ölkə başçısı tərəfindən qiymətləndirilən, xidməti dövründə "Qüsursuz xidmətə görə" lll dərəcəli, "Qüsursuz xidmətə görə" ll dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunan mayor şəhadətindən sonra da "Vətən Uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

ŞƏHİD ELŞƏN

Bir igid oğlunun ömür karvanı,
Sinəndə iz saldı vətən torpağı.
Ağrını - acını əlindən alıb,
Ucaltdı yenilməz şanlı bayrağı.

Döyünən qəlbinin pıçıltısıyla,
Söylədi "Qoynuna gəlirəm vətən".
Apreldə savaşdan üzü ağ çıxıb,
Oldu bu vətənin dadına yetən.

Vətənin həsrəti sona yetən gün,
Ruhu sevinc tapdı, güldü bənizi.
Elşənin müqəddəs şəhid məqamı,
Fəth etdi eşq ilə ürəyimizi.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Albert Aqarunovun abidəsində əks olunan təsvir Dağlıq Qarabağ simvoludur

    Albert Aqarunovun abidəsində əks olunan təsvir ...

    5-09-2019, 16:11

  • 
  • Bu gün Əbülfəz Elçibəyin doğum günüdür

    Bu gün Əbülfəz Elçibəyin doğum günüdür ...

    24-06-2013, 00:46

  • 
  • QƏHRƏMAN ATANIN QƏHRƏMAN OĞLU

    QƏHRƏMAN ATANIN QƏHRƏMAN OĞLU ...

    27-11-2020, 20:07

  • 
  • Vasif Talıbov müavinini işdən çıxardı

    Vasif Talıbov müavinini işdən çıxardı ...

    16-11-2017, 15:10

  • 
  • Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə hakim təyin edildi

    Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə ...

    13-02-2018, 14:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu