Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində A.Hüseynli və M.Qədirov qanunsuz ov etdiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Saxlanılan şəxslərdən ümumilikdə 10 ədəd çöl quşu və 2 ədəd ov tüfəngi götürülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?